Carica - Wikipedia
Çariça - Haqqında Məlumat
Çariça, yaxud çariçə (rus. цари́ца) — çar arvadının, yaxud çarlığı[rus.] idarə edən qadın hökmdarın titulu. Rusiyada 1547-ci ildən 1721-ci ilə qədər (imperatiçaya müraciət forması kimi 1917-ci ilə qədər), Bolqarıstanda 913−1018, 1185−1422 və 1908−1946-cı illərdə, Serbiyada isə 1346−1371-ci illərdə rəsmi titul idi. Qədim dövlətlərin qadın hökmdarları rusca ənənəvi olaraq "çariça" adlandırıldığı kimi, azərbaycan dilində olan elmi-ensiklopedik ədəbiyyatda bəzən Orta əsr xristian dövlətlərin qadın hökmdarları da "çariça" adlandırılır (məsələn, Böyük Tamara[1]).
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Тамара // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 139.