Zubuk Film - Wikipedia
Zübük — Əziz Nesinin eyni adlı romanından filmə uyğulanmış, rejissoru Kartal Tibet, ssenaristi Atıf Yılmazın olduğu 1980-ci il istehsalı film.
Zübük | |
---|---|
Zübük | |
Janr | Faciəvi komediya |
Rejissor | Kartal Tibet |
Əsərin müəllifi | Əziz Nesin |
Ssenari müəllifi | Atıf Yılmaz |
Baş rollarda |
Kamal Sunal Nubar Terziyan Nevra Serezli Kadir Savun Osman Alyanak Bülent Kayabaş Memduh Ün |
İlk baxış tarixi | 1981 |
Filmin növü | Bədii film |
Müddət | 88 dəq.[1] |
Ölkə | Türkiyə |
Dil | Türkcə |
İl | 1980 |
Rəng | Rəngli |
IMDb | ID0253991 |
Mövzusu
redaktəMillət vəkili İbrahim Zübükzadə (Kamal Sunal) işindən xaric edilmiş bir siyasətçidir. Sözündə durmayan, əxlaqsız bir adamdır. Jurnalist Yaşar (Metin Serezli) qəzetdə yayımlamaq istədiyi yazı üçün Zübükzadənin həyat hekayəsini öyrənmək istəyir. Getdiyi kəndi Gülörendə qarşılaşdığı kəndliləri Zübükzadəni nifrətlə anırlar. Yaşarın kəndlidən aldığı bilgiyə görə Zübük iş həyatına bir dairədə katib olaraq başlamış, qısa müddətdə aldığı rüşvətlərlə zəngin olub çıxmışdır. Foyası ortaya çıxınca qovulan Zübük, Dəstək Partiyasına daxil olub yaltaqlıqla ocak başçılığına yüksəlir. Girdiyi hər yerə də rüşvəti bulaşdırır. Müxalifət partiyasından olan Qədir ağanın (Kadir Savun) qızı Yektanəni (Nevra Serezli) evlənmə vədiylə aldadıb birlikdə olur. Amma Yektane silah zoruyla Zübükü nikah masasına oturdur. Zübük partiyalı-partiyasız hər kəsi elə bir-birinə düşürür ki, sonunda xalq onun bələdiyyə rəisi olması üçün yalvarır. Ağlı elə şeytanlığa çalışdığı üçün ona qurulan tələləri, hiylələri də ortadan qaldıraraq Zübük, özünü millətvəkili seçdirir. Bütün bu anladılanlara çox şaşıran qurd jurnalist Yaşar Zübüklə üz-üzə danışmağa gedir. Zübük bütün üzsüzlüyü ilə kəndlini, qəsəbəlini, gedərək bütün əhalini pisləyib özünün dürüst ve vətənsevər bir siyasətçi olduğunu elə anladır ki, Yaşar Zübüyə acımaya başlayır. Amma Zübükün özünə də oynadığı bir oyun ağlını başına gətirir. Çirkin siyasətçilərin əlində çaresiz qalan xalqın hər zaman haqlı olduğunu anlar...
Aktyorlar
redaktə- Kamal Sunal — İbrahim Zübükzade / Zeybekzade Kara Yusuf Efe
- Nevra Serezli — Yektanə
- Kadir Savun — Yektanənin atası Muxalif Qədir Əfəndi
- Osman Alyanak — Motelci Satılmış
- Əli Şen — Səbri Ağa
- Bülent Kayabaş — İri Nuri
- Metin Serezli — jurnalist Yaşar
- Memduh Ün - Millət vəkili
- Alpay İzer — Müxalif Burhan bəy
- Zeki Alpan — Mehmet Çavuş
- Nubar Terziyan — Bedir hoca
- Şemsi İnkaya — dərzi Camal
- Hüseyin Kutman — əmniyyə müdiri
- Bilge Zobu — Vəli Vahid Atılgan
- Reha Yurdakul — dəmirçi Nuri
- Nejat Gürçen — partiya sədri
- Mesut Sürmeli — yazı işleri müdiri
- Nevzat Açıkgöz — bələdiyyə rəisi
- Seyfettin Karadayı — Gədikli İhsan
- Osman F. Seden — Məclis sədri