Yulius Evola - Wikipedia
Baron Yulius Evola (tam adı: Culio Çezare Andrea Evola, it. Giulio Cesare Andrea Evola; 19 may 1898[1][2][…], Roma, İtaliya krallığı – 11 iyun 1974[1][2][…], Roma) — İtalyan ezoterik filosofcu, yazıçı, şair, rəssam, kulturoloq və siyasi xadim[3]. İnteqral tradisyonalizmin nümayəndələrindən biri, ezoterizm və okkultizm üzrə bir sıra əsərlərin müəllifidir. Bir sıra tədqiqatçılar onu neofaşizm ideoloqu kimi olaraq görürlər[4][5][6][7][8][9]. Evolanın yazıları Avropada və dünyanın digər yerlərində sağçı ideologiyanın bir çox nümayəndələrinə təsir göstərmişdir.
Yulius Evola | |
---|---|
it. Giulio Cesare Andrea Evola | |
Doğum tarixi | 19 may 1898[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyun 1974[1][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
İstiqaməti | Tradisionalizm[d], neofaşizm, Fərdiyyətçilik |
Əsas maraqları | fəlsəfə, metafizika, siyasi fəlsəfə, Ezoterizm, tarix fəlsəfəsi |
Təsirlənib | Budda, Lao-tszı, Osvald Şpenqler, Rene Genon, Cambattist Viko, Otto Ueyninger, Benedetto Kroçe, Dmitri Merejkovski, Fridrix Nitsşe, Platon, Georq Vilhelm Fridrix Hegel, Ernst Yunqer, Fyodor Dostoyevski, Maks Ştirner, Vilfredo Pareto |
Sayt | fondazionejuliusevola.com |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəErkən illəri
redaktəEvola Romada anadan olmuşdur, valideynləri Siciliyalı aristokratlar idi. Deyilənə görə ailəsi ispan və alman mənşəli olmuşdur[10]. Roma Sapientsa Universitetinin Mühəndislik fakültəsini bitirmiş, lakin diplomdan imtina etmişdir, bunun da səbəbini belə vurğulamışdır: "Özümü heç bir şəkildə burjua akademiyasında və doktor ya da mühəndis kimi titullarla əlaqələndirmək istəməmişəm"[11][12].
Evola yeniyetməlik illərində rəssamlıq və ədəbiyyatla məşğul idi. Bu dövrdə o yazıçılardan Oskar Vayld və Qabriele Dannunsio, fəlsəfədən isə Fridrix Nitsşe, Otto Veyninqer, Karlo Mikelştedter və Maks Ştirnerdən təsirlənmişdir.[13]
Birinci Dünya Müharibəsində Evola Aziago yaylasında artilleriya zabiti kimi xidmət etmişdir. Müharibədən sonra avanqard incəsənət ilə məşğul oldu və Filippo Tommaso Marinettinin Futurizm hərəkatına qoşuldu. Rəssamlığı, poeziyası və qısa ömür sürən Revue Bleue jurnalında yazdığı məqalələrlə, İtaliyada dadaizmin görkəmli nümayəndələrindən biri oldu. 1922-ci ildə avanqard sənətin kommersiyalaşdığı və akademik konvensiyalarla dəyəri düşməsinin qənaətinə gəldikdən sonra o, rəsm və poeziya kimi bədii ifadəyə diqqətini azaltdı[12].
O, sonradan Rene Genonun əsərləri ilə tanış olur və "Faşist tənqidi" jurnalında yazıçı olaraq işləyir. Həmin dövrdə o katolik dairələrin tənqidinə məruz qalmış "Paqan imperializmi" əsərini burdaykən nəşr edir.
Yetkinlik, faşizm dövrü
redaktə1924–1925-ci illərdə Evola Romada okkultist Arturo Reqininin buraxdığı "Atanor" və "İqnis" jurnallarında fəal yazıçılıq işləri görür[14].
Evola öz jurnalı olan "Qüllə" (it. La Torre) çap etməyə başladı, lakin onuncu buraxılışından sonra bağlandı. Jurnalın ilk nəşrinin bir məqaləsində filosof belə vurğulayır: "Faşist, kommunist, anarxist, yaxud demokratik quruluşlarda asılı olmayaraq, bizim üçün tamamilə eyni olan prinsipləri müdafiə etməkdir. Bu prinsiplər öz=özlüyündə siyasi səviyyədən çoxdur, lakin bunların tətbiqində keyfiyyətli şəkildə fərqləndirmək lazımdır, yəni iyerarxiya, avtoritet və imperiya ideyalarının ən geniş mənada təsdiqini tələb edir".
1934-cü ildən 1943-cü ilədək, o "Faşist sistem" jurnalında daimi rubrikanı ("Fəlsəfə dioraması") rəhbərlik edib, onun naşiri Mussolininin həmkarlarından biri, Böyük Faşist Şurasının üzvü Roberto Farinaççi olub.
1938-ci ildə Rumıniyaya səfər zamanı "Dəmir qvardiya"nın lideri olan Korneliu Zelya Kodryanu ilə tanış olub. Çoxsaylı ifadələrinə görə, bu səfər həm "Legion" (Qvardiyanın ikinci adı) təşkilatına, həm də legionerlərin "Kapitan" adlandırdıqları Kodryanu şəxsiyyətinə heyran olan Barona unudulmaz təsir bağışladı[15]. Nəticədə, Rumın filosofunun bir çox ideyaları Evolanın əsərlərində öz əksini tapıb və onun arzu etdiyi "Aryan-roman arxetipi" "Kapitan"da özünü göstərirdi[16].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Julius Evola (nid.).
- ↑ "ЭВОЛА (EVOLA) Чезаре Андреа Джулиаию (1898-1974)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
- ↑ "Down to the time of his death in 1974, Evola stood as the leading intellectual of neofascism and/ or the radical right in all Europe". — Payne S. G. A History of Fascism, 1914–1945
- ↑ Рафал Панковський "Батьки-відновники": Мослі, Евола, Деґрель, Бардеш Arxivləşdirilib 2015-06-27 at the Wayback Machine
- ↑ Модржинская Е. Д. Критика идеологии неофашизма. Мысль, 1976. С. 100
- ↑ Филатов М. Н., Рябов А. И. Фашизм 80-х: политический анализ современного ультраправого, крайне реакционного движения в странах Западной Европы. Алма-Ата: Казахстан, 1983. — 354 с.
- ↑ Nicholas Goodrick-Clarke Black Sun: Aryan Cults, Esoteric Nazism, and the Politics of Identity[ing.]
- ↑ A. James Gregor. The Search for Neofascism "Evola, as one of the few, provided the texts that became one of "the most important" sources for the neofascism that arose out of the ruins of the Second World War".
- ↑ Александр Дугин. "ЮЛИУС ЭВОЛА, ЯЗЫЧЕСКИЙ ИМПЕРИАЛИСТ". arctogaia.com. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
- ↑ Paul Furlong, The Social and Political Thought of Julius Evola Arxivləşdirilib 2022-05-08 at the Wayback Machine. London: Routledge, 2011. ISBN 9780203816912
- ↑ 1 2 Julius Evola, Il Camino del Cinabro, 1963
- ↑ Roger Griffin, Matthew Feldman. Fascism: Post-war fascisms. Taylor & Francis, 2004. p. 219
- ↑ Nicholas Goodrick-Clarke. Black Sun: Aryan Cults, Esoteric Nazism, and the Politics of Identity[ing.], 2002 — ISBN 0-8147-3155-4
- ↑ Ален де Бенуа. "ЮЛИУС ЭВОЛА, РАДИКАЛЬНЫЙ РЕАКЦИОНЕР И МЕТАФИЗИК, ЗАНИМАЮЩИЙСЯ ПОЛИТИКОЙ". www.nb-info.ru. 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
Известно, что Эвола говорил о своем почти безграничном восхищении Корнелиу Кодряну, лидером этого движения, вплоть до того, что видел в нем «тот самый арийско-римский архетип»
- ↑ Юліус Евола. "Моя зустріч з Кодряну". Політономія. politonomia.org.ua. 2003-07-18. İstifadə tarixi: 2016-08-20.
Кодряну складав враження навіть своїм фізичним виглядом. Високий, добре складений, він втілював у собі «арійско-романский» тип