Yuzef Cirek - Wikipedia
Yuzef Çirek (pol. Józef Czyrek; 20 iyul 1928[1] – 3 iyun 2013[1], Varşava) — Polşa siyasətçisi, 1980–1982-ci illərdə Polşa Xalq Respublikasının Xarici İşlər naziri.
Yuzef Çirek | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1928[1] |
Vəfat tarixi | 3 iyun 2013[1] (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktəYuzef Çirek 1928-ci ildə Polşanın Lvov voyevodalığının Biloberegi kəndində anadan olmuşdur. O, 1950-ci ildə Yagellon Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır.[2]
Karyerası
redaktəYuzef Çirek karyerasına Yagellon Universitetində və Krakov İqtisadiyyat Universitetində tədqiqatçı kimi başlamışdır. O, 1952-ci ildə Polşa Xalq Respublikasının Xarici İşlər Nazirliyində işə başlamışdır.[2] Çirek 1955-ci ildə qoşulduğu[3] Polşa Birləşmiş Fəhlə Partiyasının Siyasi Bürosunun üzvü idi. O, 1962–1968-ci illərdə Belqradda hüquq konsultantı (1962–1968) və direktor müavini, həmçinin 1969–1971-ci illərdə Xarici İşlər Nazirliyinin Tədqiqat və Proqramlaşdırma Departamentinin direktoru vəzifələrində çalışmışdır.[2]
Çirek 1980-ci ilin avqust ayına qədər xarici işlər nazirinin müavini olmuşdur.[4][5] O, 1980-ci ilin avqustunda bu vəzifədə Emil Voytaşekin yerinə xarici işlər naziri təyin edilmişdir. O, 1981-ci ildə partiya katibliyinə üzv təyin olunmuşdur.[6] Çirekin xarici işlər naziri vəzifəsi 1982-ci ildə başa çatmışdır. Çirek 1982-ci ilin dekabrında Milli Dirçəliş Uğrunda Vətənpərvərlik Hərəkatının (PROM) vitse-prezidenti təyin edilmişdir.[2] O həmçinin, Polşa prezidentinin baş köməkçisi və Kommunist Partiyasının baş katibi Voyçex Yaruzelskinin köməkçisi olmuşdur.[7] Çirek 1989-cu ildə hakim partiya ilə müxalifət arasında 6 fevraldan 4 aprelə qədər davam edən dəyirmi masa danışıqlarında iştirak etmişdir.[8]
Onun baş köməkçisi kimi səlahiyyət müddəti 30 iyul 1989-cu il tarixində Yaruzelskinin Kommunist Partiyasının rəhbərliyindən istefa verməsi ilə başa çatmışdır.[9] Çirek də həmin gün Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyündən istefa vermişdir.[10][11]
Yuzef Çirek 3 iyun 2013-cü ildə vəfat etmişdir.[12]
Təltif və mükafatlar
redaktə- 1-ci dərəcəli "Əmək bayrağı" ordeni
- 2-ci dərəcəli "Əmək bayrağı" ordeni
- "Poloniya Restituta" ordeninin ulduzu ilə cəngavər xaçı
- "Poloniya Restituta" ordeninin cəngavər xaçı
- "Poloniya Restituta" ordeninin cəngavər xaçı
- "Qızıl xaç"
- "Gümüş ləyaqət" xaçı (1955)
- "Xalq Polşasının 30 illiyi" medalı
- "Xalq Polşasının 40 illiyi" medalı
- "Fəxri legion" cəngavər xaçı (Fransa)
- "Avstriya Respublikası qarşısında xidmətlərinə görə" 1-ci dərəcəli böyük zabiti (Avstriya, 1974)
- "Körpə Henri" ordeninin böyük zabiti (1976)
- "Oktyabr inqilabı" ordeni (Sovet İttifaqı)
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı (Sovet İttifaqı)
- "Çexoslovakiyanın Sovet Ordusu tərəfindən azad edilməsinin 40 illiyi" yubiley medalı (Çexoslovakiya)
- "Georgi Dimitrovun anadan olmasının 100 illiyi" yubiley medalı (Bolqarıstan, 1983)
- digər Polşa və xarici təltiflər.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://bs.sejm.gov.pl/F?func=find-acc&acc_sequence=000058807&find_code=SYS&local_base=ARS10.
- ↑ 1 2 3 4 "Józef Czyrek". dzieje (polyak). 1 June 2009. 10 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2013.
- ↑ Svetlana Savranskaya; Thomas S. Blanton; Vladislav Martinovich Zubok, redaktorlar Masterpieces of History: The Peaceful End of the Cold War in Eastern Europe, 1989. Budapest; New York: Central European University Press. 2010. səh. 292. ISBN 978-963-9776-77-7.
- ↑ "Protocol (1974)". Concordat Watch. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2013.
- ↑ "Polish premier ousted". The Blade. Warsaw. Reuters. 25 August 1980. 16 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2013.
- ↑ Mark Kramer. "Soviet deliberations during the Polish crisis, 1980 - 1981". Cold War International History Project. Special Working Papers (1): 150. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- ↑ G. Anne Geyer. "A nation in waiting". The Victoria Advocate. 18 November 1989. 16 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2013.
- ↑ Michael D. Kennedy. "Negotiating revolution in Poland" (PDF). NCEEER. 2002. 28 August 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 July 2013.
- ↑ John Tagliabue. "Jarzelski quits as party leader; Premier gets post". The New York Times. 30 July 1989. səh. 1. 25 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2013.
- ↑ Paula Butturini. "Solidarity Foe Is New Polish Party Chief". Chicago Tribune. Warsaw. 30 July 1989. 30 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013.
- ↑ "Polish communists pick Hard-liner to lead party". Deseret News. 30 July 1989. 16 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013.
- ↑ "Józef Czyrek". Gazeta (polyak). 7 June 2013. 19 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2013.
Xarici keçidlər
redaktə- Vikianbarda Yuzef Çirek ilə əlaqəli mediafayllar var.