Azerbaycan Diplomatik Xidmet Orqanlarinin 100 Illiyi 1919 2019 Yubiley Medali - Wikipedia
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Statistika | |
Təsis tarixi | 29 mart 2019 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi" yubiley medalı[1] |
Aşağı mükafat | "Diplomatik xidmətə verilən töhfəyə görə" medalı[1] |
Əsasnaməsi
redaktə"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanunu ilə təsdiq edilmişdir.[2]
Maddə 1. Təltif edilən şəxslər
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
— medal haqqında ƏSASNAMƏ[2]
Təsviri
redaktəMaddə 1. Medalın ümumi təsviri
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏT ORQANLARI" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir. Ulduzların hər iki yazıya tərəf kompozisiyanı tamamlayan xətlər vardır.
2.2. Medalın daxili çevrəsində Yer kürəsi təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsi təsvirinin üst hissəsində "100" rəqəmləri, həmin təsvirdən sol tərəfdə "1919", sağ tərəfdə "2019" rəqəmləri yazılmışdır. Daxili çevrənin aşağı hissəsində, sol və sağ tərəflərə doğru qövs boyunca palıd yarpaqlarından ibarət çələng yerləşir. Yer kürəsi təsvirinin sol yarımkürəsinin yuxarı hissəsində üzərinə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl mina çəkilmiş üç qövsvarı zolaq vardır. Medalın ön tərəfində bütün yazılar və təsvirlər relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, mərkəzində "XARİCİ İŞLƏR NAZİRLİYİ" sözləri yazılmışdır.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
3.3. Medalın arxa tərəfinin səthi hamar, yazılar isə relyefli olaraq qabarıqdır.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 55 mm ölçüdə xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Tünd göy rəngdə xara lentin mərkəzində hər birinin eni 2,5 mm olmaqla, Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən yaşıl, qırmızı və mavi rənglərdə şaquli zolaqlar təsvir edilmişdir. Yaşıl zolağın sol, mavi zolağın sağ kənarında eni 1,5 mm olan qızılı şaquli zolaq vardır.
4.3. Xara lentin yuxarı hissəsinə üzərində ölçüsünə görə mərkəzdən kənarlara doğru kiçilən beş ədəd relyefli səkkizguşəli ulduz təsvir edilmiş, qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçülü bürünc lövhə bərkidilir.
4.4. Xara lentin aşağı hissəsinə üzərində relyefli aypara, ulduz və palıd yarpaqlarından ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş, mərkəz hissədə eni 5,5 mm olmaqla, 40 mm x 7,8 mm ölçülü bürünc lövhə bərkidilir.
4.5. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
Mənbə
redaktə- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1533-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- New medal established in Azerbaijan
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- ↑ 1 2 ""Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ". president.az. 10 may 2018. 5 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.