Zefer Tagi Paris - Wikipedia
Zəfər tağı (fr. Arc de triomphe de l'Étoile) — Fransanın paytaxtı Parisdə yerləşən tarixi abidə. Şarl de Qoll meydanının (və ya Etual meydanı) ortasında, Yelisey çöllərinin qərbində yerləşir. Uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir.
Zəfər tağı | |
---|---|
Arc de Triomphe de l'Étoile | |
48°52′26″ şm. e. 2°17′42″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Şəhər | Paris |
Yerləşir | Şarl dö Qoll meydanı |
Memar |
Jan-Fransua Şalqren Lui-Etyen Herikat de Türi |
Sifarişçi | Napoleon Bonapart |
Tikilmə tarixi | 15 avqust 1806[1] - 29 iyul 1836[2] |
Üslubu | Neoklassisizm |
Hündürlüyü | 49,5 ± 0,2 m |
Uzunluğu | 22 m (72 ft) |
Eni | 45 m (148 ft) |
Material | Əhəng daşı |
Rəsmi sayt | arc-de-triomphe.monuments-nationaux.fr |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00088804 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tağ iki — şərq və qərb fasadlarından ibarətdir. Qövs şəkilli yuxarı hissəsində (bilavasitə damının altında) üzərində Napoleon Bonapartın zəfər yürüşlərinin adları həkk olunmuş otuz qalxan yerləşir. Qalxanlardan bir qədər aşağıda memarlar Fransua Rüd, Brun, Jorj Jake, Lait, Lui-Denis Kayluet və Bernar Syurra məxsus şərq fasadının üzərində fransız qoşunlarının yürüş səhnələri, qərb fasadında isə fransız qoşunlarının yürüşlərdən dönüş səhnələrinə aid dairəvi miniatür heykəl ansamblı yerləşir. Şərq fasadının sol tərəfində aşağıda Napoleonun zəfərinə, 1810-cu il sülhünə, yuxarıda 1759-cu ildə türk qoşunları üzərindəki qələbəyə — Əbukir döyüşünə, sol tərəfdə aşağıda Marselyeza və 1792-ci il könüllülərinə, yuxarıda 1795-ci ildə Avstriya ilə müharibənin qalibi general Marsonun ölümünə, sağ yan tərəfinin yuxarısında Austerlis döyüşünə həsr olunmuş barelyeflər yerləşmişdir. Tağın yan tərəfindəki girişlərinin divarlarında İmperator ordusunun zabitlərinin adları həkk olunmuşdur.
Tağın üst platformasından Yelisey çöllərinin üzərindən Parisin Defens rayonunadək şəhərin panoramasını seyr etmək mümkündür.
Şarl de Qoll meydanı XIX əsrdə Jorj Ejen Hausman tərəfindən layihələndirilmiş 12 küçənin açıldığı çox geniş və böyük dairəvi meydandır.
Charles de Gaulle — Étoile ("Şarl de Qoll — Etual") metro stansiyasından Zəfər Tağına rahatlıqla getmək mümkündür.
Tarixi
redaktəNapoleon Bonapart Austerlis döyüşündən qalib çıxan fransız əsgərlərinə evlərinə Zəfər Tağının altından keçərək dönəcəklərinə söz vermişdir. 15 avqust 1806-cı ildə təməl daşı qoyulmasına baxmayaraq tikintinin memarı Jan-Fransua Şalqrinin 1811-ci ildə vəfatı və 1814-cü ildə ölkədə hakimiyyət dəyişikliyindən sonra tikinti tamamilə dayandırılır. Kral Lui-Filipin hakimiyyətə gəlməsi ilə Zəfər Tağının inşası iyul 1832-ci ildə davam etdirilərək nəhayət 1836-cı ildə tamamlanır.
Napoleona sağlığında Zəfər Tağının altından keçmək qismət olmasa da, 15 dekabr 1840-cı ildə Müqəddəs Yelena adasından Parisə gətirilən cənazəsi Zəfər Tağının altından keçirilir. Fransanın bir çox görkəmli xadimlərinin cənazəsi Zəfər Tağının altından keçirilməklə torpağa tapşırılmışdır. 1885-ci ildə Viktor Hüqonun cənazəsi iki gün Zəfər Tağının altında saxlanıldıqdan sonra torpağa tapşırılmışdır.
1919-cu ildə Birinci dünya müharibəsinin bitməsi ilə əlaqədar Qələbə paradı məhz Zəfər Tağının altından keçmişdir.
28 yanvar 1921-ci ildə Birinci dünya müharibəsində şəhid olmuş əsgərlərin xatirəsinə Zəfər Tağının qarşısında naməlum əsgər dəfn edilmiş və qəbirüstü əbədi məşəl kompleksi yaradılmışdır.
Zəfər Tağının 4 böyük heykəl kompleksi və barelyefi
redaktə-
Zəfər (Le Triomphe de 1810), Jan-Pyer Korto, 1833
-
Müqavimət (La Résistance de 1814), 1833-1837
-
Əbu-Kir döyüşünə həsr olunmuş barelyef
-
15 noyabr 1796-cı il Jemappe döyüşünə həsr olunmuş barelyef
-
Tağının daxili interyeri
-
İmperator qoşunlarının zabitlərinin adları
-
3 iyul 1798-ci il İsgəndəriyyə uğrunda döyüşə həsr olunmuş barelyef
İstinadlar
redaktə- ↑ Raymond, Gino. Historical dictionary of France. Scarecrow Press. 30 October 2008. səh. 9. ISBN 978-0-8108-5095-8. 26 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2015.
- ↑ Fleischmann, Hector. An unknown son of Napoleon. John Lane company. 1914. səh. 204. 2017-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2015.
Ədəbiyyat
redaktə- Paris, Alan Tillier, Ein Dorling Kindersley Buch, reiseführer, VİSaVİS Neuauflage 2007/2008, ISBN 978-3-928044-37-0
- Paris, Teresa Fischer, Falk reiseführer, Auflage 2004, ISBN 3-8279-0175-8,