Zala Medye - Wikipedia
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü.
Medye | |||||
Zala | |||||
---|---|---|---|---|---|
Zala megye | |||||
|
|||||
46°40′ şm. e. 16°50′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Region | Cənubi Transdunay | ||||
Daxili bölgüsü | 6 bölgə | ||||
Başçı | Dr. Attila Pal | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 16 mart 1950 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | 277290[1] nəfər (2015) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodları | (+36) 83, 92, 93 | ||||
Poçt indeksləri | 8353 – 839x, 874x – 879x, 880x – 883x, 8855, 8856, 886x – 889x, 89xx | ||||
Digər | |||||
zala.hu | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəZala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir.
Tarixi
redaktə10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi. İşğal etdikləri torpaqlarım ərazisi müasir dövrdə Macarıstanın Zala və Şomod medyelərinin əraziləridir.[2]
Demoqrafiyası
redaktə2015-ci ilin siyahıyaalınmasına əsasən Zala medyesinin əhalisi 277290 nəfərdir.
İl | Əhalisi[3] | Dəyişikliklər |
---|---|---|
1949 | 305,433 | n/a |
1960 | ▲ 317,145 | 3.83% |
1970 | ▼ 304,127 | -4.10% |
1980 | ▲ 317,298 (rekord) | 4.33% |
1990 | ▼ 306,398 | -3.44% |
2001 | ▼ 297,404 | -2.94% |
2011 | ▼ 282,179 | -5.12% |
Etnik tərkibi
redaktəZala medyesinin əhalisi əsasən macarlardan təşkil olunsa da, müəyyən qrup romanlar (təx. 7000), xorvatlar (3500) və almanlar da (2000) ərazidə məskunlaşmışdır.
Ümumi əhalisi (2011-ci ilin siyahıyaalınması): 282179 nəfər
Etnik qruplar (2011-ci ilin siyahıyaalınması):[4] Etnik qruplarını təyin edənlər: 255069 nəfər:
- Macarlar: 241 408 (94,64%)
- Qaraçılar: 6 981 (2,74%)
- Xorvatlar: 3 248 (1,27%)
- Digərləri və ya etnik mənsubiyyətləri müəyyən edilməyən şəxslər: 3 432 (1,35%)
2011-ci il əhalinin siyahıyaalınmasına əsasən təxminən 38000 nəfər etnik mənsubiyyətini bildirməmişdir.
Din
redaktə2011-ci il əhalinin siyahıyaalınmasına əsasən Zala medyesində əhalinin dini inancı:[5]
- Katoliklər– 177072;
- Macarıstanda Reform kilsəsi – 7000;
- Evangelik kilsəsi – 3928;
- Digər dinlər – 2463;
- Dinsizlik – 23119;
- Ateizm – 2272;
- Dinini təyin etməyənlər – 66325.
Regional strukturu
redaktə№ | Azərbaycan və Macar dilində adları |
Sahəsi (km²) |
Əhalisi (2011) |
Sıxlığı (əhali./km²) |
Mərkəzi | Bələdiyyələrin sayı |
1 | Kesthey rayonu Keszthelyi járás |
535.93 | 49,421 | 92 | Kesthey | 30 |
2 | Lenti rayonu Lenti járás |
624.12 | 19,789 | 32 | Lenti | 48 |
3 | Letenye rayonu Letenyei járás |
388.69 | 16,410 | 42 | Letenye | 27 |
4 | Nadkanija rayonu Nagykanizsai járás |
907.91 | 78,252 | 86 | Nadkanija | 49 |
5 | Zalaeqerseq rayonu Zalaegerszegi járás |
1,044.70 | 102,798 | 98 | Zalaeqerseq | 84 |
6 | Zalasentqrot rayonu Zalaszentgróti járás |
282.56 | 15,509 | 55 | Zalasentqrot | 20 |
Zala medyesi | 3,784.11 | 287,043 | 77 | Zalaeqerseq | 258 |
---|
Ərazi vahidləri
redaktəZala medyesində 2 medye, 8 rayon, 2 böyük kənd və 246 kənd yerləşir.
- Medyenin mərkəzi
(2011-ci ilin siyahıyalınmasına əsasən sıralanmışdır)
- Zalaeqerseq (59499)
- Nadkanija (49026)
- Rayonları
Qalereya
redaktə-
Medyenin mərkəzi Zalaeqerseq şəhəri
-
Kestel rayonunda yerləşən Festetiç sarayı
-
Avropada ən böyük termal gölün yerləşdiyi Heviz rayonu
-
Zalasentqrot rayonunda yerləşən Battyani sarayı
-
Eqervar qalası
-
Zalalövödə yerləşən ənənəvi macar evi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ nepesseg.com, population data of Hungarian settlements
- ↑ Béla Kálmán, The world of names: a study in Hungarian onomatology Arxivləşdirilib 2021-09-11 at the Wayback Machine, Akadémiai Kiadó, 1978, p. 134
- ↑ népesség.com, "Győr-Moson-Sopron megye népessége 1870-2015" Arxivləşdirilib 2018-05-21 at the Wayback Machine
- ↑ 1.1.6. A népesség anyanyelv, nemzetiség és nemek szerint – Frissítve: 2013.04.17.; Hungarian Central Statistical Office Arxivləşdirilib 2018-11-15 at the Wayback Machine (mac.)
- ↑ 2011. ÉVI NÉPSZÁMLÁLÁS, 3. Területi adatok, 3.20 Zala megye, (mac.) [1] Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine
Xarici keçidlər
redaktə- VikiSəyahətdə Zala County haqqında səyahət məlumatları var.
- Official site in Hungarian and German
- Zalai Hírlap (zaol.hu) - The county portal