Curuksulu Mahmud Pasa - Wikipedia
Çürüksulu Mahmud Paşa (1865 - 31 Temmuz 1931) — Gürcü əsilli Osmanlı əsgəri və dövlət adamı.[1].
Çürüksulu Mahmud Paşa | |
---|---|
türk. Çürüksulu Mahmud Paşa | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kobuleti, Acarıstan Muxtar Respublikası |
Vəfat tarixi | |
Vəfat yeri | Ankara, Osmanlı İmperiyası |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1885-1918 |
Rütbəsi | General |
Döyüşlər | Balkan müharibələri |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAcarıstan Muxtar Respublikasının Kobuleti rayonunda anadan olmuşdur. 1909-cü ildə Osmanlı ordusunun Alman Qərargahınının nəzarətində olan hissəsinin modernləşdirilməsində iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda general-leytenant dərəcəsinə yüksəldi. 1913-cü ildə yaradılan Səid Həlim Paşanın rəhbərlik etdiyi İttihad və Tərəqqi hökumətində Daxili İşlər Naziri təyin edildi.[1]
Fəaliyyəti
redaktə1914-cü ildə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsinə daxil olmasına qarşı çıxdı. Mahmud Paşa hesab edirdi ki, Osmanlı İmperiyası müharibədə iştirak etmək üçün kifayət qədər hazırlıqlı deyil.[1] İttihad və Tərəqqi komitəsindən müstəqil dövlət adamı kmi tanınmağa başladı. Talat Paşanın rəhbərlik etdiyi vaxtlarda Dəniz Donanmasının naziri oldu.
1918-ci ildə Osmanlı İmperiyası Məclisinin üzvü təyin edildi. Birinci Dünya müharibəsindən sonra sülh hazırlığı komissiyanı idarə etdi. Komissiyaya rəhbərlik etdiyi vaxtlarda ermənilərin deportasiya edilməsini insanlığa qarşı cinayət kimi qiymətləndirdi. Mustafa Kamal Atatürk onun ermənilərlə barışmaq haqqında bildirdiyi fikirləri tənqid etdi.[2].
1920-ci ilin 22 martında ingilis işğalçıları tərəfinfən “İttihadçı” kimi tanınan digər siyasi partiya üzvləri ilə birlikdə Maltaya sürgün edildi. 1921-ci ildə sürgündən azad edildi və İstanbula geri döndü. 31 iyul 1931-ci ildə vəfat etmişdir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "Çürüksulu Mahmud Pasha Tavgiridze". The Platform of Georgians in Turkey (TurkGurcu.com). 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 Oktyabr 2018.
- ↑ Atatürk, Kemal. "Public Speeches, Nutuk (1919 - 1927)". Ataturk Research Center. April 5, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2012.