Zohre Agamirova - Wikipedia
Zöhrə Ağamirova (8 avqust 2001, Bakı) — Azərbaycanlı bədii gimnast.
Zöhrə Ağamirova | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Zöhrə Atiq qızı Ağamirova | ||||||||||
Vətəndaşlığı | |||||||||||
Doğum tarixi | 8 avqust 2001 (23 yaş) | ||||||||||
Doğum yeri | |||||||||||
Boyu | 150 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Bədii gimnastika | ||||||||||
Karyera illəri | 2011— | ||||||||||
Məşqçisi |
Mariana Vasileva Yevgeniya Vilyayeva |
||||||||||
İdman dərəcəsi | İdman ustası | ||||||||||
Komandası | Ocaq İdman Klubu | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəZöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. Atası Atil Ağamirov Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti, anası Könül Ağamirova isə cərrahdır.[1] Üç yaşında anası Zöhrəni ahrobatihaya gətirdi, amma Zöhrə dörd yaşında televiziyada gimnastların çıxışlarına baxdıqdan sonra bədii gimnast olmağı istədi.
Zöhrə Ağamirova 2007–2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018–2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Subaydır.
Karyerası
redaktəZöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu.[2] Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu.[3] 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.[4]
2012-ci ilin fevralında Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında şəhər çempionatını gümüş medalla başa vurdu.[5] Daha sonra mayda Kiyev şəhərində beynəlxalq turnirdə mübarizə aparan Zöhrə Ağamirova ümumi turnirdə gümüş, topla turnirdə isə bürünc medala sahib oldu.[6] Zöhrə Ağamirova növbəti uğuruna iyulda Turin şəhərində (İtaliya) beynəlxalq turnirdə gümüş medala sahib olmaqla imza atdı.[7]
2015-ci ilin əvvəlində şəhər çempionatının qalibi olan Zöhrə Ağamirova daha sonra Plovdiv şəhərində (Bolqarıstan) beynəlxalq turniri halqa və iplə turnirlərdə gümüş medallarla başa vurdu.[8]
2016-cı il
redaktəZöhrə Ağamirovanın birinci nüfuzlu turnriri 2016-cı ilin 11–14 fevralında Estoniyanın Tartu şəhərində baş tutan gənclər arasında Miss Valentine beynəlxalq turniri oldu. Ümumi turnirdə bürünc medala sahib olan Zöhrə Ağamirova gürzlərlə turnirdə gümüş, topla və iplə turnirdə isə bürünc medallara sahib oldu.[9]
Daha sonra Zöhrə Ağamirovanın 1–4 apreldə İtaliyanın Pezaro şəhərində baş tutan gənclər arasında FIG World Cup beynəlxalq turniri oldu.[10] Zöhrə Ağamirova təsnifat mərhələsini topla proqramda 12.650 balla 56-cı pillədə, gürzlərlə proqramda isə 15.450 balla 7-ci pillədə başa vurdu. Komanda turnirində İlahə Məmmədova, Vera Qudis və Zöhrə Ağamirova 90.384 balla turniri doqquzuncu pillədə başa vurdu. Zöhrə Ağamirovanın gürzlərlə turnirin final mərhələsində çıxışı 15.750 balla qiymətləndirildi və nəticədə dördüncü pillənin sahibi oldu.[11]
Zöhrə Ağamirova mayda gənclər arasında Açıq Azərbaycan Çempionatının qalibi oldu.[12] Halqa və iplə turnirdə qızıl, topla turnirdə gümüş, gürzlərlə turnirdə isə bürünc medallara sahib olaraq çempionatı üç qızıl, bir gümüş və bir bürünc medalla başa vuran Zöhrə Ağamirova gənclərdən ibarət Azərbaycan yığmasının heyətinə cəlb edildi.[13]
Zöhrə Ağamirova iyunda İspaniyanın Qvadalaxara şəhərində baş tutan FIG World Cup beynəlxalq turnirində çıxış eləsə də, turniri medalsız başa vurdu.[14]
2017-ci il:
redaktəZöhrə Ağamirovanın 2017-ci ildə birinci turniri 28–30 apreldə Azərbaycanda baş tutan FIG World Cup beynəlxalq turniri oldu. Təsnifat mərhələsində Ağamirova əvvəl halqa ilə turnirdə 16.150 balla 10-cu[15], topla turnirdə isə 13.850 balla 28-ci pillədə qərarlaşdı.[16][17] Daha sonra Ağamirova gürzlərlə proqramda 15.750 balla 10-cu[18], lentlə proqramda isə 14.450 balla 16-cı pillələrin sahibi oldu.[19] Ümumi nəticədə isə Zöhrə Ağamirova turniri 60.200 balla 35 gimnast sırasında 14-cü pillədə başa vurdu.[20][21]
Daha sonra Zöhrə Ağamirova 12–22 mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı.[22] Bu turnirdə Azərbaycanı həmçinin Marina Durunda və Jalə Piriyeva təmsil elədi.[23] Komanda hesabında Azərbaycan gimnastları 128.200 balla IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.[24][25] Bu turnirdən sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının lideri Marina Durunda, həmçinin Jalə Piriyeva idmanla vidalaşdı. Komandanın yeni lideri isə 15 yaşlı Zöhrə Ağamirova oldu.
Zöhrə Ağamirovanın növbəti turniri 6–10 iyunda Almaniyanın Berlin şəhərində baş tutan FIG Challenge Cup beynəlxalq turniri oldu. Turnirin birinci günündə Ağamirova halqa ilə turniri 15.700 balla 11-ci[26], topla turniri isə 14.150 balla 16-cı pillədə başa vurdu.[27][28] Turnirin növbəti günündə isə Ağamirova gürzlərlə proqramı 14.650 balla 16-cı[29], lentlə proqramı isə 14.400 balla 12-ci pillələrdə başa vurdu.[30] Bu nəticələrə əsasən Zöhrə Ağamirova ümumi nəticədə 58.900 balla turniri 14-cü pillədə başa vurdu.[31][32]
2023
redaktəZöhrə Ağamirovanın 2023-cü ildə birinci turniri 24–25 martda baş tutan Azərbaycan Çempionatı oldu.[33] Turnirin nəticələrinə əsasən Zöhrə Ağamirova 138.150 balla bədii gimnastların 28-ci Azərbaycan Çempionatının qalibi oldu.[34][35][36] Zöhrə Ağamirova həmçinin halqa, top, gürzlər və lentlə proqramlarda da turnirin qalibi oldu və Azərbaycan Çempionatını beş qızıl medalla başa vurdu.[37][38][39]
Zöhrə Ağamirovanın mövsümdə birinci beynəlxalq turniri 31 mart-2 apreldə Bolqarıstanın Sofiya şəhərində baş tutan FIG World Cup beynəlxalq turniri oldu.[40]
Təsnifat mərhələsində Ağamirova əvvəl halqa ilə turnirdə 30.800 balla 7-ci, topla turnirdə isə 30.400 balla 10-cu pillədə qərarlaşdı. Daha sonra Ağamirova gürzlərlə proqramda 26.350 balla 35-ci, lentlə proqramda isə 27.450 balla 17-ci pillələrin sahibi oldu. Ümumi nəticədə Zöhrə Ağamirova turniri 115.000 balla 15-ci pillədə başa vurdu.[41] Təsnifat mərhələsinin nəticələrinə əsasən Zöhrə Ağamirova halqa ilə proqramda final mərhələsinə vəsiqə qazandı.[42] Nəticədə Ağamirova 30.500 balla finalı altıncı pillədə başa vurdu.[43]
Dövlət təltifləri
redaktə- "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — Müdafiə sənayesi naziri Mədət Quliyevin Əmrinə əsasən Zöhrə Atiq qızı Ağamirova "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif edildi.[44]
- "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin Əmrinə əsasən Zöhrə Atil qızı Ağamirova "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sport24.az idman xəbərləri saytı. "Azərbaycanlı gimnast anası ilə bərabər "Azerbaijan Woman Awards"a layiq görüldülər - FOTOLAR". www.sport24.az ( (az.)). 20.09.2022. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "ОДНО «ЗОЛОТО» И ТРИ «БРОНЗЫ» С КУБКА МИРА И МЕЖДУНАРОДНОГО ТУРНИРА". www.agf.az ( (rus.)). 20.09.2022. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "ГДЕ ВОЗДУХ ХАЗАРСКОГО ШАГАНА И МОРЯ КАСПИЙСКОГО ХАЗРИ!." www.agf.az ( (rus.)). 20.09.2022. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "10 ЗОЛОТЫХ, 5 СЕРЕБРЯНЫХ И 7 БРОНЗОВЫХ МЕДАЛЕЙ С ТУРНИРОВ ИЗ ГРЕЦИИ, БЕЛЬГИИ И ПОЛЬШИ". www.agf.az ( (rus.)). 20.09.2022. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "НИ СНЕЖНЫЙ ВИХРЬ, НИ ПУРГА БАКИНСКОМУ ТУРНИРУ НЕ БЕДА!." www.agf.az ( (rus.)). 20.09.2022. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "7 МЕДАЛЕЙ ИЗ КИЕВА И 1 ФИНАЛ В СОФИИ". www.agf.az ( (rus.)). 20.09.2022. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "МЕДАЛЬНАЯ ГЕОГРАФИЯ". www.agf.az ( (rus.)). 20.09.2022. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "ОСЕННИЙ МЕДАЛЬНЫЙ ДОЖДИК ЮНЫХ ГИМНАСТОК "ОДЖАГ"". www.agf.az ( (rus.)). 20.09.2022. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "3 "СЕРЕБРА" И 3 "БРОНЗЫ" ЮНЫХ АЗЕРБАЙДЖАСНКИХ "ХУДОЖНИЦ"". www.agf.az ( (rus.)). 20.09.2022. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "КУБОК МИРА И МЕЖДУНАРОДНЫЙ ТУРНИР ПО ХУДОЖЕСТВЕННОЙ ГИМНАСТИКЕ В ПЕЗАРО". www.agf.az ( (rus.)). 20.09.2022. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Всероссийская федерация художественной гимнастики. "Документы 2016 FIG WORLD CUP PESARO (ITALY)". www.vfrg.ru ( (rus.)). 20.09.2022. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "Жаля Пириева стала чемпионкой Азербайджана опередив Марину Дурунду". www.agf.az ( (rus.)). 20.09.2022. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "ЗАВЕРШИЛИСЬ ОБЪЕДИНЕННЫЕ СОРЕВНОВАНИЯ "ХУДОЖНИЦ" И БАТУТИСТОВ". www.agf.az ( (rus.)). 20.09.2022. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "КУБОК МИРА И МЕЖДУНАРОДНЫЙ ТУРНИР В ИСПАНИИ". www.agf.az ( (rus.)). 20.09.2022. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // Hoop". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // Ball". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ Azerisport.com idman portalı. "Команда Азербайджана по групповым упражнениям вышла в финал Кубка мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // Clubs". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // Ribbon". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG World Cup 2017, BAKU 2017 (AZE) // All-Around". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ Azerisport.com idman portalı. "Команда Азербайджана по групповым упражнениям пробилась в финал Кубка мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Исламиада: Азербайджан назвал состав на гимнастику". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "190 спортсменов Азербайджана, которые примут участие в Исламиаде". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Гимнастки Азербайджана заняли первое место". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Исламиада: Все 162 медали Азербайджана". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // Hoop". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // Ball". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ Azerisport.com idman portalı. "Групповая команда Азербайджана вышла в финал Кубка мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // Clubs". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // Ribbon". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ Fédération Internationale de Gymnastique (FIG). "Results for FIG Berlin Masters World Challenge Cup 2017, BERLIN 2017 (GER) // All-Around". www.database.fig-gymnastics.com ( (ing.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Групповая команда Азербайджана стала четвертой в многоборье Кубка мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "BƏDİİ GİMNASTİKA ÜZRƏ 28-Cİ AZƏRBAYCAN ÇEMPİONATI / İŞTİRAKÇILAR (TƏSNİFAT MƏRHƏLƏSİ)" (PDF). www.agf.az ( (az.)). 20.09.2022. 2023-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Зохра Агамирова выиграла чемпионат страны". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "BƏDİİ GİMNASTİKA ÜZRƏ 28-Cİ AZƏRBAYCAN ÇEMPİONATI / ÇOXNÖVÇÜLÜK" (PDF). www.agf.az ( (az.)). 20.09.2022. 2023-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "Azərbaycan çempionatında gərgin və maraqlı mübarizə". www.agf.az ( (az.)). 20.09.2022. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Зохра Агамирова выиграла во всех финалах чемпионата страны". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "BƏDİİ GİMNASTİKA ÜZRƏ 28-Cİ AZƏRBAYCAN ÇEMPİONATI / AYRI-AYRI HƏRƏKƏTLƏR ÜZRƏ FİNALLAR" (PDF). www.agf.az ( (az.)). 20.09.2022. 2023-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "BƏDİİ GİMNASTİKA ÜZRƏ 28-Cİ AZƏRBAYCAN ÇEMPİONATI / İŞTİRAKÇILAR (FİNAL MƏRHƏLƏSİ)" (PDF). www.agf.az ( (az.)). 20.09.2022. 2023-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Зохра Агамирова и Алина Гезалова выступят на Кубке мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Зохра Агамирова стала пятнадцатой в многоборье на Кубке мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Зохра Агамирова вышла в финал Кубка мира и идет шестой в многоборье". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerisport.com idman portalı. "Зохра Агамирова стала шестой в финале Кубка мира". www.azerisport.com ( (rus.)). 22.08.2022. 2023-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "Наши гимнастки награждены юбилейной медалью Азербайджанской Республики, посвещенной "15-летию Министерству оборонной промышленности (2005-2020)"". www.agf.az ( (rus.)). 20.09.2022. 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2022.