Yusteyn Qorder - Wikipedia
Yusteyn Qorder (8 avqust 1952) Norveçli ziyalı, bir neçə roman, hekayə və uşaq kitablarının müəllifi. Qorder, adətən, uşaqların gələcəyə baxışından, dünyanı qavramasından yazır. O, əsərlərində tez-tez hekayə içərisində hekayə üsulundan istifadə edir.
Yusteyn Qorder | |
---|---|
Jostein Gaarder | |
Doğum tarixi | |
Doğum yeri | Oslo, Norveç |
Uşağı | 2 |
Təhsili | |
Fəaliyyəti | müəllim, romançı, filosof, uşaq ədəbiyyatı yazıçısı, ssenarist, şair |
Fəaliyyət illəri | 1986-cı ildən |
Əsərlərinin dili | Norveç dili |
Janrlar | Uşaq ədəbiyyatı, elmi-fantastika |
Tanınmış əsərləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQorder pedaqoq ailəsində doğulmuşdur. Anası İnqer Marqarit Qorder müəllim idi və uşaq kitabları yazarı idi. Atası Knut Qorder Osloda kollec direktoru işləyirdi. 1971-ci ildə Oslo Kilsə Məktəbini bitirdi. 1974-cü ildə evləndi. 1976 və 1983-cü illərdə 2 oğlu dünyaya gəldi. 1976-cı ildə Oslo Universitetində Skandinaviya dilləri, fəlsəfə tarixi və din tarixi fakültələrini oxuyub.
Onun ən məşhur əsəri "Sofinin dünyası" (Fəlsəfə tarixi haqqında roman) romanıdır. Bu populyar roman 53 dilə tərcümə olunmuş, 3 milyondan çox tirajla çap olunmuşdur. 1997-ci ildə o, həyat yoldaşı Siri Dannviq ilə birlikdə "Sofi mükafatı"nın əsasını qoyur. Bu mükafat beynəlxalq mühiti əhatə edir və hər il təltif olunur (100.000 ABŞ dolları). Mükafat adını romandan götürmüşdür.
Əsərləri
redaktə- "Diaqnozlar və başqa hekayələr" (Diagnosen og andre noveller) (1986)
- "Qurbağa qalası" (Froskeslottet) (1988)
- "Yalnızlığın sirri" (Kabalmysteriet) (1990)
- "Sofinin dünyası" (Sofies verden) (1991)
- "Milad sirri" (Julemysteriet) (1992)
- "Bibbi Bokkenin sehrli kitabxanası" (Bibbi Bokkens magiske bibliotek) (1993)
- "Güzgünün içərisindən. Qaranlıq" (I et speil, i en gåte) (1993)
- "Salam? Kimsə var?" (Hallo? Er det noen her?) (1996)
- "Qısa həyat" (Vita Brevis) (1996)
- "Qısa həyat: Müqəddəs Avqustinə məktub (Vita Brevis: A Letter to St Augustine) (1998)
- "Maya" (Maya) (1999)
- "Sirk müdirinin qızı" (Sirkusdirektørens datter) (2001)
- "Portağal qız" (Appelsinpiken) (2004)
- "Şah və mat" (Sjakk Matt) (2006)
- "Sarı cırtdanlar" (De gule dvergene) (2006)
- "Pireneydə qəsr" (Slottet i Pyreneene) (2008)