Zefer Meydani Xankendi - Wikipedia
Zəfər meydanı — Azərbaycanın Xankəndi şəhərinin mərkəzində meydan,[1][2] SSRİ dövründə Lenin meydanı adlanırdı.[3][4][5]
Zəfər meydanı | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Xankəndi |
Tikililəri
redaktəVilayət Partiya Komitəsinin binası
redaktəMeydanın özü bu binanın qabağında yerləşir.[6][7] Sovet vaxtında bu bina Vilayət Partiya Komitəsinin binası idi.[2] Bu bina 1960-cı ildə istifadəyə verilmişdi.[5] Binanın müəllifi — Azərbaycan memarı Həsən Məcidov.[2]
Vilayət İcraiyyə Komitəsinin binası
redaktəMeydan tərəfdən baxanda, keçmiş Vilayət Partiya Komitəsinin binasından solda[6][7] yerləşən bina sovet vaxtında Vilayət İcraiyyə Komitəsinin binası idi.[2] Bu bina 1972-ci ildə istifadəyə verilmişdi.[5] Binanın müəllifi — Azərbaycan memarı Nəsrullah Kəngərli.[2]
"Qarabağ" hoteli
redaktəMeydan tərəfdən baxanda, keçmiş Vilayət Partiya Komitəsinin binasından sağda[6][7] "Qarabağ" hoteli[8] yerləşir.[2] Binanın müəllifi — Azərbaycan memarı Ənvər Qasımzadə.[2] Hotel XX-ci əsrin ortalarında istifadəyə verilmişdi. 2023-cü ildə antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri Azərbaycanın nəzarətinə qaytarılandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb, həmçinin hotelin keçmiş adı — "Qarabağ" qaytarılıbdır.[8]
Xankəndi Konqres Mərkəzi
redaktəTəqribən keçmiş Vilayət Partiya Komitəsinin binası və "Qarabağ" hoteli ilə üzbəüzdə[9] hal hazırda Xankəndi Konqres Mərkəzi[10] tikilir[11]. Konqres Mərkəzinin təməli 5 iyul 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Xankəndi şəhərinə səfəri zamanı qoyulubdur[10].
Tarixi
redaktə15 oktyabr 2023-cü il — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfəri zamanı şəhərin bu meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldmışdı[12].
8 noyabr 2023-cü il — Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Xankəndi şəhərinin bu meydanda keçirilmişdi. Parad Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak etmişdilər. Parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, "Zəfər" və "Qarabağ" ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq etmişdi.[13]
18 mart 2024-cü il — Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Novruz tonqalını alovlandırıb, təbrik nitqində bu meydanın yeni adını "Zəfər meydanı" elan etmişdi.[2]
İstinadlar
redaktə- ↑ "Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib VİDEO". AZƏRTAC (az.). 18.03.2024. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ 1 2 3 4 5 6 7 8 "İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ "Степанакерт Площадь имени В И Ленина". www.booksite.ru. İstifadə tarixi: 2024-07-09.
- ↑ Aydın MİRZƏZADƏ. "Xankəndi - Azərbaycanın mirvari şəhəri". Yeni Azərbaycan (az.). 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ 1 2 3 "Xankəndinin (Kərkicahanın) işğalı (1992) – Azlogos" (az.). 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
- ↑ 1 2 3 "Zəfər Meydanı · RQ92+28H, Khankendi". Zəfər Meydanı · RQ92+28H, Khankendi (rus). İstifadə tarixi: 2024-07-09.
- ↑ 1 2 3 presidentaz. "İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb". 2024-03-18. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ 1 2 "İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
- ↑ "Xankəndi Konqres Mərkəzi · 2 February 20 Street, Khankendi". Xankəndi Konqres Mərkəzi · 2 February 20 Street, Khankendi (rus). İstifadə tarixi: 2024-07-12.
- ↑ 1 2 "İlham Əliyev Xankəndi Konqres Mərkəzinin təməlini qoyub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-12.
- ↑ "Azərbaycanın tarixi şəhəri Xankəndidə təmir-bərpa işləri davam edir - VİDEO". REAL TV (az.). 10 İyul 2024.[ölü keçid]
- ↑ "İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
- ↑ "Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.