Cehel Sutun Sarayi Qezvin - Wikipedia
Çəhəl Sütun (fars. چهل ستون "qırx sütun") — XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə Qəzvində inşa olunan saray. Saray gözəl xəttatlıq nümunələri ilə bəzədildiyi üçün hazırda burada Xəttatlıq muzeyi fəaliyyət göstərir.[3].
Çəhəl Sütun Sarayı | |
---|---|
36°16′07″ şm. e. 50°00′14″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Qəzvin |
Yerləşir | Qəzvin şəhristanı[1][2] |
Aidiyyatı | Səfəvilər imperiyası |
Sifarişçi | I Təhmasib |
Tikilmə tarixi | XVI |
Üslubu | Azərbaycan |
Material | kərpic[2], ağac[2] |
Vəziyyəti | Kalliqrafiya muzeyi kimi fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSaray şəhərin mərkəzində Azadi meydanı ilə üzbəüz yerləşir.[4] Bu saray paytaxtı Qəzvinə köçürən ikinci səfəvi şahı Təhmasibin dövründə tikilib. Sarayın vaxtilə şiş uclu damı olduğuna görə papağa bənzəyirdi və bu saray insanlar arasında "firəng papağı" kimi də tanınır. Saray arkada ilə əhatələnib. Arkadaya hər tərəfdən portallar vasitəsilə daxil olmaq olar. Yuxarı mərtəbə qalereya ilə əhatələnib və dama 32 sidr ağacından düzəlmiş sütunlardan dayaq verilib. Deyilənə görə Təhmasib şah rəssamlıq və xəttatlıqla məşğul olurdu. O, bir çox əsərlər, o cümlədən Qəzvində Çəhəl Sütun sarayının eyvanında məişət səhnələrini təsvir edən şəkillər çəkmişdi.[5] 1588-ci ildə Şah Abbasın tacqoyma mərasimi də bu sarayda baş tutub. Sonradan Qacarların hakimiyyəti dövründə saray yenidən təmir olunub. Hazırda sarayda Xəttatlıq muzeyi fəaliyyət göstərir.
Şəkillər
redaktə-
Sarayın XIX əsrə aid şəkili
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ 1 2 3 4 5 https://iranarchpedia.ir/entry/13712.
- ↑ Peter Kerber. İran. Berlin: TRESCHER; Auflage. 2017. səh. 184. ISBN 978-3897943964.
- ↑ "Chehel Sutun (Qazvin)" (ing. ). 27 fevral 2019 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan miniatür sənəti və onun məktəbləri". 2019-02-27 tarixində orijinalından arxivləşdirilib.