Cat Geologiya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çatlar — süxurlarda, demək olar ki, cüzi və ya da heç bir yerdəyişmə yaratmayan qırılmalar.
Haqqında
redaktəÇatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olurlar. Daha çox yayılmış birincilər bu və ya digər dərəcədə düzgün həndəsi şəbəkə əmələ gətirən sistemlərdə birləşir və inkişafda olan strukturların daxilində baş verən deformasiyalarla sıx əlaqədə olurlar. Qeyri-tektonik çatlar (ilkin) poliqonal şəbəkələrlə, dəyişkən istiqamətli olması, tez-tez pazlaşması və yerləşdiyi süxurların materialının dolması ilə səciyyələnirlər. Bunların əmələ gəlməsi, əsasən, gec diagenez və epigenez prosesləri ilə bağlıdır. Yer üzərinə çıxan süxurlarda, dağ-mədən qazımalarında, kernlərdə adi gözlə müşahidə edilən çatlar makroçat adlanır. Morfoloji əlamətlərinə görə (uzunluğu və təbəqələşmə ilə qarşılıqlı əlaqəsinə görə) tektonik çatlar birinci və ikinci tərtibli çatlara bölünür. Birinci tərtibli çatlar müxtəlif litoloji tərkibli təbəqələr qrupunu kəsir, İkinci isə, adətən, eyni litoloji tərkibli bir və ya bir neçə təbəqə ilə məhdudlaşır (Smexov və b., 1962). Əlamətlərə görə müxtəlif təsnifatı təklif edilmişdir. Billinqs (1949) çatların genetik və həndəsi təsnifatını verib: 1) dartılma, qopma (qəlpələnmə), genişlənmə, çıxardılma; 2) uyğun çat, normal kəsən çat, təbəqələşməboyu çat. Eni 3 sm-dən az olan çatlar klivaj çatları adlanır. Permyakov (1949) çatların aşağıdakı təsnifatını vermişdir: 1) ilkin ayrılma (petroklazlar və sineklazlar), 2) təbəqələşmə çatlar, aşınma çatlar (epiklazlar), yamac, uçqun və sürüşmə çatları, həmçinin partlayışlarla əmələ gələn süni çatlar (paratektoklazlar), tektonik çatlar (tektoklazlar). Belousov (1954) öz təsnifatında çatlar açılma dərəcəsini, forma və ölçülərini, yatım elementlərini, qırışıqlığın uzanması və intruziv massivə nisbətən vəziyyətini nəzərə alır. O, gizli, qapalı, açıq, kiçik, böyük, uzununa, çəp, eninə, radial və başqa çatlara ayırır. Çatlar əmələ gəlməsinə səbəb olan mexaniki təsirlərdən asılı olaraq: aralanma, əyilmə, qırılma, sadə, ümumi və b. ayrılır. Sinonim: Litoklazlar.
Həmçinin bax
redaktəMənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.