Ziyadli - Wikipedia
Ziyadlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Ziyadlı kəndi Qovlarsarı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ziyadlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]
Ziyadlı | |
---|---|
40°46′ şm. e. 46°21′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəOykonim qacar tayfasının ziyadlı oymağının adı ilə bağlıdır. Oymaq isə öz adını Səfəvilərin ilkin dövründən Gəncə-Qarabağ mahalının irsi hakimləri olmuş Ziyadoğullarının adından almışdır.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
redaktəƏhalisi 2985 nəfər (2014). Orta illik (1000 nəfərə) təbii artım 9.8 nəfər. Kəndin əhalisi oğuzların Bayat boyundan çıxmış qacar türklərindən ibarətdir.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini əkinçilik (dənli bitkilər, çoxillik texniki bitkilər və s.) və heyvandarlıqla təşkil edir.
Mədəniyyəti
redaktəKənddə elektron telefon stansiyası var.
Təhsil
redaktəKənddə orta məktəb fəaliyyət göstərir.
Səhiyyə
redaktəKənddə tibb məntəqəsi mövcuddur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ Ziyadlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Samux rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |