Cavundur Cay - Wikipedia
Çavundur_(çay) - Haqqında Məlumat
Çaundur - öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür.
Çaundur | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Ermənistan |
Mənsəbi | Araz |
Uzunluğu | 113 km |
Hövzəsinin sahəsi | 2570 km² |
Ümumi məlumat
redaktəÇaundur Oxçu dərəsi və Süsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza tökülür. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçərkən isə Mədən çay adlanır. Böyük qolları Gığı çay və Əcənan çaydır. Hal- hazırda Oxçu çayı olduqca artıq çirklənmişdir.
Qafan mis zavodlarının bütün çirkab suları, ağır metallar və ola bilsin ki, radioaktiv maddələr ermənilər tərəfindən bilərəkdən (Araz hövzəsini çirkləndirmək məqsədilə) Çaundur çaya axıdılır.
Sözün mənası
redaktəÇaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrdən başlayaraq, məskunlaşan Çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ "Musa Urud, Zəngəzur // Prezident kitabxanasl" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.