Azerbaycan Respublikasi Diplomatik Xidmet Orqanlarinin 90 Illiyi 1919 2009 Yubiley Medali - Wikipedia
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı.[1]
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | yubiley medalı[d] |
Status | təqdim olunmur |
Statistika | |
Təsis tarixi | 30 iyun 2009 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı |
Aşağı mükafat | "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı |
Əsasnamə
redaktə- 1. "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət orqanlarının diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
- 2. "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
- 3. "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır[2].
Təsviri
redaktə"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.
Medalın diametri 35 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir, içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTİ" sözləri həkk olunmuşdur. Medalın ikinci dairəsinin mərkəzində yer kürəsinin şərti təsviri fonunda qızılı rəngli qabarıq "90" rəqəmi və "il" sözündən ibarət emblem, habelə emblemdən aşağıda "1919–2009" rəqəmləri həkk olunmuşdur.
Medalın arxa tərəfi hamar səthlidir, ortada yuxarı hissədə qızılı rəngli qabarıq "90" rəqəmi, ondan aşağıda "AZƏRBAYCAN RESPUBLİKASI DİPLOMATİK XİDMƏTİ" sözləri və "1919–2009" rəqəmləri həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə, aşağıya doğru bucaq altında kəsilən metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə hər birinin eni 1,5 mm olan 4 qızılı zolaqdan və onların arasında yerləşən, hər birinin eni 7 mm olan və Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən 3 maili zolaqdan ibarətdir. Lövhənin üst hissəsinə eni 4 mm olan qızılı təbəqə bərkidilir.
Medala 27 mm x 9 mm ölçüdə paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və üzərində hər birinin eni 1,5 mm olan 4 qızılı zolaqdan və onların arasında yerləşən, hər birinin eni 7 mm olan və Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən üç maili zolaqdan ibarət qəlib əlavə olunur[2].
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli, 370 nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine (az.)
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-09.