Yozef Kasavubu - Wikipedia
Yozef Kasavubu (ing. Joseph Kasavubu) - Konqolu dövlət xadimi və siyasətçi. Kasavubu, Mərkəzi Afrikada yerləşən Konqo-Leopoldvil dövlətinin (günümüzdə (Konqo Demokratik Respublikası) ilk prezidenti kimi 1960-1965-ci illərdə vəzifəsini icra etmişdir.
Yozef Kasavubu | |
---|---|
Joseph Kasa-Vubu | |
| |
Konqo-Leopoldvil prezidenti. | |
30 iyun 1960 – 24 noyabr 1965 | |
Baş nazir | Patris Lumumba |
Əvvəlki | vəzifə yaradılıb |
Sonrakı | Mobutu Sese Seko |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mayombe, Belçika Konqosu |
Vəfat tarixi | |
Vəfat yeri | Bomo, Konqo-Leopoldvil |
Vəfat səbəbi | xəstəlik |
Fəaliyyəti | siyasətçi |
Uşaqları | 10 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1917-ci ildə Belçika Konqosunun Mayobe şəhərində anadan olmuşdur. Konqoda olan avropalı katolik missionerlərdən ilk dini təhsilini almış və sonradan müəllim kimi işləməyə başlamışdır. 1942-ci ildə Belçika müstəmləkə hökumətində vəzifəyə təyin olunmuşdur. Kasavubu həmin zaman konqoluların işləyə biləcəyi ən yüksək vəzifədə, başkatib vəzifəsində çalışırdı. Konqonun azadlıq hərəkatının ilk öndərlərindən olan Kasavubu 1940-cı illərin sonlarında, mədəniyyət dərnəkləri və ya tələbə birlikləri adı altında ölkəsinin müstəqilliyi üçün fəaliyyətlər göstərmişdir.
Özünündə mənsub olduğu bakonqo qəbiləsinə muxtar krallıq statusunun verilməsini və Konqo dövlətinin federal dövlət kimi tam müstəqil olmasını müdafiə etmişdir. 1955-ci ildə dönəmin güclü mədəni və siyasi təşkilatından olan Abakonun rəhbərliyinə gətirilmişdir. 1957-ci ildə Belçikalı rəsmilərin icazəsi ilə keçirilən ilk bələdiyyə seçkilərində, Abakonun tərəfdarları Leopoldvil şəhərindəki seçilərdən qalib çıxmış və Kasavubu, Dendale bələdiyyəsinin rəhbəri seçilmişdir.
1960-cı ildə keçirilən ilk milli seçkilərdə Patris Lumumbanın partiyası, Kasavubu rəhbərliyindəki Abako və müttəfiqlərindən daha çox səs toplamaqlarına baxmayaraq, heç bir tərəf öz namizədləri ilə vahid hökumət yarada bilməmişdir. Tərəflər arasında sonradan razılıq əldə olunmuş və Yozef Kasavubu prezident, Patris Lumumba isə baş nazir seçilmişdir.
Müstəqilliyin elan edilməsindən qısa bir müddət sonra Konqo ordusunda üsyan baş vermişdir. Belçika tərəfi ölkədə olan vətəndaşlarını qorumaq əsası ilə Konqoya müdaxilə etmişdir. Hadisələrin gedişatında Moise Tshombe rəhbərliyindəki Katanqa bölgəsində öz müstəqilliyini elan etmişdir. Birləşmiş Millətlər Təşkilatını müdaxilələri belə bir fayda verməyincə, baş nazir Patris Lumumba kömək üçün SSRİ-yə müraciət edəcəyini bildirmişdir.
Bundan sonra Kasavubu, polkovnik Yozef Mobutu rəhbərliyindəki ordu qüvvələri ilə birlikdə Patris Lumumbanı hakimiyyətdən kənarlaşdırmışdır. 1960-cı illərin sonlarına yaxın Yozef Mobutunun təşkil etdiyi çevirilişi dəstəkləmiş Kasavubu, Patris Lumumbanın güllənməsi səbəbindən dünya dövlətlərinin qəzəbinə səbəb olmuşdur. 1965-cü ildə Tshombenin baş nazir olmasına şərait yaradan Yozef Kasavubunun siyasi karyerası 1965-ci ildə Mobutu Sese Sekonun təşkil etdiyi çevirilişdən sonra tamamlanmışdır.