Yusif Ziya Talibzade - Wikipedia
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əski. یوسف طالب زاده تفلیسی; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi.
Yusif Ziya Talıbzadə | |
---|---|
28 iyul 1920 – 10 sentyabr 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
28 iyul 1920 – 10 sentyabr 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 oktyabr 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 18 may 1923 (45 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, axund |
Atası | Axund Mustafa Talıbzadə |
Hərbi xidmət | |
Döyüşlər |
Balkan müharibələri I Dünya Müharibəsi Göyçay döyüşü Basmaçı hərəkatı |
Rütbəsi | General-mayor |
Vikianbarda əlaqəli mediafayllar |
"Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib.
Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib.
1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb. General rütbəsində Naxçıvanın hərbi komissarı vəzifəsinə təyinat alıb.
Basmaçı hərəkatında iştirak edərək bolşeviklərə qarşı mübarizə aparıb. 1923-cü il mayın 18-də bolşeviklərə qarşı olan döyüşlərin birində dünyasını dəyişib.
Həyatı və təhsili
redaktəYusif Ziya Talıbzadə 1877-ci il yanvarın 22-də Tiflisdə Şeytanbazar məhəlləsində anadan olub.[1][2] İlk təhsilini Tiflisdə yerləşən, Zaqafqaziya ruhani idarəsinin nəzdindəki rüşdiyyə məktəbində alıb[3]. 1894-cü ildə sonra ailəsi ilə birlikdə Xorasana köçüb. Təhsilini burada davam etdirən Yusif urmiyalı müəllimi Yusif Ziyadan təsirlənərək özünə "Ziya" təxəllüsü götürüb[4][5]. Atasının istəyi ilə Yusif Ziya məktəbindən sonra Mirzə Cəfər mədrəsəsinə daxil olaraq burada ruhani təhsili alıb[6]. Buranı da bitirdikdən[7] sonra təhsilini Bağdadda tamamlayıb. Təhsil aldığı dövrdə türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənib. 1899-cu ildə anası ilə birlikdə Tiflisə qayıdır. Burada Zaqafqaziya Ruhaniləri İdarəsində imtahan verərək axund rütbəsi alır[8]. Xidmət üçün Şah Abbas məscidinə təyinat alsa da, bundan imtina edərək 1900-cü ildə Bakıya köçüb[5][9].
Fəaliyyəti
redaktəBakıya gəldikdən sonra 1900-cü il sentyabrın 15-də rus-tatar məktəbində fəaliyyət göstərmək üçün yoxlama komissiyasından keçir. İmtahanı uğurla verdikdən sonra məktəbə şəriət müəllimi təyin edilir. Bakıya köçdükdən sonra burada Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Həbib bəy Mahmudbəyov və digər ziyalılarla tanış olur. 1902-ci ildə Azərbaycan dilinin qrammatikasına aid "Təhsili-qəvaid", 1903-cü ildə isə islam aləmində qadın tərbiyəsindən bəhs edən "Hədiyyəyi-nisvan", Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı"[10], "Müəllimüş-şəriə", 1904-cü ildə "Təəlümüş-şəriə", 1905-ci ildə "Həqiqəti-İslam", 1907-ci ildə "İslam tarixi", 1913-cü ildə "Türkiyə məktubları" kitabları işıq üzü görüb. 1900–1910-cu illərdə Bakının müxtəlif nəşriyyatrlarında İslamla bağlı mövzulardan 10-dan artıq kitabça və risaləsi çap edilib[11][12]. "Müəllimüş-şəriə" kitabı üç dəfə 1903, 1908, 1909-cu illərdə nəşr edilib[11]. Nəriman Nərimanovun "Nadir şah" əsərini fars dilinə çevirir.[13][14] 1904-cü ildə Bakıda "İslam tarixi və tarixi-ənbiyaya dair məkanların nəqşəsi və İslam məmləkətlərinin xəritəsi" adlı xəritə çap etdirib.
Elmi pedaqoji fəaliyyətlə yanaşı o dövrdə çap olunan qəzet və jurnallarda da publisistik yazılarla çıxış edib. 1903-cü ildən etibarən "Şərqi-rus" qəzetində İslam dini ilə bağlı məqalələri nəşr olunub[15]. 1905-ci ildən 1913-cü ilə qədər isə "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Yeni füyuzat", "Şəlalə" kimi qəzet və jurnallarda "Axund Yusif Talıbzadə" imzası ilə məqalələri çap olunub[16].
Quran ilk dəfə Mirməhəmməd Kərim Mircəfərzadə tərəfindən Azərbaycan dilinə tərcümə edildikdən sonra Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə çap olunur. Çap olunan kitablardan biri Osmanlı sultanı II Əbdülhəmidə hədiyyə kimi göndərilir.[14] Bu hədiyyəni və Hacı Zeynalabdin Tağıyevin məktubunu sultana çatdırmaq isə Yusif Ziya Talıbzadəyə tapşırılır. Nağı bəy Şeyxzamanlının 1957-ci ildə yazdığı məqaləyə əsasən hədiyyə olunan kitab 4.000 qızıl lirə dəyərində zinətli daş və almazlarla bəzədilir[17]. 1992-ci ildə Kamal Talıbzadənin yazdığı məqaləyə əsasən isə kitablardan 50-i qızıl suyu ilə çap edilib qiymətli üzə tutulur. Və hədiyyə olunan kitabın cildi qalın gümüşdən düzəldilir, ortasına "La ilahə illəllah, Muhəmmədən Rəsulillah" sözləri yazdırılır[18].
1910-cu ildən etibarən daha çox ictimai-siyasi fəaliyyətə başlayır. 1910-cu ildə Türkiyədə keçirdiyi günlər haqqında "Türkiyə məktubları" adlı əsərini çap etdirir. Mətbuatda publisistik məqalələrlə çıxış edir. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini yazıb. "Ərmənusə" faciəsi 1910-cu ildə, "Əmir Xalid bin Vəlid" faciəsi isə 1912-ci ildə Nicat cəmiyyətinin dram heyəti tərəfindən oynanılıb[19].
1911-ci ildə yaradılmış Müsavat partiyasının ilk üzvlərindəndir.[20][21]
Osmanlı imperiyasında
redaktə1912-ci ildə o, həyat yoldaşı Cənnət xanım və oğlu Tələt ilə birlikdə Osmanlı imperiyasına köçüb.[21] Burada hərbi məktəbdə təhsil alıb. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak edib.[21][22] Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib[23]. Birinci Dünya müharibəsində iştirak edib. Qars, Ərdəhan və Batum cəbhələrində döyüşlərdə iştirak edib.[24][25] Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib.
Azərbaycan Cümhuriyyətində
redaktə1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlir.[21][26] Göyçay döyüşlərində iştirak edib[27]. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib[23].
1919-cu il iyunun 10-da Azərbaycan Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsinin iclasında qərara alınır ki, Bakı şəhəri və onun rayonlarının ərazisində yaşayan hərbi çağırış yaşına çatmış şəxslər üçün hərbi hazırlıq təşkil edilsin. Yusif Ziya bəy Talıbzadəni könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri təyin edərək ona aylıq beş min rubl əməkhaqqı ayırırlar. Könüllü əsgərlər dəstəsi kimi fəaliyyət göstərən bu qurum ölkədə asayişin, əmin-amanlığın qorunması, qanunazidd hərəkətlərin qarşısının alınması kimi vəzifələri yerinə yetirib. "Könüllü yardım alayı" adını almış bu alay 1920-ci il 27 mart tarixində Azərbaycan Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin qərarı ilə AC Daxili İşlər Nazirliyinin sərəncamına verilib[28].
Cümhuriyyət dövründə bir çox qəzet və jurnallarda, əsasən də "Müsavat" partiyasının fəalı olaraq "Azərbaycan" qəzetində siyasət, maarif və mədəniyyət mövzularına dair məqalələr nəşr etdirir[29][30].
Cənubi Azərbaycanda
redaktə1919-cu ildə Osmanlı dövlətinin nümayəndə heyətinin başçısı kimi Təbrizə gedib[31]. Burada erməni və aysorların yerli Azərbaycan türklərinə qarşı törətdikləri qırğınların qarşısın almaq və şəhərləri qorumaq üçün Cavad Heyətin atası Mirzə Əli Heyət tərəfindən[32][33][34] qurulmuş "İttihadi-İslam" cəmiyyətində Osmanlı dövlətini təmsil edən nümayəndə olub[35].
Azərbaycan SSR-də
redaktəAprel işğalından sonra İran sərhəddindən Azərbaycana keçmək istəyərkən həbs olunub.[21][36] Həbs olunduqdan sonra Nəriman Nərimanovla görüşən o həbsdən azad edilib.[21][36] 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.[36] General rütbəsində hərbi komissar vəzifəsinə təyinat alıb.[21] Fəaliyyət göstərdiyi müddətdə bölgədə qırğınlar və talanlar törədən daşnak dəstələrinə qarşı mübarizə aparıb[37]. 1921-ci ilin oktyabr ayında Naxçıvan Xalq Komissarları Sovetinin tərkibində ərzaq, torpaq, maliyyə, səhiyyə, maarif, daxili işlər, hərbi işlər, fəhlə-kəndli müfəttişliyi xalq komissarlıqlarından başqa xalq xarici işlər, rabitə, əmək, daxili ticarət, sosial təminat, ədliyyə, xarici ticarət, fövqəladə komissiya, xalq təsərrüfatı şurası və hərbi tribunal komissarlıqları da yaradılır. Bu dövrdə Ziya Yusif Talıbzadə qısa müddət ərzində xarici işlər komissarı təyin olunub. Onun türk paşaları ilə yaxşı əlaqələrinin olması Naxçıvanın təhlükəsizliyini möhkəmlətməyə xidmət edib[38]. 1922-ci ilin axırlarında Bakıya qayıdan Yusif Ziya, Nəriman Nərimanovla görüşür, sovet rejiminə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini deyir. N. Nərimanovdan Sovet İttifaqı sərhədlərini tərk etmək üçün rəsmi sənəd alaraq, Azərbaycanı tərk edir.[39][40]
Basmaçı hərəkatında
redaktəAzərbaycanı tərk etdikdən sonra Türküstana gedib. Burada Ənvər paşa[41] və Zəki Vəlidi Toğanla[38][42] birlikdə bolşeviklərə qarşı döyüşən Basmaçı hərəkatına qoşulub[43]. 1923-cü il mayın 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanıb. Silahdaşları ilə birgə Amudərya çayını üzüb keçməyə çalışarkən boğulub dünyasını dəyişib.[40][44]
Yusif Ziya Talıbzadə dünyasını dəyişdikdən sonra onunla birgə döyüşənlərdən biri onun köynəyini və Quran kitabını gətirib Abdulla Şaiqə təhvil verib.[40] Hazırda həmin Quran Abdulla Şaiqin ev muzeyində qorunub saxlanılır[45][46].
Ailəsi
redaktəAtası Axund Mustafa Talıbzadə Zaqafqaziya şeyxülislamının müavini olub[47][48].
Qardaşı Abdulla Şaiq Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, yazıçı olub[49].
Əsərləri
redaktə- "Təhsili-qəvaid" (1902)
- "Tərbiyəti-nisvan" (1902)
- "Hədiyyəyi-nisvan" (1903)
- "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı" (1903)
- "Müəllimüş-şəriə" (1903, 1908, 1909)
- "Təəlümüş-şəriə" (1904)
- "Həqiqəti-İslam" (1905)
- "İslam tarixi" (Birinci cild, 1907)
- "Müxtəsər tarixi-islam" (İkinci hissə, 1912)
İstinadlar
redaktə- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 11.
- ↑ Dünyaminqızı, Qərənfil. Füyuzatçılar (az.). Bakı: MİMTA yayımları. 2024. 38. ISBN 978-9952-8498-7-5.
- ↑ Tərtibçilər:Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova. Abdulla Şaiq Biblioqrafiya (PDF). Bakı: F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2016. səh. 7. ISBN 978 9952 504 45 3.
- ↑ Saleh Salayev. Abdulla Şaiq Talıbzadə (PDF). Bakı: Ağrıdağ. 2001. səh. 15. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-22.
- ↑ 1 2 Tərtibçilər:Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova. Abdulla Şaiq Biblioqrafiya (PDF). Bakı: F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 2016. səh. 8. ISBN 978 9952 504 45 3.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 26.
- ↑ Sarvan M. Borçalı alimləri. Bakı: Azərbaycan Milli Ensiklopediyası. 2001. səh. 426.
- ↑ Əyyub Qiyas. "Ülkər Talıbzadə: "Nəinki mən, məndən əvvəlki, məndən sonrakı nəsil də bu şeirlərlə böyüyüb"" (az.). Ədəbiyyat qəzeti. 2020-09-07. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 2022-12-26.
- ↑ Tərcüman. 43. Bağçasaray. 1907-06-01.
- ↑ Əşir Bəşiroğlu. Hamının sevimlisi. (H.Z.Tağıyev haqqında) (PDF). Bakı: Təknur. 2012. səh. 39. 2016-12-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-22.
- ↑ 1 2 Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 31.
- ↑ Dövlət və Din - № 04 (PDF). Bakı: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Azərbaycan). iyul–avqust 2016. səh. 81.[ölü keçid]
- ↑ Qərənfil Dünyaminqızı. "Abdulla Şaiqi ölənəcən yandıran dərd" (az.). Kaspi. 2016-10-22. 2017-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
- ↑ 1 2 Dünyaminqızı, Qərənfil. Füyuzatçılar (az.). Bakı: MİMTA yayımları. 2024. 40. ISBN 978-9952-8498-7-5.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 32.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin ictimai-siyasi və elmi-publisistik fəaliyyəti Azərbaycan mədəniyyəti kontekstində (PDF). Bakı. 2014. səh. 21.[ölü keçid]
- ↑ Keykurun Naki, "Büyük bir hayırsever Hacı Zeynalabidin Takizade", «Azerbaycan» dergisi, Ankara, 14, May 1957, 16–19
- ↑ Kamal Talıbzadə, "Abdulla Şaiqin "Sultana Quran aparılması" məqaləsi", "Elm" qəzeti, 6 mart 1992
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 61.
- ↑ Məhəmməd Əli Rəsulzadə, "Müsavat partisinin kuruluşu", «Azerbaycan» dergisi, Ankara, 167, Fevral 1966, 13
- ↑ 1 2 3 4 5 6 7 Dünyaminqızı, Qərənfil. Füyuzatçılar (az.). Bakı: MİMTA yayımları. 2024. 41. ISBN 978-9952-8498-7-5.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 60.
- ↑ 1 2 Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri (PDF). Bakı. 2017. səh. 14. ISBN 978-9952-514-77-3. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-22.
- ↑ Cafer Mustafalı. "Türk dünyasnının şerefli bir kahramanı: kafkasyalı Yusuf Ziya Talıbzade" (türk). kafkassam.com. 2018-10-19. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
- ↑ Məmmədova, İ. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri // Balkan müharibəsi, Şərq cəbhəsi və istiqlal hərbində Azərbaycan türkləri (türk). Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. 148. ISBN 978-9952-508-77-2. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
- ↑ Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri (PDF). Bakı. 2017. səh. 6. ISBN 978-9952-514-77-3. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-22.
- ↑ Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri (PDF). Bakı. 2017. səh. 13. ISBN 978-9952-514-77-3. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-22.
- ↑ "Daxili Qoşunların tarixi" (az.). dq.mia.gov.az. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 73.
- ↑ Akif Aşırlı. "Ənvər paşanın dostu, Abdulla Şaiqin qardaşı, Turan sevdalı Axund Yusif Ziya" (az.). sherg.az. 2020-05-18. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 2022-12-26.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 77.
- ↑ Xaqani İsmayıl. "Güney azərbaycanlıların soyqırımı" (az.). medeniyyet.az. 2009-07-15. 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 65.
- ↑ "Abdulla Şaiq qardaşını niyə hamıdan gizləyirdi?" (az.). kulis.az. 2016-02-15. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 2022-12-26.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 66.
- ↑ 1 2 3 Ələkbərli, Faiq. Yusif Ziya Talıbzadənin islamçılıq və türk-islam birliyi görüşləri (az.). Bakı: Din araşdırmaları jurnalı. 45. 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 81.
- ↑ 1 2 Həsən Həsənov. Nəriman Nərimanov Milli dövlətçilik baxışları və fəaliyyəti (PDF). Bakı: Elm. 2005. səh. 37. ISBN 5 – 8066 – 1718 – 1. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-22.
- ↑ İsmayıl Hacıyev, Elnur Kəlbizadə. Naxçıvanlı diplomatlar (PDF). Naxçıvan: "Əcəmi"Nəşriyyat-Poliqrafiya Birliyi. 2017. səh. 42.[ölü keçid]
- ↑ 1 2 3 Dünyaminqızı, Qərənfil. Füyuzatçılar (az.). Bakı: MİMTA yayımları. 2024. 42. ISBN 978-9952-8498-7-5.
- ↑ İsmayıl Hacıyev, Elnur Kəlbizadə. Naxçıvanlı diplomatlar (PDF). Naxçıvan: "Əcəmi"Nəşriyyat-Poliqrafiya Birliyi. 2017. səh. 41.[ölü keçid]
- ↑ И.Гаджиев, Э.Кябизаде. "Нахчыванские дипломаты: Зия Юсуф Талыбзаде" (rus). azerhistory.com. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-21.
- ↑ Əhməd Zəki Vəlidi Toğan. Hatıralar: Türkistan ve Diğer Müslüman Doğu Türklerinin Milli Varlık ve Kültür Mücadeleleri. İstanbul. 1969. səh. 407.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 164.
- ↑ "Abdulla Şaiqin ev muzeyi / II otaq" (az.). abdullashaig.az. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
- ↑ Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 165.
- ↑ Saleh Salayev. Abdulla Şaiq Talıbzadə (PDF). Bakı: Ağrıdağ. 2001. səh. 14. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-22.
- ↑ Nəzmin Cəfərova. "Abdulla Şaiq: Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır" (az.). science.gov.az. 2021-02-21. Archived from the original on 2021-10-25. İstifadə tarixi: 2022-12-27.
- ↑ "Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar" (az.). oxu.az. 2021-02-25. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.