Zire Bitki - Wikipedia
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Zirə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Zirə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki təsviri
redaktəHündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Yayılması
redaktəAzərbaycanda Böyük və Kiçik Qafqazın bütün rayonlaında, Naxçıvanın və Talış dağlıq hissələrində, orta dağ qurşağından alp qurşağına kimi (dəniz səviyyəsindən 800–3200 m hündürlükdə) rast gəlinir. Əsasən meşələrdə, çay kənarlarında, subalp və alp çəmənliklərində bitir.
Tərkibi
redaktəFlavonoidlər, kumarinlər, efir və piyli yağlar, steroidlər və digər bioloji fəal maddələrlə zəngindir.
Meyvələrinin tərkibində 3-6% efir yağı, karvon (40-50%), limonen, karvakrol, 20% piy yağları və flavonoidlər vardır. Meyvələrində başlıca olaraq karvon və limonen, aşı maddələri və yağlar (22% qədər) vardır.
Bitki və çiçəklərində flavonoidlər (kverçetin, kempferol və izoramnetin) və asetil tərkibli polin maddələri vardır.
Efir yağı ən azı 4%, nəmliyi 12%, ümumi kül 8%, meyvələrini tərkibində efir yağı 1%, qaralmış kök, gövdə, yarpaq və xarab olmuş nişasta tərkibli hissəciklər 2%, üzvi maddələri isə 0,5-dən çox deyildir.
Təsviri və tətbiqi
redaktəFarmakopeyaya daxil olan rəsmi dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, habelə baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər. nəfəs yolları, böyrək, sidik kisəsi, göz, nevroz, vərəm və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, antihelmint, işlədici, sidikqovucu və digər təsirə malikdir.
Yarpaqları və meyvələri keyfiyyətli tərqovucudur. Meteorizminin müalicəsində və mədə qarışıqlarında müvəffəqiyyətlə işlədilir. İştahlandırıcı, spazmolotik (bağırsaq əzələlərini, uşaqlıq, sidik yolu), bronxlardakı seliyi artıran, qadınlarda laktasiyanı gücləndirən xüsusiyyətləri vardır. 2-3 çay qaşığı bitkini 200 ml qaynar suda dəmləmək (termosda) və hər gün içmək lazımdır.
Bronxlarda iltihab mənşəli öskürəklərdə, yumşaldıcı və tərqovucu dərman kimi qastrit, enterkolit, uşaqlarda bağırsaq sancılarında, meteorizm, xroniki atonik qəbizlikdə yaxşı nəticə verir. Südverən analarda laktasiyanı gücləndirir. 1 xörək qaşığı meyvəni 1 stəkan smetanda qarışdıraraq 3 dəqiqə qaynatmaq lazımdır. 1 xörək qaşığı gündə 3 dəfə içmək lazımdır.
Hamilə qadınların qidasında zirə istifadə edilməməlidir.
İstifadə formaları
redaktəCövhər və efir yağı
Dərman bitkisi kimi istifadə olunan növləri
redaktəDigər növləri
redaktə- Carum apuanum
- Carum atrosanguineum
- Carum buriaticum (Buryat zirəsi Turcz.)
- Carum caucasicum (Qafqaz zirəsi (M.B.) Boiss)
- Carum diversifolium
- Carum grossheimii (Qrossheym zirəsi Schischk.)
- Carum incrassatum
- Carum heldreichii
- Carum Komarovii (Komarov zirəsi Karjag.)
- Carum meifolium
- Carum multiflorum
- Carum porphyroleon
- Carum rigidulum
- Carum verticillatum
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 127. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 263.