Zohre Esgerova - Wikipedia
Zöhrə Əsgərova (tam adı: Zöhrə Qulamhüseyn qızı Əsgərova; 2 aprel 1951, Bakı) — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980).
Zöhrə Əsgərova | |
---|---|
Zöhrə Qulamhüseyn qızı Əsgərova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, jurnalist |
Üzvlüyü | |
Mükafatları | "Xan qızı Natəvan" mükafatı laureatı, "Araz" ədəbi ali mükafatı laureatı və b. |
Həyat və fəaliyyəti
redaktəZöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə 199 saylı şəhər orta məktəbini bitirmişdir. Bədii yaradıcılığa erkən başlamışdır. M. Ə. Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. 1971-ci ildə Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır. 1969–1973-cü illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərdövsulayihə İnstitutunda klub müdiri, 1974–1978-ci illərdə R. Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur. Azərbaycan ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir. 1994-cü ildə "Qadın dünyası" qəzetində qadınların ictimai hərəkatına dair silsilə yazıları dərc olunurdu. 1978-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor, 1979-cu ildə Azərbaycan Dövlət Nəşriyyat poliqrafiya və kitab ticarəti işləri komitəsində redaktor, 1980–1987-ci illərdə "Yazıçı" nəşriyyatında redaktor, 1987–1993 "Gənclik" nəşriyyatında yeniyetmələr üçün bədii ədəbiyyat redaksiyasında redaktor işləmişdir. 1999-cu ildə "Ekspress" qəzetində müxbir kimi çalışmışdır. 2003-cü ildən 2006-cı ilə qədər Bakı Bədən Tərbiyəsi və Turizm kollecində ədəbiyyat müəllimi işləmişdir. 2006-cı ildən Gənclər və İdman Nazirliyində çalışır, hal-hazırda dövlət qulluğunun kiçik müşaviridir, baş məsləhətçidir. "Bahar çiçəkləri", "Çinar pöhrələri", "Mənim bağım, baharım" almanaxlarında, eləcə də dövri mətbuatın qəzet və jurnallarında hekayələri və esseləri çap olunur. İki övladı var.
Mükafatları
redaktə1996-cı ildə "Xan qızı Natəvan" mükafatı laureatı, 1998-ci ildə "Araz" ədəbi ali mükafatı laureatı, 2011-ci ilin Milli Kulturoloji müsabiqəsinin mükafatçısı, 2012-ci ildə "Qızıl qələm" mükafatının laureatıdır. 2013-cü ildə yaradıcılıq uğurlarına görə Rəsul Rza adına beynəlxalq mükafata layiq görülübdür. 2016-cı ildə Jurnalistlər Birliyi tərəfindən Həsən bəy Zərdabi adına mükafatla təltif edilib. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2018-ci ildə "Dövlət qulluğunda fərqlənmə" medalına layiq görülüb.
Kitabları
redaktə- "Ünsiyyət" (1981);
- "İki tale" (1984);
- "Tənhalıq" (1989);
- "Özgə evin işığı" (1991);
- "Bir ömrə sığmayan arzular"
- "Mirvari toy" (2006);
- "Özəl poçtdan məktub var" (2011);
- "Talelərə yazılan musiqi" (2013);[1]
- "Tarixi yaddaş və qondarma əhvalatlar" (2015.
- "Одиссея корабля дураков" (2018)
- "Здесь ангель пролетель" (2019)
- "Dünya, barışmışam səninlə" (2020)
- "Жизнь-цветовая симфония" (2022)
- "Почему дедушка обиделся? Why grandpa got upset?" (2022)
Mənbə
redaktə- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.