Zaragan - Wikipedia
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Zarağan | |
---|---|
40°55′57″ şm. e. 47°48′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var.[1]
Coğrafiyası və iqlimi
redaktəZarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsləri
redaktə- Elman Məmmədov — kimya elmləri doktoru, professor.
İqtisadiyyatı
redaktəKəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur. Kənddə mavi yanacaqdan istifadə edilir.
Mədəniyyəti
redaktəKənddə kitabxana və ATS mövcuddur.
Təhsili
redaktəKənddə 1 uşaq bağçası və 600 şagirdlik 1 №-li və 370 şagirdlik 2 №-li tam orta məktəb fəaliyyət göstərir.
Səhiyyə
redaktəKənddə tibb məntəqəsi mövcuddur.
İstinadlar
redaktə- ↑ Zarağan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |