Yuliya Siqmond - Wikipedia
Yuliya Şiqmond (mac. Sigmond Júlia; 11 iyul 1929[1] – 23 mart 2020[2], Piaçensa, Emiliya-Romanya) — kukla teatrında işləyən macar əsilli Rumıniyalı aktrisa, esperantist. Macar yazıçısı və şairi İştvan Şiqmondun bacısı və esperantist Sen Rodenin həyat yoldaşı.
Yuliya Şiqmond | |
---|---|
mac. Sigmond Júlia | |
Doğum tarixi | 11 iyul 1929[1] |
Vəfat tarixi | 23 mart 2020[2] (90 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | COVID-19[3] |
Fəaliyyəti | esperantoçu, aktrisa, yazıçı, kuklaçı, redaktor |
Həyatı
redaktə1949-cu ildə Kluj-Napokada yerləşən qızlar gimnaziyasını (keçmiş reformist gimnaziyası, indiki Apaçay Liseyi) bitirmişdir. 1950-ci ildə redaktorluq fəaliyyətinə başlamış, 1959-1984-cü illərdə Cluj-Napoka teatrında kukla və mim kimi çalışmışdır. 1956-cı ildən Esperanto dilinin tədqiqi ilə məşğul idi, dəfələrlə esperantistlərin beynəlxalq konqresləri və toplantılarında iştirak etmişdir. Esperanto dilində olan "Bazaro" jurnalı və "Monate" qəzetinin baş redaktoru idi. Esperanto dilində bir neçə əsər nəşr etmişdir və 2000-ci ildə "Mi ne estas Mona Lisa" adlı hekayəsinə görə elmi fantastika sahəsi üzrə mükafat almışdır. 2005-ci ildə Təl-Əvivdə keçirilən 85-ci Dünya Esperanto Konqresində təsviri sənət müsabiqəsinin təşkilatçısı oldu.
Seçilmiş əsərləri
redaktə- 2001 — Mi ne estas Mona Lisa
- 2008 — Kiam mi estis la plej feliĉa en la vivo?
- 2011 — Nomoj kaj sortoj
- 2013 — Dialogo
- 2013 — Libazar' kaj tero
- 2015 — Kvodlibeto
- 2016 — Kvin geamikoj
Mükafatları
redaktə- 1969 — Nova Talento: Interdivido
- 1997 — Prozo, 2-ci mükafat: Kiam mi pardonis al la kato?
- 2000 — Prozo, 1-ci mükafat: Mi ne estas Mona Lisa
- 2009 — Prozo, 2-ci mükafat: Viola
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Erdélyi magyar ki kicsoda 2010. Nagyvárad: RMDSZ-BMC Kiadó. 2010. 589. o. ISBN 978-973-00725-6-3
Xarici keçidlər
redaktə- Sep citronsemoj (esp.)
- La mistera nokto (esp.)