Likvidlik Riski - Wikipedia
Likvidlik riski — maliyyə və ya iqtisadiyyatda,[1] müəssisə və ya fərdin aktivlərini vaxtında nağd pula çevirmək və ya maliyyə öhdəliklərini ödəmək qabiliyyətinin azalması və ya tam itirilməsi ilə bağlı olan riski ifadə edir. Bu risk, həm qısamüddətli nağd pul çatışmazlığından, həm də bazarda aktivlərin satılmasının çətinləşməsindən yarana bilər.[2]
Növləri
redaktə- Bazar likvidliyi riski (ing. Market liquidity risk) — bir aktivin bazarda dəyərini ciddi şəkildə[3] azaltmadan tez satıla bilməməsi. Bu, adətən bazarda kifayət qədər alıcı və ya tələb olmadıqda baş verir. Məsələn, dar bazarlarda və ya iqtisadi qeyri-sabitlik şəraitində aktivlər daha az alıcı tapır.
- Maliyyə likvidliyi riski (ing. Funding liquidity risk) — bir təşkilatın cari maliyyə öhdəliklərini ödəmək üçün kifayət qədər nağd vəsaiti və ya tez çevrilə bilən aktivləri olmaması. Likvid aktivlərin çatışmazlığı səbəbindən qısamüddətli borcları ödəməkdə çətinliklərlə nəticələnir.[4]
Səbəbləri
redaktəBazarlarda qeyri-sabitlik | İqtisadi və ya siyasi qeyri-müəyyənlik bazarda alıcıların azalmasına səbəb olur |
Böhran vəziyyətləri | Qlobal maliyyə böhranları, bankların və ya digər maliyyə qurumlarının ödəniş qabiliyyəti problemləri yaratması likvidlik riskini artırır |
Aktivlərin spesifikliyi | Tez satılması çətin olan xüsusi aktivlər (məsələn, daşınmaz əmlak, böyük miqyaslı maşınlar) |
Yüksək borc yükü | Həddindən artıq borc öhdəlikləri olan müəssisələr likvidlik problemləri ilə üzləşə bilər[5] |
Menecmenti
redaktəŞirkətlərin qısamüddətli öhdəlikləri və mövcud nağd vəsaitlərini[6] daim izləməsi vacibdir.[7] Təxirəsalınmaz vəziyyətlər üçün yüksək likvidlik səviyyəsinə malik aktivlər (məsələn, nağd pul və ya dövlət istiqrazları) saxlamaq. Müxtəlif bazarlarda və ya aktiv növlərində sərmayə yatırmaq bazar likvidliyi riskini azaldır.[8] Banklar və ya digər maliyyə qurumları ilə öncədən razılaşdırılmış kredit xətləri saxlamaq. Şirkətlər mümkün maliyyə böhranı ssenarilərinə uyğun modellər quraraq öz likvidlik dayanıqlıqlarını qiymətləndirə bilər.[9]
Praktik nümunə
redaktə2008 Qlobal Maliyyə Böhranı zamanı banklararası kredit bazarlarının donması nəticəsində banklar öz borclarını ödəyə bilmədilər.[10] Bu, maliyyə sistemində ciddi likvidlik böhranına səbəb oldu. Kriptovalyuta bazarlarında tələbin kəskin azalması investorların aktivlərini tez bir zamanda satmasını çətinləşdirir, bu da bazar likvidliyi riskini artırır.[11]
İstinadlar
redaktə- ↑ Brunnermeier, Markus K.; Pedersen, Lasse Heje. "Market Liquidity and Funding Liquidity". Review of Financial Studies. 22 (6). 2009: 2201–38. CiteSeerX 10.1.1.572.1746. doi:10.1093/rfs/hhn098.
- ↑ Choudhry, Moorad. The Principles of Banking (ingilis). Wiley. 2012. 404–405. ISBN 978-1119755647.
- ↑ Duffie, Darrell; Garleanu, Nicolae; Pedersen, Lasse Heje. "Over-the-Counter Markets". Econometrica. 73 (6). 2005: 1815–47. doi:10.1111/j.1468-0262.2005.00639.x.
- ↑ Longstaff, Francis A. "How Much Can Marketability Affect Security Values?". The Journal of Finance. 50 (5). 1995: 1767–74. doi:10.1111/j.1540-6261.1995.tb05197.x.
- ↑ Acharya, V; Pedersen, L. "Asset pricing with liquidity risk". Journal of Financial Economics. 77 (2). 2005: 375–410. doi:10.1016/j.jfineco.2004.06.007.
- ↑ Abudy, Menachem Meni; Raviv, Alon. "How much can illiquidity affect corporate debt yield spread?". Journal of Financial Stability. 25. 2016: 58–69. doi:10.1016/j.jfs.2016.06.011.
- ↑ "Report of the Life Liquidity Work Group of the American Academy of Actuaries to the NAIC's Life Liquidity Working Group" (PDF). Boston, MA: American Academy of Actuaries. December 2, 2000. İstifadə tarixi: August 8, 2012.
- ↑ Arnaud Bervas. "Market Liquidity and its incorporation into Risk Management" (PDF). Financial Stability Review. 8. 2006: 63–79. July 12, 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ Glyn A. Holton. "Value-at-Risk: Theory and Practice, Second Edition". 2013. İstifadə tarixi: July 2, 2013.
- ↑ "Final Report of the Multidisciplinary Working Group on Enhanced Disclosure". Bank for International Settlements. April 2001. İstifadə tarixi: August 8, 2012.
- ↑ "Liquidity Risk Management" (PDF). Federal Deposit Insurance Corporation. 2008. İstifadə tarixi: August 8, 2012.