Yusif Quliyev Neftci Alim - Wikipedia
Quliyev Yusif Murad oğlu — texnika elmləri doktoru, professor.
Yusif Quliyev | |
---|---|
Quliyev Yusif Murad oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağsu, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Həyatı
redaktəQuliyev Yusif Murad oğlu 1950-cı ildə Azərbaycan Respublikasının Ağsu şəhərində anadan olmuşdur. 1972-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirərək, Manqışlaqda yerin təkinin mənimsənilməsində iştirak üçün gənc mütəxəssis kimi Qazaxıstana göndərilmişdir. Əmək fəaliyyətinə Uzen Qazıma işlərinə idarəsində qazmaçı köməkçisi kimi başlamışdır. 1986-cı ildə "Qazıma dəstəsinin alt hissəsinin (dibinin) rasional profilinin, səmərəli tərtibatlarının işlənilməsi və tətbiqi yolu ilə maili quyuların salınması texnologiyasının təkmilləşdirilməsi". 1988-ci ildə yüksək ixtisaslı kadrların - qazmaçı mühəndislərin hazırlanmasında iştirak etmək üçün Qazaxıstan Politexnik İnstitutunun filialının rəhbərliyi tərəfindən işə dəvət edilmişdi və burada o böyük mühəndis, dosent vəzifəsində çalışmışdır. 1993-cü ildən "Neft və qaz quyularının qazılması" kafedrasının rəhbəri işləmişdir. 1999-2001-ci illərdə Aktaus Dövlət Universitetinin neft-kimya fakultəsinin dekanı, 2001-2003-cü illərdə isə "Neft və qaz quyularının qazılması və neft və qazın geologiyası" kafedrasının rəhbəri olub. 2004-cü ildən bu günə qədər Quliyev Y.M. "Bolaşak" İnstitutunun (Manqistaus ş.) birinci prorektorudur. 1999-cu ildə "Qərbi Qazaxıstan şəraitində maimli quyuların əyriliklərinin idarə edilməsi üçün istiqamətləndirilməyən Qazıma kəmərinin aşağısının bərkidilməsinin (QKAB) optimal parametrlərinin seçilməsi üzrə qərarların qəbul edilməsinin elmi və praktiki əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Elmi fəaliyyəti
redaktəQuliyev Y.M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Onun elmi tədqiqatları neft və qaz quyularının qazılmasının texnologiyası məsələlərinə həsr edilmişdir.
Quliyev Y.M. 65 elmi məqalənin, 15 metodik rəhbərliyin müəllifidir. O, Qazaxıstanda yaşayan xalqların Kiçik Assambleyasının üzvü, Azərbaycanın "Dostluq" Vilayət milli-mədəniyyət mərkəzinin (Aktau) sədridir.
O, Qazaxıstanda yaşayan xalqların Kiçik Assambleyasının Fəxri fərmanı, yubiley medalı ilə mükafatlanıb.