Cihori Doyusu - Wikipedia
Çihori döyüşü — 1463-cü ildə birləşmiş Gürcüstanın kralı VIII Georgi və kraliyyət ailəsindən olan VI Baqrat öndərliyindəki üsyançı zadəganların birləşmiş ordusu arasında baş tutmuş döyüş. Döyüş hal-hazırkı Gürcüstan Respublikasının qərbində yerləşən Arqveti bölgəsindəki Çihori qalasının yaxınlığında baş vermiş və birləşmiş Gürcüstan kralının ordusunun məğlubiyyəti ilə nəticələnmişdir.[1]
Arxa plan
redaktəDöyüş IV Vaxtanqın (1442–1446) qısa müddət davam edən hakimiyyətindən sonra başlayan və çarlığın sonda parçalanması ilə nəticələnən ara müharibələri dövrünün zirvə nöqtəsi idi. Bu proses zamanı müxtəlif gürcü dövlətlərinin, knyazlarınin və bu dövlət qurumlarına rəhbərlik edən müxtəlif gürcü zadəganlarının son məqsədi bütün Gürcüstan üzərində öz hakimiyyətlərini qurmaq idi. Ara müharibələri uzun müddət dava etmiş və Gürcüstanın parçalanaıb, xeyli zəifləməsi ilə nəticələnmişdir.[2]
Döyüş
redaktəIV Vaxtanqın qardaşı və varisi legitimliyi mübahisəli olan VIII Georgiyə qarşı qalxmış olan üsyan Gürcüstan çarlığının qərb və cənub bölgələrini təhrik etdi. Qərbi Gürcüstan knyazları Georginin qohumu olan Baqrata qatılaraq güclü bir koalisiya altında toplandılar və döyüş meydanı olan Çihoriyə doğru hərəkətə keçdilər. Döyüş əsnasında ordusu qarşı tərəfə nisbətən əzif olan Georgi qohumu Baqrata məğlub oldu. Döyüşdə qalib gələn Baqrat Kutaisi şəhərinə gedərək İmereti kralı elan edildi və kral tacını qəbul etdi. Ancaq qurulmuş olan yeni monarxiyada monarx ona taxta çıxmağa yardım etmiş dörd böyük müttəfiqinə knyaz rütbəsi verərək təşəkkür etdi. Bundan sonra gələcəkdə Gürcüstan tarixində mühüm rol oynamış ailələr müxtəlif gürcü knyazlıqlarının başına keçdilər və yeni hakim sülalələrin əsasını qoydular. Beləliklə, Gelovani ailəsi Svanetidə, Şervaşidze Abhazetidə, Dadiani ailəsi Sameqreloda, Vardanidze-Qurieli ailəsi isə Quriyada yarım müstəqil knyazlıqların hakim sülalələrinə çevrildilər.[3][4]
Nəticə
redaktəGürcüstanda mərkəzi hakimiyyət qəti olaraq zəiflədi. Yarım müstəqil knyazlıqlarda hakimiyyətə gələn bu sülalərdən bəziləri hətta bölgədə rus imperiya hakimiyyəti qurulana qədər hakimiyyətdə qalmağı bacardı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Battle of Chikhori". opentripmap.com. 2021-05-09 tarixində arxivləşdirilib.
- ↑ "Battle of Chikhori". frankensaurus.com. 2021-05-12 tarixində arxivləşdirilib.
- ↑ Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation: 2nd edition. Indiana University Press, ISBN 0-253-20915-3
- ↑ Toumanoff, Cyril (1949–51). The Fifteenth-Century Bagratids and the Institution of Collegial Sovereignty in Georgia. Traditio 7: 192.