Celesta - Wikipedia
Çelesta - Haqqında Məlumat
Pianonu xatırladan klavişlə çalınan zərb alətidir. 1886-cı ildə Parisdə D. Mustel tərəfindən yaradılmış. Çelesta fortepiano mexanizminə əsaslanır. Metal lövhəciklərdən ibarət klavişlərə kiçik cəkiclərlə vurğu nəticəsində çox incə, cingiltili səs yaranır. Onun tembri arfanın tembrinə yaxındır. Diapazonu birinci oktavanın do notundan başlayaraq dörd oktava həcmindədir. Partiyası əsasən skripka açarında yazılır. Çelestanı orkestrin tərkibinə daxil edən ilk bəstəkarlardan biri P. Çaykoviski olmuşdur. Şelkunçik baletində çelestadan istifadə etmişdir. Bu aləti fransız bəstəkarlardan Klod Debüssi və Moris Ravel öz əsərlərində xüsusi zəriflik, incə və böyük zövqlə istifadə edirdilər. Orkestrdə çelestanı adətən pianoçu ifa edir[1].
Çelesta | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 111.222 |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-01.