Cad Truyillo - Wikipedia
Çad Truyillo (ing. Chadwick A. Trujillo; 22 noyabr 1973, Ouk-Park[d], İllinoys) —— Neptunxarici cisimlərin kəşfi üzrə tədqiqatlar aparan komandanın üzvü olan amerikan astronom.[1][2]
Çad Truyillo | |
---|---|
ing. Chadwick A. Trujillo | |
Doğum tarixi | 22 noyabr 1973 (51 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | ABŞ |
Elm sahəsi | Astronomiya |
İş yerləri |
Massaçusets Texnologiya İnstitutu Havay Universiteti |
Təhsili | |
Tanınır | Makemake və bir sıra Neptunxarici cisimin kəşfi |
Üzvlüyü | |
chadtrujillo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Çad Truyillo kompüter proqramlaşmasından istifadə edərək bir sıra Neptunxarici cisimlər kəşf etmiş vo onların orbitini hesablamışdır. O, 2003-cü ildə Mayk Braun və David Rabinoviçlə birlikdə Erida, 2005-ci ildə isə Makemakeni kəşf etmişdir.[2] Komanda tərəfindən Disnomiya peykinin kəşfi nəticəsində Eridanın Plutondan daha böyük Neptunxarici cisim olması məlum olmuşdur.[3]
Karyerası
redaktəÇad Truyillo İllinoysda yerləşən Oak Park və River Forestdə bakalavr təhsili almışdır. 1995-ci ildə Massaçusets Texnologiya İnstitutunda təhsil almış, daha sonra 2000-ci ildən etibarən Havay Universitetində təhsilini davam etdirərək burada doktorluq dərəcəsinə yiyələnmişdir. 2000-2003-cü illərdə o Kaliforniya Texnologiya İnstitutunda tədqiqatçı olaraq fəaliyyət göstərdikdən sonra Havayda yerləşən Gemini Rəsədxanasında işə başlamışdır.[4] 2013-cü ildən rəsədxananın Adaptiv Optik Bölməsinin rəhbəri olaraq fəaliyyətə başlamış və 2016-cı ildən etibarən öz işinə Şimali Arizona Universitetində köməkçi dosent olaraq davam etmişdir.[5] O, Koyper qurşağında yerləşən obyektləri öyrənir.
Kəşfləri
redaktəÇad Truyillo 1996-2013-cü illərdə Koyper qurşağına aid 54 cırtdan planeti kəşf etdiyi üçün Cırtdan Planet Mərkəzi tərəfindən mükafatlandırılmışdır. Onun da daxil olduğu komanda tərəfindən kəşf olunan Erida əvvəlcə 10-cu planet olaraq qəbul edilsə də, daha sonra Beynəlxalq Astronomiya İttifaqı tərəfindən cırtdan planet statusu formalaşdırıldı və yeni obyekt ora daxil edildi.[4]
Onun tərəfindən kəşf olunan bilinən bəzi plutoidlər aşağıdakılardır:
- Quaoar - Mayk Braunla birlikdə kəşf etmişdir.
- Sedna - Mayk Braun və David Rabinoviçlə birlikdə kəşf etmişdir. Daxili Oort Buluduna aid kəşf edilən ilk cisim hesab olunur.
- Orkus - Mayk Braun və David Rabinoviçlə birlikdə kəşf etmişdir.
- Erida - Mayk Braun və David Rabinoviçlə birlikdə kəşf etmişdir. Ölçüsünə görə Plutondan daha böyükdür.[3]
- Haumea - İspaniyada yerləşən Siyera Nevada Rəsədxanasında kəşf etmişdir.[6]
- Makemake - 2005-ci ildə Mayk Braun və David Rabinoviçlə birlikdə kəşf etmişdir. Kəşf olunan ilk 5 cırtdan planetdən biridir.[7]
Mükafatları
redaktəAsteroid qurşağında 12101 Truyillo adlı asteroid onun şərəfinə adlandırılmışdır.[1] 2006-cı ildə Elmi Spektr Jurnalı tərəfindən elmin qabaqcıllarından biri olaraq elan edilmişdir.[8]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Schmadel, Lutz D. (2007). "(12101) Trujillo". Dictionary of Minor Planet Names – (12101) Trujillo. Springer Berlin Heidelberg. p. 776. doi:10.1007/978-3-540-29925-7_8527. ISBN 978-3-540-00238-3.
- ↑ 1 2 "136199 Eris (2003 UB313)" Arxivləşdirilib 2018-04-09 at the Wayback Machine. Minor Planet Center. Retrieved July 26, 2016.
- ↑ 1 2 Brown, Michael E.; Schaller, Emily L. (June 2007). "The Mass of Dwarf Planet Eris" Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine. Science. 316 (5831): 1585. Bibcode:2007Sci...316.1585B. doi:10.1126/science.1139415. PMID 17569855. Retrieved July 26, 2016.
- ↑ 1 2 "UH Alumnus Chad Trujillo Helps in Discovery of 10th Planet". Nupepa. August 2005. Archived from the original on August 13, 2009. Retrieved July 26, 2016.
- ↑ "Chad Trujillo CV" Arxivləşdirilib 2020-08-02 at the Wayback Machine (PDF).
- ↑ "136108 Haumea (2003 EL61)" Arxivləşdirilib 2018-04-08 at the Wayback Machine. Minor Planet Center. Retrieved July 26, 2016.
- ↑ "136472 Makemake (2005 FY9)" Arxivləşdirilib 2021-12-22 at the Wayback Machine. Minor Planet Center. Retrieved July 26, 2016.
- ↑ "SCIENCE SPECTRUM MAGAZINE ANNOUNCES TOP MINORITIES IN SCIENCE" Arxivləşdirilib 2012-07-22 at the Wayback Machine (PDF). May 8, 2006. Retrieved April 4, 2018.