Yuxari Saral Elmehdi - Wikipedia
Yuxarı Saral (farsca: سارال علیا) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd.
Yuxarı Saral | |
---|---|
36°59′07″ şm. e. 45°35′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarix
redaktə1980-ci ilin Noyabr ayının 25-ci günündə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları, etnik Azərbaycanlıların yaşadığı Yuxarı Saral və Aşağı Saral kəndlərinə hücuma keçərək; adı çəkilən kəndləri müxtəlif çaplı silahlarla atəş tutmuşlar. Kəndlilərin həmin ərazini tərk etməsi ilə terrorçular iki günlük bir müddət üçün Yuxarı Saral və Aşağı Saral kəndlərini ələ keçirərək tamamilə yandırmışlar. Noyabr ayının 27-ci günündə həmin ərazilər terrorçulardan təmizlənərək, bu iki kəndin Türk kökənli yerli əhalisi öz yurdlarına dönə bilmişlər.[1]
Əhalisi
redaktə2006-cı il siyahıyaalınmasına əsasən kənddə 39 ailədə 186 nəfər əhali yaşayır[2]. Əhalisi Qarapapaq türklərindən ibarətdir və azərbaycan dilində danışır. Kənd əhalisi islamın şiə məzhəbinə etiqad edir. Saral Qarapapaq boyunun oymaqlarından birisi olub hazırda Gürcüstanın Marneuli bələdiyyəsində də Aşağı Saral və Yuxarı Saral adında kəndlər mövcuddur. Bu oymaq Sulduz bölgəsindəki səkkiz Qarapapaq oymağından birisi olub Aşağı Saral və Yuxarı Saral kəndlərindən başqa Qalacıq, Hacı Firuz və Şıx Əhməd kəndlərində də yaşayırlar.[3] Yuxarı Saral kəndində yaşayan Qarapapaq türklərinin Saral oymağı köçəri həyat tərzi yaşayaraq yaylağa Üşnəviyyə bölgəsinin dağlarına gedirlər.[4]
İstinadlar
redaktə- ↑ "Habilian: Kürd demokrat terrorçuları Yuxarı və Aşağı Saral kəndlərini ələ keçirərək yandırdılar". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
- ↑ "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
- ↑ "binesheno: Qarapapaq türklərinin tarixi". 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
- ↑ "جلسه حل اختلاف کشاورزان، دامداران و عشایر روستاهای شیخ احمد و سارال با حضور فرامرزی فرماندار شهرستان تشکیل شد". 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.