Azerbaycan Respublikasi Fovqelade Hallar Nazirliyinin 5 Illiyi 2005 2010 Yubiley Medali - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" medalı — Azərbaycan Respublikasının medalı[2]
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | |
Tip | medal |
Status | təqdim olunmur |
Statistika | |
Təsis tarixi | 22 oktyabr 2010 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı[1] |
Aşağı mükafat | "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı[1] |
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalının təsviri
redaktəAzərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" Azərbaycan Respublikasının yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfi hamar səthlidir. Mərkəzin yuxarı hissəsində yaşıl minalı relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir edilmişdir.
Bu kompozisiyadan yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı hissəsində isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır. "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri ilə emblemin arasında Azərbaycan Respublikasının dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində "5 İL" sözü yazılmış və dəfnə budağının təsviri verilmişdir. Lentin sol yuxarı hissəsində üst-üstə "2005" və "2010" rəqəmləri yazılmişdır.
Emblem, yarpaqlar, sözlər, rəqəmlər, şüalar relyefli və qızılı rəngdədir. "5 İL" sözü ağ, dekorativ lent göy, qırmızı və yaşıl mina ilə örtülmüşdür.
Medalın arxa tərəfi hamar səthlidir. Mərkəzdə "AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 5 İLLİYİ" sözləri və "2005–2010" rəqəmləri milli ornamentlə tamamlanır. Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 2 mm enində göy, 10 mm enində qırmızı və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
- ↑ "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli, 370 nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine (az.)
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |