Zeb Un Nise Beyim - Wikipedia
Zeb-un Nisə Bəyim[a] (d. 15 fevral 1658 - 26 may 1702) — ana tərəfindən Səfəvi sülaləsinə mənsub olan moğol şahzadəsi. O, Böyük Moğol imperiyasının imperatoru I Övrəngzibin əsas arvadı və imperatriçası Dilras Banu Bəyim Səfəvinin evliliyindən dünyaya gəlmişdir. O, həmçinin şair olmuş və Məxfi təxəllüsü altında şerlər yazmışdır.[1]
Zeb-un Nisə Bəyim | |
---|---|
Portrait of Zeb-un-Nissa Holding a Flower (cropped).jpg | |
Moğol imperiyasının şahzadəsi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dövlətabad, Böyük Moğol imperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Aqra Əkbərin məbədi, Aqra, Böyük Moğol imperiyası |
Dəfn yeri | Əkbərin məbədi, Aqra, Böyük Moğol imperiyası |
Fəaliyyəti | şair, yazıçı |
Atası | Övrəngzib |
Anası | Dilras Banu Bəyim Səfəvi |
Həyat yoldaşı | Evlənməyib |
Dini | Sünni İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | poeziya |
Vikianbarda əlaqəli mediafayllar |
Ömrünün son 20 ilini atasının əmri ilə həbs edildiyi Səlimgarh qalasında keçirmişdir. Yazdığı şerlər ölümündən sonra toplanaraq Məxfi divanı adı altında yayımlanmışdır.[2]
Həyatının erkən dövrü
redaktəDünyaya gəlməsi
redaktəOnun adınnı mənası "Qadının Gözəlliyi" anlamına gəlir. O, o zaman şahzadə olan Mudi-un-din (sonralar I ÖVrəngzib) ilə Dilras Banu Bəyimin ailəsində 15 fevral 1638-ci il tarixində Dəkkənin Dövlətabad şəhərində dünyaya gəlmişdir. Onun anası Dilras Banu Bəyim Övrəngzibin ilk və əsas arvadı idi və görkəmli Səfəvi sülaləsinə mənsub idi. Dilras Banu Bəyimin atası olan Bədiüzzaman Mirzə Səfəvinin ulu babası I İsmayıl idi. Zeb-un Nisə atasının sevimli qızı idi və buna görə də, tez-tez atasından fərqli insanları bağışlamasını istəyirdi.[3][3][4][5][6]
Təhsili
redaktəÖvrəngzib hərəmdə çalışan qadınlardan biri olan Hafizə Məryəmi Zeb-un Nisənin təhsili ilə məşğul olmaqla vəzifələndirmişdi. Tarixçilərin bildirdiyinə görə, o, ədəbi cərəyanlara olan marağını və intellektini atasından irsi olaraq almış, 3 yaşında Quran oxumağa başlamış və 7 yaşında Hafizə olmuşdur. Onun Hafizə olması atası tərəfindən böyük sevinclə qarşılanmış, festival təşkil edilmiş və həmin gün tətil elan edilmişdir. Həmçinin şahzadəyə atası tərəfindən 30 min qızıl pul hədiyyə verilmişdir. Övrəngzib qızına belə mükəmməl təhsil verdiyi üçün onun ustadına da eyni məbləğdə pul hədiyyə etmişdir.[7][8][9]
Bir qədər sonra Zeb-un Nisə dünyəvi elmləri dövrünün bir digər məşhur şairi Məhəmməd Səid Əşrəf Mazandaranidən öyrənmişdir. O, fəlsəfə, riyaziyyat, astronomiya, ədəbiyyat və fars, urdu, ərəb dillərini öyrənmişdir. Onun həmçinin xəttatlıq üzrə də xüsusi bacarıqları var idi. Onun kitabxanası bütün digər şəxsi kolleksiyaları üstələyirdi və o, öz sifarişi ilə ədəbi əsərlər hazırlamaq və ya onun üçün əlyazmaların surətini çıxarmaq üçün yüksək maaşla bir çox alimləri işə götürmüşdü. Onun kitabxanasına daxil olan kitablar əsasən hüquq, ədəbiyyat, tarix və teologiya barədə idi.[10][11][8][12][13]
Dövrün qaynaqlarında şahzadə mərhəmətli ürəyə sahib və hər zaman ehtiyyacı olanlara yardım edən insan kimi xatırlanır. O, xüsusilə dul və yetimlərə yardım edirmiş.[14] İnsanlara yardım etməklə kifayətlənməməiş, bəzən onları Məkkə, Mədinə kimi müqəddəs yerlərə ziyarətə də göndərmişdir. Onun musiqiyə də marağı olmuşdur və bəzi mənbələrdə ondan dövrünün ən gözəl səsə malik qadını kimi bəhs edilir.[14]
Övrəngzibin hakimiyyətə gəlməsindən sonra
redaktəAtası Övrəngzib Sultan Şahcahandan sonra moğol imperatoru olan zaman Zeb-un Nisə 21 yaşında idi. Qızının istedadlarına bələd olan Övrəngzib imperator olduqdan sonra da siyasi məsələlərdə onunla məsləhətləşmiş və onun tövsiyələrinə qulaq asmışdır. Bəzi qaynaqlarda qeyd edilir ki, Övrəngzib saraya gələn bütün şahzadələri ilk öncə Zeb-un Nisənin qəbuluna göndərirmiş. Zeb-un Nisənin özündən başqa 4 kiçik bacısı da var idi: Zinət-un Nisə Bəyim, Zubdat-un Nisə Bəyim və Mehr-un Nisə Bəyim.
Görünüşü belə təsvir edilir:
... o, hündür və incə, üzü yuvarlaq və açıq rəngdə, sol yanağında iki mol və ya gözəllik ləkələri ilə təsvir edilmişdir. Gözləri və bol saçları çox qara idi, nazik dodaqları və kiçik dişləri var idi. Lahor Muzeyində bu təsvirə uyğun gələn müasir portret var... O, sadə və zabitəli geyimdə idi; həyatının sonrakı hissəsində o, həmişə ağ geyinərdi və onun yeganə bəzəyi boynunda mirvari sapı idi. |
Zeb-un-Nissa Angya Kurti kimi tanınan qadın geyimi icad etdi. Bu, Türküstan qadınlarının geyiminin dəyişdirilmiş forması idi. Bu dəyişiklik Türküstan qadın geyiminin Hindistan təbii mühitinə uyğunlaşdırılmasından ortaya çıxmışdı.[15][14]
Onun yaşadığı dövrdə bir çox məşhur şair öz fəaliyyətinin zirvəsində idi. Bunlara misal olaraq Mövlanə Əbdülqadir Bədili, Kalim Kaşaniyi, Saib Təbriziyi və Ğani Kəşmirini göstərə bilərik. Şahzadənin poetikasında Hafiz Şirazinin təsiri aşkar şəkildə hiss edilməkdədir. Bununla belə, Zeb-un Nisə Hindistandakı farsdilli ədəbiyyatın görkəmli nümayəndələrindən biri hesab edilir. Zeenut Ziad onu berlə təsvir edir:[16]
Zeb-un Nisə dini doktrina və iman məsələlərində ciddi təhsil almış, bir sıra elmi sahələrdə görkəmli alim, ədəbiyyat xadimi və bəzi məşhurların himayədarı kimi tanınmışdır. O, yaxşı təhsil almış, mahnılar bəstələmiş və dövrünün bir çox bağlarını saldırmışdır. |
Zeb-un Nisə ədəbiuyat sahəsindəki fəaliyyəti üçün Məxfi təxəllüsünü seçmişdi. Onun yazdığı poetik kitab və poeamaların toplandığı Divanına təxminən 5 min beytlik şeir külliyatı daxildir. Bundan başqa o, bu kitabları da yazmışdır: Monis 'ul-Roh, Zeb 'ul-Monşa’at (زیب المنشآت / زيب المنشئات, "Zeb-in ədəbi əsərləri") and Zeb 'ul-Tafāsir (زيب التفاسير, "Zebin təfsirləri"). Dövrün ədəbi proseisndən bəhs edən qaynaq olan Makhzan 'ul-Ğaib kitabında yazılana görə, Zeb-un Nisənin külliyatı 15 min beytdən ibarət olmuşdur. O, bütün bunlardan başqa, xeyli sayda kitabın toplanması, tərcümə edilməsi və üzünün köçürülməsi işini həyata keçirmişdir.
Həyatının sonrakı dövrü, həbsi və ölümü
redaktəZeb-un Nisə müəyyən müddətdən sonra həbs edilmiş, ömrünün 20 ilini müasir Köhnə Dehlinin Şahcahanabad bölgəsində yerləşən Səlimgarh qalasında keçirmişdir. Onun həbsinin səbəbi ilə bağlı ziddiyyətli fikirlər vardır. 1662-ci ildə Övrəngzib xəstələnmiş və həkimlər ona ətraf mühitini dəyişdirməyi tövsiyə etmişdir. Bundan sonra, o, ailəsini götürmüş və Lahora getmişdir. Bu zaman Lahorun canişini Övrəngzibin vəziri olan Aqil xan Razi idi. İddia edilir ki, bu zaman Aqil xanla Zeb-un Nisənin qısamüddətli və nəticəsi olmayan əlaqəsi olmuş, bu da imperatorun daha qızına etibar etməməsinə yol açmışdır.[17] Bəzi mənbələr isə bildirir ki, o, şairə və musiqiçi olduğu üçün həbs edilmişdir. Bunu əsas göstərənlər Övrəngzibin sərt, daha ortodoks və fundamental həyat və düşüncə tərzinə işarə vururlar.[18][19] Başqa bir qaynaqda isə, Zeb-un Nisənin imperatorun gözündən düşməsinin səbəbi kimi onun özünün kiçik qardaşı Məhəmməd Əkbərlə olan yazışması göstərilir. Bu zaman onun atasına qarşı üsyan qaldıran qardaşı Məhəmməd Əkbəri[b] dəstəklədiyi üzə çıxmışdı. Məhəmməd Əkbər atasını aşkar şəkildə İslama zidd hərəkətlərə yol verməkdə ittiham edirdi. Zeb-un Nisəyə verilən cəza topladığı sərvətinin müsadirə olunması, illik 4 lax pensiyasının ləğv edilməsi və ölənə qədər Səlimgarhda məhbus olması idi.[22][23]
Həbsdə saxlandığı qalada 7 günlük xəstəlikdən sonra vəfat etsə də, atası Övrəngzibin Dəkkəndə səfərdə olmasına görə, cənazəsi də Şahcahanabadda saxlanıldı. Onun ölüm ili məsələsində mənbələrdə mübahisəli illər vardır. Bəziləri onun 1701-ci ildə, bəziləri 1702-ci ildə öldüyünü bildirir.[23][24] Onun məzarı şəhərin şimal darvazası olan Kəşmiri darvazasının kənarında yerləşən "Otuz üç ağac" bağında idi və üzərində məqbərə tikilmişdi.[25] Lakin Hindistan Britaniya müstəmləksi olarkən buradan qatar yolu salınmış, bu zaman onun məzarı Aqrada yerləşən və Zeb-un Nisənin ulu babası olan Əkbər şahın məqbərəsinə köçürülmüşdür. Lakin eyni zamanda Pakistanın Lahor şəhərinin Navankot bölgəsində də ona aid olduğu iddia edilən məqbərə vardır, lakin bu iddia sübuta yetirilməyib.[26] Harun Xalid bildirir ki, Lahordakı məqbərənin Zeb-un Nisəyə aid olması iddiası Dara Şükuhun hakimiyyət uğrunda 1657-1661-ci illərdə apardığı mübarizə ilə bağlıdır. Lahorda çox keçirən şahzadə məğlub olduqdan sonra ona olan sevgi bir digər şahzadə ilə əlaqələndirilmişdir. Halbuki bu şahzadə Dehlidə dəfn edilmiş və sonradan Aqraya köçürülmüşdür.[27]
1724-cü ildə, Zeb-un Nisənin ölümündən təxminən 22 il keçdikdən sonra sağlığında yazdığı və həmin zaman müxtəlif yerlərə dağılmış vəziyyətə olan şerləri toplanmış və Divan-i Məxfi adı altında yayımlanmışdır. Bu Divana 421 qəzəl və xeyli sayda rübai daxildir. 1730-cu ildə bu Divana başqa qəzəllər də əlavə edildi.
Şəxsi həyatı
redaktəZeb-un Nisə xeyli sayda elçilərinin olmasına baxmayaraq, həyatı boyu evlənməmiş və subay qalmışdır.[28] Zeb-un Nisənin özündən başqa 4 kiçik bacısı da var idi: Zinət-un Nisə Bəyim, Zubdat-un Nisə Bəyim və Mehr-un Nisə Bəyim.
Zeb-un Nisəni babası Sultan Şahcahan əmisinin oğlu Süleyman Şükuhla nişanlamışdı. Süleymanın atası Dara Şükuh Övrəngzibin böyük qardaşı və vəliəhd şahzadə idi.[29] Süleyman özü də atası Daranın vəlihədi olduğuna görə Sultan Şahcahan Zeb-un Nisənin Böyük Moğol imperiyasının imperatriçası olmasını planlayırdı. Öz növbəsində imperatorun planına görə özündən sonra da taxda Dara Şükuh keçəcəkdi. Bu baxımdan evlilik mükəmməl evlilik hesab edilə bilərdi, lakin bu baş tutmadı. Çünki böyük qardaşı ilə münasibətləri yolunda olmayan Övrəngzib buna icazə vermədi.[30] Eyni zamanda Zeb-un Nisənin qohumu, Səfəvi şahı II Abbasın oğlu Fərrux Mirzə də onunla evlənmək istəmişdi.[29] Başqa evlilik təklifləri də edilmişdi, lakin o, bütün təkliflərdən sonra evlilikdən əvvəl həmin şəxsin özünü görmək istədiyini bildirmişdi.
Bəzi kitablarda qeyd edilir ki, Aqil xan Razi ilə Zeb-un Nisə arasında gizli sevgi münasibətləri olmuşdur. Aqil xan da eyni zamanda Lahorun hakimi olmaqla birlikdə, şair olmuşdur. Bəziləri isə bu iddianın doğruluğuna inanmır və bunu onun Divanı ilə əsaslandırırlar. Çünki o. Divanında bir beyt belə olsun bu sevgi münasibətlərinə işarə olacaq sözlər yazmamışdır və qəzəlləri tipik Sufi tematikasına uyğun olaraq Allaha olan sevgidən bəhs edir.
Müəyyən mənbələrə görə, moğol xanımlarının həyatı ilə bağlı (bəzi əcnəbilər tərəfindən yaradılmış və yaxud yazılmış) "insanlığı pozan" qalmaqallar (intibahdan sonrakı dövrdə) qeyri-adi bir şey deyildi. Məsələn, guya Zeb-un Nisənin Aqil xanla güclü şəkildə bir-birlərini sevmələri və guya Aqil xanın od üzərində qaynadılan qazanda öldürülməsi rəvayəti xalq arasında geniş yayılmışdı. Lakin mənbələr bildirir ki, Aqil xan uzun müddət yaşamış və təbii səbəblərdən vəfat etmişdir.[11]
Şeiriyyatı
redaktəZeb-un Nisə Bəyimin həm ata, həm də ana tərəfdən ulu babaları şeiriyyatla yaxından maraqlanmışdır. Ata tərəfdən ulu babası olan Babur özü türk və fars dillərində gözəl şeirlər yazmış və qəzəl yazılmasında yeni tərz formalaşdırmışdır. 47 illik həyatı boyunca Babur zəngin kitabxana miras olaraq qoymuşdur. Onun məşhur əsəri olan Baburnaməsi, qəzəlləri dövrümüzə qədər gəlib çatmışdır. Onun xüsusi xəttatlıqla formalaşdırılan yazı tərzi xətt-i Babur adlandırılmaqdadır.[31][32] Sülalənin hökmdarı Mirzə Kamran da qəzəllər yazmışdır.[15] Sülalənin ən məşhur hökmdarlarından olan Əkbər dövlət işləri ilə çox məşhur olduğu üçün şeir yazmağa vaxt tapa bilməsə də, saraydakı bütün ətrafına dövrün məşhur şairlərini toplamışdı.[15] Zeb-un Nisənin ana tərəfdən aid olduğu Səfəvi sülaləsindən də xeyli sayda şairlər çıxmışdı. Bunlara misal olaraq, I İsmayılı göstərə bilərik. Şah I İsmayıl dövrünün ən güclü hökmdarlarından biri olmaqla bərabər, həm də gözəl şair olmuşdur. Onun klassik formada və ənənəvi türk şeiriyyat vəzni olan heca vəznində yazdığı şeirlər, poemalar və divanlar xüsusilə seçilir. Şeiriyyata yeni tərzlər və məzmunlar gətirən I İsmayıl bölgədəki türkdilli şeiriyyatın ən öncüllərindən biri hesab edilir.[33] Şah İsmayılın Dəhnamə poeması çox məşhurdur. Hələ də bir çox bölgə ölkəsində onun şeirlərinə bəstələnən musiqilər və mahnılar aktuallığını qorumaqdadır.[34] Səfəvi sülaləsindən bir digər məşhur şair isə İbrahim Mirzə Səfəvidir. Onun da türk dilində yazdığı şeirlər mpvcuddur və bu şeirlərin bir hissəsinin nüsxəsi hal-hazırda AMEA ƏLyazmalar İnistitutunda saxlanmaqdadır. Bu şeirlər inistituta külliyatı Avropadakı İsmaililər qalereyasından tapan Cənubi Azərbaycandan olan şəxs vermişdir.[35][36][37]
Zeb-un Nisə şeir yazmağa erkən dövrdə başlamışdır, lakin ilkin mərhələdə ərəbcə şeirlər yazmışdır. Onun şeirlərini görən bir ərəb alim şeirlərin gözəl olduğunu, lakin şeirlər oxunan zaman bunun bir ərəb tərəfindən yazılmadığının bəlli olduğunu demiş, bundan sonra Zeb-un Nisə Bəyim ərəbcə şeir yazmağı dayandırıb başqa dillərə yönəlmişdir. Onun bu işlərdəki müllimi Şah Rüstəm Qazi olmuş, onu birbaşa şeiriyyata yönəldən də o, olmuşdur. Bir müddət sonra atası ilə münasibətləri əla olan Zeb-un Nisə onu bütün imperiya boyunca çaparlar göndərməyi və bütün məşhur şairləri Dehlidəki saraya toplamağa sövq edə bilmişdi. Bu o dönəm üün böyük bir şey idi, çünki Övrəngzib özü şeiriyyatı sevmirdi və şairlərə müsbət yanaşmırdı. O, Hafizin əsərlərinin məktəblərdə oğlanlara oxudulmasını, saraydakı bəyimlərə onun şeirlərini səsləndirməyi qadağan etmişdi, lakin burada bircə istisnanı Zeb-un Nisə təşkil edirdi. Zeb-un Nisənin çevrəsinə daxil olan şairlərin sırasına Nəsir Əli, Sayab, Şəmş Vəli Ullah, Brahmin və Behraaz daxil idi.[15]
Zeb-un-Nisə bütün həyatını ədəbi əsərlərə və şeirlərə sərf etdi, özü də dediyi kimi:
''Ey Məxfi, bu eşq yoludur və tək getməlisən.
Heç kim sənin dostluğuna yaraşmaz, hətta Allah olsa belə.'' |
Başqa bir qəzəlində deyilir:[c]
'Tünd buruq saçların və nəfəs kəsən gözlərinlə,
Məni yarımçıq qoyan sorğulu baxışın. Qana bulaşmış qılınc kimi deşən, sonra geri çəkilən gözlər, xəncər kirpikli gözlər! Fanatiklər, səhv edirsiniz - bu cənnətdir. Axirətlə bağlı vədlər verənlərə fikir verməyin: indi bizə qoşulun, saleh dostlar, bu məstlikdə. Kəbəyə gedən yolu düşünməyin: müqəddəslik qəlblərdədir. Ömrünü israf et, əziyyət çək! Allah buradadır. Ey dözülməz üz! Davamlı işıq! Həyəcanlandığım yer budur, burada, burada. Bu barədə heç bir yerdə kitab yoxdur. Yalnız səni görən kimi anlayıram. Əgər gözəlliyini Allaha təqdim etmək istəyirsənsə, Zəbunnisə ver bir dad. Ən kiçik loxmanı gözləyən o, buradadır.' |
Mirası
redaktəOnun şerlərdən ibarət kitabı 1929-cu ildə Dehli şəhərində, 2001-ci ildə də Tehran şəhərində çap edilmişdir. Həmçinin bu kitabın əlyazmaları Paris Milli Kitabxanasında, Britaniya muzeyi kitabxanasında, Almaniyada Tübingen Universitetinin kitabxanasında və Hindistanda Mota kitabxanasında saxlanmaqdadır. Onun Lahorun özündə saldığı və Çauburji və ya "Dörd qülləli" adlanan bağının bir hissəsi dövrümüzdə də mövcudluğunu qorumaqdadır.
Əsərləri
redaktə- Divan-i Məxf. Lahore Amrit Press (1920).
- Paul Vhalley (red). The Tears of Zebunnisa: Being Excerpts from 'The Divan-I Makhf'. W. Thacker & Co (1913).
Qeydlər
redaktə- ↑ Həmçinin Zəbunnisə, Zəbunniso, Zəbunnissa, Zəbunisə və ya Zəb əl-Nissə olaraq da adlandırılır. Zēb sözünün mənası gözəl və ya ornament deməkdir və ərəbcə sözdür. Nisə ərəbcə də qadın deməkdir. Beləliklə, Zəb-un Nisə bütün qadınların ən gözəli deməkdir.
- ↑ Məhəmməd Əkbər doğulan zaman anası Dilras Banu Bəyim infeksiyaya yoluxmuş və buna görə də, bir neçə ay sonra vəfat etmişdir. Dilras Bəyimin vəfatından sonra körpə Məhəmməd Əkbərin qayğısı ilə böyük bacısı Zeb-un Nisə məşğul olmuşdur. Zeb-un Nisənin atasının ən sevimli qızı olduğu kimi, Əkbər də atasının ən sevimli oğlu idi.[20][21]
- ↑ Bu ingilis dilinə Salli Li Styuvart, Elena Bell və Maqsudə Jorayev tərəfindən tərcümə edilmişdir.Sally Lee Stewart, Elena Bell və Maksuda Joraeva. . VIII. Atlanta: Atlanta Review. 2002. səh. 68.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sarkar, 1979. səh. 14
- ↑ Lal və Westbrook, 1913. səh. 20
- ↑ 1 2 Sarkar, 1989. səh. 90
- ↑ "Aurangzeb daughter's monument in a shambles". ation.com.pk. 2009. 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
- ↑ Krynicki, 2005. səh. 73
- ↑ Lal və Westbrook, 1913. səh. 7
- ↑ Lal və Westbrook, 1913. səh. 8
- ↑ 1 2 Sarkar, 1912. səh. 69
- ↑ Raman, 2009. səh. 10
- ↑ Mirsa, 1967. səh. 90
- ↑ 1 2 Hadi, 1995. səh. 638–639
- ↑ Nath, 1990. səh. 161
- ↑ "WISE: Muslim Women: Past and Present – Zebunnisa". www.wisemuslimwomen.org. 2011-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
- ↑ 1 2 3 Nath, 1990. səh. 163
- ↑ 1 2 3 4 "The Diwan of Zeb-un-Nissa: Introduction". sacred-texts.com. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
- ↑ Ziad, 2002. səh. 169
- ↑ Lal və Westbrook, 1913. səh. 16
- ↑ Krynicki, Annie Krieger. "Captive Princess Zebunissa, Daughter of Emperor Aurangzeb". Oxford University Press. 2006. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
The book revolves around Princess Zebunissa (1638–1702) who is defined as the symbol of female power of the Mughal dynasty and portrays their stature in the court life in the seventeenth century...For her the name signified a life dramatically suppressed, cut off from the world. Her mysterious and unexpected imprisonment is also described in this book: Zebunissa's fate changed drastically when she was sent to prison by her father Aurangzeb, where she died leaving a landmark near the Red Fort of Delhi.
- ↑ "Memories of Ferghana". indianexpress.com. 2005. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2022.
USIC and dance? But wasn't that '‘unIslamic'’ in a country celebrating an Islamic revival, I'd thought back then, as I twirled at an Uzbek soiree at Kokand in the Ferghana Valley. My hostess had snatched up a daf (dafli in India) and was dancing slowly to a sad Persian song by Zebunisa 'Makhfi', an Uzbek-Tajik favourite. She was a princess of Delhi via Ferghana; Aurangzeb's daughter, whom he jailed for 20 years in Salimgarh, next to the Red Fort, because of her Sufi sympathies. Aurangzeb had killed music in his realm. Zebunisa's voice sang in her ancestral homeland, though lost to Delhi.
- ↑ Sarkar, 1919. səh. 91
- ↑ Elliot, 1959. səh. 97
- ↑ Lal və Westbrook, 1913. səh. 17
- ↑ 1 2 Mirsa, 1967. səh. 51
- ↑ Smith, 2012. səh. 25
- ↑ Rumi, 2013
- ↑ Pakistan Library Association, 1930. səh. 100
- ↑ Khalid, 2017. səh. 100
- ↑ Hutton, 2015. səh. 220
- ↑ 1 2 Nath, 1990. səh. 150
- ↑ Journal of the Research Society of Pakistan, 1975. səh. 26
- ↑ Eraly, 1997. səh. 30
- ↑ Schimmel, 2004. səh. 26
- ↑ Minorsky, 1942. səh. 1006–53
- ↑ Javadi və Burrill, 1998. səh. 251–55
- ↑ "Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surətini əldə etmişdir". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
- ↑ "Əlyazmalar İnstitutu Şah İsmayılın nəvəsinin divanının surətini əldə edib". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
- ↑ "ƏLYAZMALAR İNSTİTUTU ŞAH İSMAYILIN NƏVƏSİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
Mənbə
redaktə- Sir Jadunath Sarkar. A short history of Aurangzib, 1618-1707. Orient Longman. 1979.
- Magan Lal; Jessie Duncan Westbrook. The Diwan of Zeb-un-Nissa. London: John Murray. 1913.
- Jadunath Sarkar. Studies in Aurangzib's Reign. Sangam Books Limeted. 1989. ISBN 9780861319671.
- Annie Krieger Krynicki. Zebunissa, daughter of Emperor Aurangzeb. Oxford University Press. 2005. ISBN 9780195798371.
- Sir Jadunath Sarkar. History of Aurangzib: Mainly Based on Persian Sources. I. M.C. Sarkar and Sons. 1912.
- Sista Anantha Raman. Women in India A Social and Cultural History. Library of Congress Catologing. 2009. ISBN 978-0-275-98242-3.
- Rekha Mirsa. Women in Mughal India. Munshiram Manoharlal. 1967.
- Nabi Hadi. Dictionary of Indo-Persian Literature. Indira Gandhi National Center for the Arts, Shakti Malik Abhinav Publications, Tara Chand Sons. 1995. ISBN 81-7017-311-6.
- Zeenut Ziad. The Magnificent Mughals. Oxford University Press. 2002. ISBN 9780195794441.
- Paul Smith. Makhfi The princess Sufi Poet Zebunnissa. Book Heaven. 2012. ISBN 978-1480011830.
- Raza Rumi. DELHI BY HEART: Impressions of a Pakistani Traveller. HarperCollins Publishers India. 2013. ISBN 978-93-5029-998-2.
- Pakistan Library Association. Modern Librarian. Libraries. 1930.
- Haroon Khalid. How Lahore came to claim the rebellious and gifted Mughal princess Zeb-un-Nisa as its own. Scroll.in. 2017.
- Deborah Hutton. A Companion to Asian Art and Architecture. John Wiley & Sons. 2015. ISBN 9781119019534.
- Journal of the Research Society of Pakistan, Volume 12. Pakistan: Research Society of Pakistan. 1975.
- Abraham Eraly. Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. Penguin Books India. 1997. ISBN 978014100143.
- A. Schimmel. The Empire of the Great Mughals: History, Art and Culture. Reaktion Books: India. 2004.
- H. Javad və K. Burrill. Azeri Literature in Iran. III. Encyclopædia Iranica. 1998.
- V. Minorsky. The Poetry of Shah Ismail I. University of London: Bulletin of the School of Oriental and African Studies. 1942. 1006–53.