Zaur Hesenov Yazici - Wikipedia
Zaur Həsənov — Azərbaycanlı yazıçı və altı fərqli sənədli film müəllifidir. TASİM layihəsinin direktoru olub.[1]
Zaur Həsənov | |
---|---|
Zaur Abdulla oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Azərbaycan Dövlət İqtisad Universiteti Gürcüstan İctimai Əlaqələr İnstitutu San-Xose Ştat Universiteti |
Fəaliyyəti | Rejisor, Yazıçı |
Tanınmış əsəri | “Dağlar Adamı” |
Həyatı
redaktəZaur Həsənov 26 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. İlk təhsilinə 1986-cı ildə Bakı şəhəri Milli Qəhrəman ilqar Mirzəyev adına 98 saylı orta məktəbdə başlayıb. Orta təhsilini başa vurduqdan sonra 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Bakalavr təhsilini bitirərək, Gürcüstan İctimai İnstitutunda magistr dərəcəsi və San-Xose Ştat Universitetində ikinci magistr dərəcəsi alıb.
Fəaliyyəti
redaktəZaur Həsənov əsasən telekommunikasiya və logistika sahələrində çalışıb.[2] O, Avrasiyanı, xüsusən də Qərbi Avropa ölkələrini Çinlə birləşdirmək məqsədi daşıyan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinin direktoru olub. Layihənin həyata keçirilməsi üzrə konsorsiuma Azərbaycanın Rabitə Nazirliyi, Türkiyənin TürkTelekom, Rusiyanın Rosletekom, Qazax Telekom və China Telecom daxildir.[3] 2016-cı ildən etibarən Bakı Limanında Baş direktorun müşaviri kimi çalışır.[4] O, Şuşa şəhərinin Dövlət Qoruğunda ictimai əlaqələr və İT departamentlərinin rəhbəri olub.[5]
Elmi fəaliyyəti
redaktəZaur Həsənov Çeçenistan və İran tarixi haqqında iki kitab yazıb. Onun ilk kitabı "Dağlar Adamı" 2015-ci ildə Böyük Britaniyada keçirilən Avrasiya Kitab Festivalında 1-ci yerə layiq görülüb. Onun Səfəvi İrani haqqında "Xalçada Gizli Sirr" adlı ikinci kitabı Moskva, Rusiyada "5-ci Roma" nəşriyyatı tərəfindən nəşr olunub, həmçinin altı sənədli filmin müəllifidir.[6] Bunlardan biri Azərbaycan neft tarixinə həsr olunub və Bakıda keçirilən 6-cı Beynəlxalq Audiovizual Festivalda xüsusi mükafat alıb.[7]
Kitabları
redaktəMəqalələri
redaktəFilmoqrafiya
redaktə- AZTV və Mədəniyyət TV (2010-cu il: 27 dəqiqə); "Beş Yaşlı ADA".
- ANS TV (2006-cı il: 100 dəqiqə); "Ilk Neftin Parıltısı"; 6-cı Beynəlxalq Audio-Vizual Festivalının Xüsusi Mükafatını qazanıb.[13]
- ANS TV (2003-cü il); "Ən Uca Heydər Əliyev".
- ANS TV (2003-cü il); "Dərdin Bəm Yeri" (İranın Bam şəhərində qeydə alınan zəlzələnin işıqlandırılması).
- ANS TV (2002-ci il: 30 dəqiqə); "Gürcüstan-ABS hərbi dəhlizi" (Pankisi vadisində və Gürcüstanda Roza İnqlabı zamanı çəkilmişdir).
- Space TV (1999: 30 dəqiqə); "Tanımadığımız ABŞ".
İstinadlar
redaktə- ↑ "TASİM-in Pekindəki təqdimatı". Qafqazinfo (az.). 17 sentyabr 2014. 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Mikrosoft şirkətində Azərbaycanla bağlı tədbir keçirildi [Video]". Voice of America (az.). 31 iyul 2014. 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Azərbaycanın TASİM layihəsi "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti"ndə təqdim olunub". Apa.az (az.). 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Şuşa Dövlət Qoruğunda yeni TƏYİNAT". m.modern.az.
- ↑ "Şuşa Dövlət Qoruğu İdarəsinin İdarəsinə mətbuat xidmətinin rəhbəri təyin olunub". oxu.az. 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Azerbaijani writer wins Central Asia literature competition". Azernews.Az (ingilis). 21 noyabr 2013. 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "National writer Anar meets winner of Central Asia literature competition". Azernews.Az (ingilis). 19 dekabr 2013. 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ Hasanov, Zaur; Isa, Abdulla. "Man of the Mountains" (English). Silk Road Media. 23 sentyabr 2014.
- ↑ "Читать онлайн «Тайник в ковре», Заур Гасанов – Литрес". www.litres.ru. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Man of the Mountains A Tale of Mysticism and Courage in the Caucasus". 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Томас Гольц: "Азербайджанский Дневник" длиною в 20 лет". Day.Az (rus). 7 iyul 2011. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Эффект serendipity Низами Гянджеви". Day.Az (rus). 14 iyun 2011. 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Korporativ sosial məsuliyyətlə bağlı təlim başa çatdı". Xalq Qəzeti (ingilis).