Florens Naytingel Medali - Wikipedia
"Florens Naytingel" medalı — tibb bacısı üzrə xüsusi fərqlənənlərə təqdim edilən və britaniyalı tibb bacısı Florens Naytingelin adını daşıyan beynəlxalq mükafat. Medal 1907-ci ildə Londonda keçirilən Qızıl Xaç Cəmiyyətlərinin Səkkizinci Beynəlxalq Konfransından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən 1912 ildə təsis edilmişdir.[1] Bu, tibb bacısının əldə edə biləcəyi ən yüksək beynəlxalq mükafatdır və tibb bacılarına və ya tibb bacısının köməkçilərinə "xəsarət alanlara, xəstələrə və ya əlillərə və ya münaqişə və ya fəlakətin mülki qurbanlarına fövqəladə cəsarət və sədaqət" və ya "İctimai səhiyyə və ya tibb bacısı təhsili sahələrdə nümunəvi xidmət və ya ixtiraçılıq və qabaqcıl ruh" üçün verilir. Florens Nightingale Medal Komissiyası BQXK-nın bir neçə üzvü və işçilərindən ibarətdir, onlardan bir neçəsi tibb bacısı mütəxəssisləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş tibb bacısıdır. Komissiyanın işində Beynəlxalq Tibb Bacıları Şurasının nümayəndəsi də iştirak edir.
"Florens Naytingel" medalı | |
---|---|
Florence Nightingale Medal | |
|
|
Tip | mükafat, medal |
Təltif edir | |
Statistika | |
Təsis tarixi | 1912 |
Təltif sayı | 1.483 |
Vikianbarda əlaqəli mediafayllar |
12 may 2021-ci ildə İkinci Qarabağ müharibəsinin şəhidi Arəstə Baxışova Florens Naytingel medalı ilə təltif edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ "Medals and Badges: Florence Nightingale Medal". British Red Cross. 3 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2010.
- ↑ "Arəstə Baxışova beynəlxalq "Florens Naytinqeyl" medalına layiq görülüb". 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.