Zamanin Ruhu - Wikipedia
Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir.[1] Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.[2][1]
Hegel hesab edirdi ki, incəsənət yarandığı dövrün mədəniyyətini əks etdirir. Mədəniyyət və incəsənət qarşılıqlı əlaqədədir, çünki rəssam öz dövrünün məhsuludur və əsərlərində həmin dövrün mədəniyyətini canlandırır. Bundan başqa o, hesab edirdi ki, müasir dünyada rəssam öz yaşadığı dövrün ruhunu yox, incəsənət fəlsəfəsi və nəzəriyyəsinə əsaslanan "azad və etik mədəniyyəti" əks etdirən klassik incəsənət nümunəsi yarada bilməz.[4]
Sosial və mədəni çoxnövlüyün və rəngarəngliyin mövcud olduğu sivilizasiyalar üzrə mədəniyyət və incəsənətin təhlili zamanı "zeytgeyst" səmərə vermir.
İstinadlar
redaktə- ↑ 1 2 Eero Saarinen, Shaping the Future, Yale University Press, 2006, səh. 15, ISBN 9780972488129, 2018-12-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2015-07-15
- ↑ Glenn Alexander Magee, Zeitgeist // The Hegel Dictionary, Continuum International Publishing Group, 2011, səh. 262, ISBN 9781847065919, 2018-12-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2015-07-15
- ↑ Гёте. "Дух времени". 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-15.
- ↑ Hendrix, John Shannon.