Prokurorluq Orqanlarinda Qulluqda Ferqlenmeye Gore Medali - Wikipedia
"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir.
"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Təltif edir | Azərbaycan Prezidenti |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 5 noyabr 2022 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı |
Aşağı mükafat | "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı |
Tarixi və əsasnaməsi
redaktə"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]
Medal ilə prokurorluq işçiləri aşağıdakılara görə təltif edilirlər:
- Prokurorluq orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə;
- Xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə;
- Prokurorluq orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.
Prokurorluq işçiləri "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilirlər.
"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Təsviri
redaktə"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.[2]
Medalın ümumi təsviri
- "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Medalın ön tərəfi
- Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
- Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" sözləri yazılmışdır.
- Daxili çevrənin mərkəzində Azərbaycan Prokurorluğunun rəsmi emblemi həkk olunmuş, emblemin sol və sağ tərəflərində palıd yarpağından çələnglər təsvir edilmişdir. Çələnglərin yuxarı hissələrinin arasında, mərkəzdə diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.
- Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.
Medalın arxa tərəfi
- Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngli fonda "Azərbaycan Respublikasının Prokurorluğu" sözləri yazılmışdır.
- Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
Medalın elementləri
- Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissələrinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli hamar metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
- Göy rəngli xara lentin hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində sarı, 1 mm enində göy, 3 mm enində sarı, 1 mm enində göy və 1 mm enində sarı rəngli şaquli zolaqlar təsvir edilmişdir.
- Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Təltif edilənlər
redaktəİstinadlar
redaktə- ↑ ""Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə". president.az. 26 noyabr 2022. 29 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
- ↑ ""Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri" (PDF). president.az. 26 noyabr 2022. 29 noyabr 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 noyabr 2022.