Zireddin Tagiyev - Wikipedia
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi.
Zirəddin Tağıyev | |
---|---|
Doğum adı | Zirəddin Məmmədtağı oğlu Tağıyev |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Mükafatları | |
IMDb | ID3177937 |
Həyatı
redaktəZirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir.
1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur.
Fəaliyyəti
redaktəAdil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır.
1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi.
1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur. Sonra Z.Tağıyev yenidən Bakıya qayıdır və xalq şairi Bəxtiyar Vahabzadənin təklifi ilə Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin "Əşar tacı" poeziya teatrı yaradılır.
1995-2004-cü illərdə Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərmişdir. Teatrda çalışan zaman türk satirik yazıçısı Əziz Nesinin "Tənha qadınlar", F.Məmmədovunun "Anansının gül balası", İ.Kərimovun "İslamda xəyanət" əsərlərinə quruluş vermişdir.
2004-cü ildə Milli ordunun polkovniki, Azərbaycan İncəsənət Xadimi Abdulla Qurbaninin "Türk sancağı" əsərini tamaşaya hazırlamışdır.[1]
9 aprel 2019-cu ildə dünyasını dəyişmişdir.
Filmoqrafiyası
redaktə- "Müstəntiq və məntiq" (film, 1971)
- Ulduzlar sönmür (film, 1971)
- Həyat bizi sınayır (film, 1972)
- Xatirələr sahili (film, 1972)
- İki dəfə iki (film, 1973)
- Ver verim (film, 1974)
- Yeni üsul (film, 1974)
- Əla kəsici (film, 1975)
- Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
- Gözlə məni (film, 1980)
- Yeganə çıxış yolu (film, 1980)
- Bəxtəvər (film, 1984)
- Xəbərdarlıq (film, 1985)
- Pərdə arxasında (film, 1987)
- 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
- Biz qayıdacağıq (film, 2007)
- Papaq (film, 2007)[2]
Mükafatları
redaktə2002-ci ildə Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar Teatrın əməkdaşı Z.Tağıyev sənətindəki nailiyyətlərinə görə “Əməkdar incəsənət xadimi” fəxri adı verildi.[3]
İstinadlar
redaktə- ↑ "BƏLƏDİYYƏ TEATRI". 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
- ↑ "Filmoqrafiya". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
- ↑ "Bakı Bələdiyyə Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında". azertag.az. 7 noyabr 2002. 18 aprel 2019 tarixində arxivləşdirilib.