Cakvi - Wikipedia
Çakvi (gürc. ჩაქვი) — Gürcüstanın Acarıstan ərazisində şəhər tipli qəsəbə. Çakvi Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Qəsəbə Kobuleti rayonunda yerləşir. Qəsəbədə Natanebi-Batumi dəmir yol stansiyası yerləşir. Müasir dövrdə Çakvi populyar turizm və istirahət zonasıdır.
Çakvi | |
---|---|
gürc. ჩაქვი | |
41°43′08″ şm. e. 41°44′00″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Muxtar Respublika | Acarıstan Muxtar Respublikası |
Rayon | Kobuleti |
Tarixi və coğrafiyası | |
Yaşayış məntəqəsi statuslu | 1954 |
Mərkəzin hündürlüyü | 30 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 6.720 nəfər (2014) |
Milli tərkibi | gürcülər 95,6 %, ermənilər 1,7 %, ruslar 1,5 %[1] |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 426 |
Poçt indeksi | 6400[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəÇakvi son 20 ildə yetərincə azlmışdır. 2002-ci ilin məlumatına görə qəsəbədə 8100 nəfər yaşayırdı. 2014-cü ilin siyahıya alınmasına görə qəsəbədə 6720 nəfər yaşayır. Milli tərkib baxımdan əhalinin 95,6 %-ni gürcülər təşkil edir. Ermənilər 1,7 %, ruslar isə 1,5 %-dir.
1959[3] | 1970[4] | 1979[5] | 1989[6] | 2002 | 2014[7][8] |
---|---|---|---|---|---|
6183 | 5365 | 6374 | 7199 | 8100 | 6720 |
Tarixi
redaktəGürcü çayçılığının tarixi Çakvidə başlayıb. Onun şərq ətrafı Çaysubani ("çay məhəlləsi") adlanır. Hələ Rusiya İmperiyası dövründə çay mütəxəssisi Lau Con Zhau Çindən buraya gətirilib və ilk çay növlərini bura gətirib.
1954-cü ildən Çakvi şəhər tipli qəsəbə statusu almışdır. Keçmiş adı — Çakva olmuşdur.
Sovet dövründə Çakvidə üç çay fabriki, çay presi, meyvə-giləmeyvə və sitrus şərab zavodu fəaliyyət göstərirdi. Çay və sitrusçuluq sovxozları olmuş. Ümumittifaq Elmi-Tədqiqat Çay və Subtropik Bitkilər İnstitutunun filialı var idi.
Burada məşhur sovet çayçısı Kseniya Baxtadze işləyirdi.
Turizm
redaktəDəniz subtropik iqlimi, gözəl çınqıl və qumlu çimərliyi olan isti təmiz dəniz, mənzərəli sahil turisləri cəlb hər zaman cəlb etmişdir. Ətraf ərazidə olan şam və evkalipt bağları, bir çox park və bağçalar Çakvini istirahət etmək və müalicə almaq üçün əla məkana çevirmişdir. Şimal hissəsində uzun müddətdir ki, yeksək beton örtüklü sahil zolağı var. Bu ərazidən dəniz çox gözəl görəsnir. Yaxınlıqda Yaşıl və Sixisdziri burunları yerləşir. "Kastello Mare" otel qəsri burda yerləşir. Bu bölgənin əsas üstünlüklərindən biri insan sıxlığının az olmasıdır.[9]
2007-ci ildə ABŞ ordusu Mühındislər Birliyi Avropa Bölgəsi üçün Çakvidə 600 000 dollarlıq radar stansiyası inşa etmişdir. Stansiya hım ticarət, həm də hərbi məqsədlər üçün istifadə olunur.[10]
İstinadlar
redaktə- ↑ "Ethnic composition of Georgia 2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ Georgian Post. 1805.
- ↑ "Перепись-1959". 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ "Перепись-1970". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ "Перепись-1979". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ "Перепись-1989". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ "Группировка городских населённых пунктов по типу и численности населения (Urban settlements by type and by size of population)" (ingilis). Национальная статистическая служба Грузии. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
- ↑ "Население городских населённых пунктов Грузии". 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ "Чакви". www.travelgeorgia.ru. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-22.
- ↑ https://web.archive.org/web/20110604061603/http://www.army.mil/-images/2009/12/09/58075/