Yozef Qabcik - Wikipedia
Yozef Qabçik (slovak. Jozef Gabčík; 7 aprel 1912[1][2], Poluvsie[d], Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 18 iyun 1942[3][4][…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti slovak idi.
Yozef Qabçik | |
---|---|
slovak. Jozef Gabčík | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 aprel 1912[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 iyun 1942[3][4][…] (30 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d][3] |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1940-cı ildən |
Rütbəsi | çavuş |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYozef Qabçik 1918-ci ildə yaranmış Çexoslovakiyanın tərkibinə daxil olan Avstriya-Macarıstan imperiyasının Slovakiya hissəsində anadan olub. Atası Frantişek işləmək üçün ABŞ və Argentinaya gedən fəhlə, anası Mariya (qız soyadı Barankova) isə evdar qadın idi. Yosefin 2 qardaşı və bir bacısı var idi.
Raetsk-Teplice şəhərində məktəbi bitirdikdən sonra o, Çexiyanın Vltavou üzərində Kosteleç kəndində yerli dəmirçi Y.Kunikin ailəsində yaşamış, 1932-ci ilə qədər burada dəmirçilik və metal işləmə ixtisasları üzrə təhsil almışdır. 1927-ci il məktəb məlumatlarına görə, o, həm də qonşu Kovarjov kəndində ikiillik ticarət məktəbində oxuyub.
1932-ci il oktyabrın 1-də Koşitsedəki 14-cü piyada alayında hərbi xidmətə başladı. O, Preşovdakı zabitlər məktəbini çox yaxşı nəticələrlə bitirib. O, komandir (kiçik çavuş) rütbəsi almış, 1934-cü ildə hərbi xidməti başa vurduqdan sonra onu öz istəyi ilə müddətdən artıq xidmət edən yarımzabit kimi orduda saxlayıblar. Bu zaman o, çatar (çavuş) rütbəsi almışdır.
1937-ci ildə hərbi müqaviləsini başa vuraraq Zilinadakı hərbi qaz istehsalı zavodunda dövlət qulluqçusu olur. Qaz boğulmasına məruz qaldığı qəzadan sonra xidmət yeri Trençindəki anbara dəyişdirildi. 1939-cu ilə qədər orada işləmişdir. Çexoslovakiyanın faşist işğalı zamanı, alman ordusunun hərbi anbarları ələ keçirməmişdən əvvəl Yozef gəmi konteynerlərini zədələmişdi. Həbs təhlükəsini nəzərə alaraq, 4 iyun 1939-cu ildə Polşa ilə sərhədi qanunsuz keçərək Krakov şəhərində Çexoslovakiya hərbi birləşməsinə qoşuldu. Burada o, çex Yan Kubişlə tanış olur. 1939-cu ilin iyulunda Malye Bronovitsi düşərgəsində qısamüddətli xidmətdən sonra onlar birlikdə Fransaya yola düşürlər. Burdan isə Fransnın koloniyası olan Əlcəzairə gedirlər. Burda onlar avqustun 2-də Fransa Xarici Legionuna daxil olurlar. Yozef Qabçik Kolom Beşar və Sidi Bel Abbes qarnizonlarında 1-ci təlim alayında xidmətə başlayır. O orada olanda İkinci Dünya müharibəsi başlayır. Yozef Fransaya Aqd şəhərinə göndərilir. Burada o, Çexoslovakiya Ordusunun 1-ci Piyada Alayının pulemyot tağımının komandir müavini kimi xidmət edir. 29 dekabr 1939-cu ildə Fransada Çexoslovakiya ordusunun çatar (çavuş) rütbəsini alır. Qabçik Fransa uğrunda gedən döyüşlərdə iştirak edir.
1940-cı il iyulun 12-də Fransız qoşunlarının məğlubiyyətindən sonra o, Böyük Britaniyaya təxliyə edilmiş və burada sürgündə olan Çexoslovakiya prezidenti Edvard Beneşin təşkil etdiyi xaricdəki Çexoslovakiya hərbi qüvvələrinə qoşulmuşdur. 1941-ci ilin martında rotmistrların qısa kursunu bitirdikdən sonra rotmistr rütbəsi aldı (gizirlər Çexoslovakiya ordusunda zabitlər sırasına aid idi).
1940-cı ilin dekabrından Yozef xüsusi təyinatlıların təlimi üçün kurslara daxil oldu. 1941-ci il avqustun 15-dən dekabrın 27-dək Kubiş xüsusi təyinatlıların kurslarını keçərək özünümüdafiə üsullarını öyrənir, avtomobil və partlayıcı maddələrlə davranmağı öyrənirdi. Yan Kubişlə birlikdə Britaniyanın Xüsusi Əməliyyatlar İdarəsinə müraciət etdilər. Hər ikisi Frantişek Moravecin ümumi rəhbərliyi altında 2-ci Çexoslovakiya kəşfiyyat şöbəsi tərəfindən hazırlanan Antropoid Əməliyyatı üçün seçildilər.
Çexoslovakiyaya gəlməsi
redaktəYozef Qabçik 1941-ci il dekabrın 29-da saxta sənədlərlə almanlar tərəfindən işğal olunmuş Çexiya ərazisinə endi. Qabçikin də iştirak etdiyi xüsusi əməliyyatın məqsədi almanlar tərəfindən işğal olunmuş Çexiya ərazisində yaradılmış Bohemiya və Moraviya protektoratının rəhbəri Reynhard Heydrixin məhv edilməsi oldu.
Heydrixin həyatına sui-qəsd Edvard Beneşin Çexoslovakiyanın “sürgündə olan hökumət”i tərəfindən Britaniya "Xüsusi Əməliyyatlar İdarəsinin" iştirakı ilə planlaşdırılmışdı və "Müqavimətin" nüfuzunu artırmağa yönəldilmişdi. Eyni zamanda, almanların cəza tədbirləri qaçılmaz idi, lakin güman edilirdi ki, onlar da öz növbəsində əhalinin işğalçılara qarşı müqavimətini artıracaq.[5][6] "Antropoid" adlanan əməliyyatın birbaşa icraçıları ingilislər tərəfindən hazırlanan agentləri Yozef Qabçik və Yan Kubiş oldu.[7]
Qabçik və silahdaşları Çexoslovakiyaya hava yolu ilə gəldilər. Lakin pilot xətası ucbatından Yan mərkəzi Bohemiyanın Neqvizdı kəndi yaxınlığında deyil, 100 kilometr aralıda, Eypovitsə (oradan Pilsenə çox da uzaq deyildi) eniş etdi.[8] Yan adamları ilə əlaqə saxlamağa və Heydrixi məhv etməyə çalışmaq üçün Pilsendə məskunlaşmalı oldu.
Bəzi digər paraşütçülər "Kennonberri" əməliyyatında iştirak etdilər, bu müddət ərzində Pilsendə Reyxin əsas simalarından olan Heydrixi məhv etməyə cəhd edildi. Diversiya baş tutsa da onlar məqsədinə çatmadı.[9]
Heydrixə sui-qəsd və həlak olması
redaktə27 may 1942-ci ildə Yozef Qabçik Yan Kubişlə birlikdə Kobylisski döngəsində Liben yaxınlığında Heydrixi gözləyirdi.[10] Yozef və Yan tapançalarla silahlanmışdılar. Bundan əlavə, Yan ingilis istehsalı 73 qumbarasına, Yosef isə STEN MK FF 209 avtomat silahına sahib idi. Heydrx saat 10:32-də üstü açıq avtomobildə döngəni dönərkən (cangüdənlər olmadan, yalnız bir sürücü ilə hərəkət etməyi üstün tuturdu) Qabçik Heydrixi güllə-baran etməyə çalışdı, lakin avtomat silahının çaxmağı ilişib qaldığından atəş aça bilmədi.[11] Heydrix sürücüyə maşını saxlamağı əmr etdi və xidməti silahını çıxartdı.[12] Kubiş vaxtında gəlib çatdı. Belə ki, o Heydrixin maşınına tərəf qumbara atdı. Amma düz atmadığından qumbara maşının sağ arxa təkəri arxasında partladı. Qabırğası qırılan və dalağı partlayan Heydrix (dalağına bir metal parçası və avtomobil oturacağının döşəməsinin bir parçası sancılmışdı) maşından düşdü, lakin çox keçmədən yerə sərildi. Sui-qəsd hadisəsi baş verən vaxt oradan keçən çex polisinin yük maşını tərəfindən Reynhard Bulovka hospitalına çatdırıldı.[13][14] Günorta saatlarında Heydrix əməliyyat olundu. Cərrah onun zədələnmiş dalağını çıxardı.[15] Mayın 27-də Himmlerin şəxsi həkimi Karl Qebhard hospitala gəldi. O, xəstəyə böyük dozada morfin təyin etdi.[16] İyunun 3-də səhər saatlarında Heyrixin vəziyyətinin yaxşılaşması barədə məlumat gəldi, amma günorta saatlarında o, komaya düşdü və ertəsi gün öldü. Ölümün səbəbi kimi "septik orqan çatışmazlığı" qeyd edildi.[17] 1972-ci ildə ölüm səbəbi "anemik şok" göstərildi. Son diaqnoz bu günə qədər hələ də qoyulmayıb.[18]
Britaniya agentlərinin gizlədikləri yer (Çexiya və Slovakiya Pravoslav Kilsəsinin Praqadakı Kiril və Mefodiy kafedral kilsəsi), müqavimət hərəkatının iştirakçısı paraşütçü Karel Çurdanın xəyanəti nəticəsində Gestapoya məlum oldu.[19] İyunun 18-də kilsəyə basqın oldu. İyunun 18-də almanlar kilsəni mühasirəyə aldılar və hücuma keçdilər. Müdafiəçilər bir neçə saat müdafiə olundular. 7 çexoslovak - Yozef Qabçik, Yaroslav Şvars, Yan Hrubi, Yozef Valçik, Adolf Opalka, Yozef Bublik, Yan Kubiş bir neçə yüz SS, Gestapo və polisə qarşı döyüşdü.
Döyüş zamanı Adolf Opalka və Yosef Bublik ilə birlikdə Yan kilsədə keşişə ayrılmış yerdən atəş açırdı. Düşmən qumbarasının partlamasından sonra ağır yaralanan Kubiş huşunu itirərək, digər altı desantçı kimi intihar edə bilmədi. Xəstəxanaya gedən yolda əsir Yan özünə gəlmədən qanaxma nəticəsində öldü.[20] Vəziyyət ümidsiz olanda (almanlar yanğınsöndürənlərin köməyi ilə kilsənin zirzəmisini su ilə doldurmağa başladılar və döyüş sursatları tükəndi) ağır yaralı Kubisdən başqa kilsənin bütün müdafiəçiləri intihar etdi.
Daha sonra kafedral kilsənin bütün keşişləri, Praqa Qorazd yepiskopu və Çex Pravoslav Kilsəsinin digər ruhaniləri güllələndilər. Çex Pravoslav Kilsəsinin özü isə qadağan olundu.
Yeddi paraşütçünün hamısının cəsədi yarılma və şəxsiyyətinin müəyyən edilməsi üçün Almaniya Məhkəmə Tibb İnstitutuna aparıldı. Desantçılar Dyablicadakı kütləvi məzarlıqda dəfn edildilər.
Xatirəsi
redaktə- Müharibədən sonra Yozef Qabçik silahdaşları kimi, Çexoslovakiyanın milli qəhrəmanı oldu.
- Slovakiyanın cənubundakı rayonlardan biri Qabçikin adını daşıyır.
- Bratislavada bir küçə və Praqada Heydrixə sui-qəsd edilən yerə yaxın bir küçə Qabçikin adını daşıyır.
- 1992-ci ildə Çexiya Postu Antropoid əməliyyatına həsr olunmuş Qabçik və Kubişin portretləri olan poçt markası buraxıb.[21]
- 27 may 2009-cu ildə Praqada sui-qəsd cəhdinin olduğu yerdə Antropoid əməliyyatı iştirakçılarının şərəfinə ucaldılmış abidənin açılışı oldu.[22]
- 2010-cu ildə Kiril və Mefodiy Praqa Pravoslav Katedralında 1995-ci ildə açılan Yozüf Qabçikin də olduğu yeddi çexoslovak paraşütçünün şücaətinə həsr olunmuş ekspozisiya yeniləndi.[23]
- Heydrixə qarşı sui-qəsd cəhdi hadisələri əsasında bir neçə bədii film, o cümlədən Killian Merfinin Yozef Qabçik rolunu oynadığı Antropoid (2016, Böyük Britaniya, Çexiya, Fransa) filmi çəkilib.
- 2017-ci ildə çəkilmiş "Himmlerin Beyni Heydrix adlandırılır" filmdə Qubçek rolunu irlandiyalı aktyor Cek Reynor canlandırıb.
- 26 may 2017-ci il tarixində Antropoid əməliyyatının uğurla başa çatmasının 75-ci ildönümü ilə əlaqədar Slovakiya Prezidenti Andrey Kiska Yozef Qabçikə general-mayor hərbi rütbəsi (ölümündən sonra) verdi. Qabçik bundan əvvəl briqada generalı rütbəsi daşıyırdı. Prezidendən yüksək mükafatı Yozef Qabçikin böyük qardaşının nəvəsi Katarina Tomçikova qəbul etdi.[24]
- 2017-ci ilin may ayında Çexiya Poçtu Antropoid əməliyyatına həsr olunmuş kuponlarla xüsusi xatirə möhür vərəqi (blok) buraxdı. Burada paraşütçülərin endiyi Britaniya təyyarəsi "Handley Page Halifax", Heydrixin partladılmış avtomobili, Qabçikin "STEN" avtomatı, Kubişin qumbarası, Kiril və Mefodiy Praqa Katedralının güllələnmiş pəncərələri və faşistlər tərəfindən dağıdılmış Lidice kəndinin - simvolları gül və tikan təsvir edilmişdir. Marka vərəqinin müəllifi rəssam Karel Zemandır. Tirajı 45.000 ədəd olub.[21]
- 24 may 2017-ci il tarixində Çexiya Milli Bankı 200 CZK nominalında (diametri 31 mm, çəkisi 13 q) xatirə gümüş sikkəsini dövriyyəyə buraxdı. Sikkənin üz hissəsində “ČESKÁ REPUBLIKA” və “200 Kč” yazıları olan Heydrixin partlayış nəticəsində zədələnmiş avtomobilinin bir hissəsi təsvir edilib. Sikkənin arxa tərəfində Kiril və Mefodiyin kilsəsinin güllə ilə deşik-deşik pəncərəsi və hücumçuların köməyi ilə zirzəmiyə su vurulan yanğın şlanqları təsvir olunub. Arxa tərəfin aşağı hissəsində “OPERACE ANTHROPOID”, “1942-2017” yazıları və sikkənin tərtibatçısı İrena Hradetskayanın baş hərfləri – iç-içə “I” və “H” hərfləri əks edilib.[25]
İstinadlar
redaktə- ↑ 1 2 https://zurnal.pravda.sk/neznama-historia/clanok/548445-kedy-sa-narodil-jozef-gabcik/.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 3 Kmoch P. Boj v kostele v Resslově ulici (çeş.). Ústav pro studium totalitních režimů, 2016. burax. 2/2016. S. 38. ISSN 1802-8241
- ↑ 1 2 Databáze Vojenského historického archivu.
- ↑ Хёне, Хайнц. Глава 15. СС и немецкое движение сопротивления // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003. 542. ISBN 5-224-03843-X.
- ↑ Jaggers, R. C. "The Assassination of Reinhard Heydrich". CIA. 22 сентября 1993. 2018-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.
- ↑ Calic, 1985. səh. 254
- ↑ Operace Antropoid, díl 4/10, CRo 3, rozhlas.cz, 2009
- ↑ Dějiny tělesné výchovy II., str. 178
- ↑ Bryant, 2007. səh. 175
- ↑ Steven Lehrer. id=ahrZF9pAZJ0C&pg=PA13&pg=PA84 Wannsee house and the Holocaust (#bad_url). McFarland. 2000. 84. ISBN 9780786407927. (#missing_pipe)
- ↑ Батлер Р. Гестапо: история тайной полиции Гитлера / Пер. с англ. В. Феоклистовой — М.: Эксмо, 2006. — С. 108. — ISBN 5-699-15081-1
- ↑ Williams, 2003. səh. 155
- ↑ Steven Lehrer. Wannsee house and the Holocaust. McFarland. 2000. 85. ISBN 9780786407927.
- ↑ Defalgue, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF) // Bulletin of Anesthesia History . 27 (1). январь 2009.
- ↑ Williams, 2003. səh. 165
- ↑ Höhne, 2000. səh. 495
- ↑ Defalgue, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF). . 27 (1). Bulletin of Anesthesia History. январь 2009.
- ↑ Cowdery, Ray R.; Vodenka, Peter. Reinhard Heydrich: Assassination. Lakeville, MN: Victory WW2 Publishing Ltd. 1994. ISBN 978-0-91066-7-425.
- ↑ McDonald, Callum. The Killing of Reinhard Heydrich: The SS Butcher of Prague. New York City: Da Capo. 1989. 239. ISBN 978-0-306-80860-9. OCLC 722860441.
- ↑ 1 2 Каймаков, А. "Марка к 75-летию операции "Антропоид"". Ru:Radio Praha. Русская служба. 2017-05-17. 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-10.
- ↑ Чеканова, А. "Памятник операции "Антропоид": лучше поздно, чем никогда". Ru:Radio Praha. 2009-05-27. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-26.
- ↑ Каймаков, А. "Открыта новая экспозиция, посвященная подвигу чехословацких парашютистов, совершивших покушение на Гейдриха". Ru:Radio Praha. Русская служба. 2010-02-06. 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
- ↑ "Президент повысил Йозефа Габчика в звании до генерал-майора". Сайт президента Словацкой Республики. 2017-05-27. 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-10.
- ↑ "Commemorative silver coin to mark the 75th anniversary of Operation Anthropoid". Ru:Чешский национальный банк. 2017-05-24. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
Ədəbiyyat
redaktə- Burian, Michal; və b. Assassination. Operation Arthropoid, 1941-1942 (PDF). Prague: Ministry of Defence of the Czech Republic - AVIS. 2002. 14. ISBN 8072781588. (#explicit_et_al)
- REICHL, Martin. Cesty osudu. Cheb : Svět křídel, 2004. ISBN 80-86808-04-1.
- ČERNÝ, Karel. Muži z londýnského vydání. [s.l.] : Nakladatelství Průžová Jitka, 2007. ISBN 9788023988598.
- VARSÍK, Milan. Kto ste, Jozef Gabčík?. Bratislava : Mladé letá, 1973.