Caganiyan - Wikipedia
Çağaniyan (fars. چغانیان Chaghāniyān) — Əl-Sağaniyan da deyilir. Orta Asiyada qədim vilayət.
Etimologiyası
redaktəÇağan - monqol dilində ağ deməkdir. Yan isə cəm şəkilçisidir. Ərəblərin dillərində "Ç" hərfi olmadığından bu bölgəni Sağaniyan adlandırdılar.
Tarixi
redaktəBu vilayət Amudəryanın yuxarı yatağında yerləşirdi. Uygarlıq açısından Buxara və Səmərqənddən çox Bəlx şəhərinin təsiri altında olan bölgədə, islam fəthləri öncəsi Buddizm yayılmışdı.
Suriya, Fələstin və İranı işğal edən ərəblər Mərkəzi Asiyaya doğru irəlilədilər, 644-cü ildə Xorasana daxil oldular. 651-ci ildə Mərv döyüşsüz tutuldu. Onlar Toxaristan, Soqdiana, Çağaniyan və Xarəzmə yürüş etdilər. Mavəraünnəhr hakimləri bac ödəyərək onu dağıntıdan xilas etdilər.
Çağaniyan ərəb əmiri Quteybə bin Müslüm tərəfindən alındı. XI əsrin ilk yarısında Qəznəvilər sülaləsiin, ikinci yarısında Səlcuqluların, XII əsrdə Səmərqənd xanlarının və Qurluların əlinə keçdi. Monqol istilası sırasında Cığatay xanlığının payına düşdü. Daha sonra özbəklər, bölgədə ilk yerli xalq olan sartların yerini aldılar.
Coğrafiyası
redaktəBu vilayətin dəqiq yerləşmə zonası Termezdən şimal-şərqə Surxandərya vadisinə tərəf idi. Hazırda Özbəkistanın Surxandərya vilayətinin Altınsay, Baysun, Denay, Kumqurqan, Sariasiy və Şurçin rayonlarının ərazisinə düşür.