Yosip Runyanin - Wikipedia
Yosip Runyanin (serb. Јосиф Руњанин / Josip Runjanin;8 dekabr 1821[1], Vinkovci – 2 fevral 1878[1], Novi Sad[d], Macarıstan krallığı) — Serb əsilli Avstriya-Macarıstan, Xorvatiya himninin bəstəkarı.[2]
Yosip Runyanin | |
---|---|
Doğum tarixi | 8 dekabr 1821[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1878[1] (56 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | əsgər, bəstəkar |
Həyatı
redaktəRunyanin[qeyd 1] 8 dekabr 1821-ci ildə Serb ailəsində anadan olub[5][6][7] və Vinkovtsidəki Serb Pravoslav Pentikost kilsəsində vəftiz olunub. Təhsilini Vinkovtsidə, sonra isə Sremski Karlovtsidə alıb. O, Xorvatiya Hərbi Sərhəd rayonundakı sərhəd boyunca Qlina şəhərində kursant kimi İmperator Ordusunda xidmət etmişdir.[8]
Qlinada xidmət edərkən kapitan rütbəsinə yüksələn Yosip Qlina hərbi orkestrinin rəqqasəsindən dərs alaraq fortepianoda mükəmməl ifa etməyi öyrənir. Orada İllirist dairələri ilə tanış olan Yosip, görkəmli şair Antun Mixanoviçlə də məhz burada tanış olur.[9] Xorvat musiqişünası Yosip Andreyasa görə, həvəskar musiqiçi olan Runyanin, 1846-cı ildə Qaetano Donizettinin Lucia di Lammermoor operasının üçüncü pərdəsindən olan "O sole piu ratto a sorger t'appresta" ariyasından ilham alaraq Mixanoviçin vətənpərvər xorvat "Horvatska domovina" poeması üçün musiqi bəstələyib.[10]
Onun "Ljubimo te naša diko" mahnısı Donizettinin "L'elisir d'amore" əsərindən ilhamlanaraq bəstələnib.[8][9][11][12]
Mixanović və Runyanin tərəfindən Xorvatiya himni ilk dəfə 1891-ci ildə Xorvat-Slavoniya sərgisi zamanı Zaqreb küçələrində səslənəcəkdi, buna görə də hər iki şəxs yalnız ölümdən sonra şöhrət qazana biliblər.[13] İtaətkar əsgər olan Runyanin sonradan polkovnik rütbəsini qazanıb.
Runyanin, 1864-cü ildə 43 yaşında artıq təqaüdə çıxmış kapitan Toma Perkoviçin qızı ilə evləndi.[14] Birinci Banate alayının nümayəndəsi kimi 1865-ci ildə Xorvatiya parlamentinə daxil olub.[14]
Təqaüdə çıxdıqdan sonra Novi Sad şəhərinə köçən Runyanin 2 fevral 1878-ci ildə 57 yaşında vəfat edir. O, Serb Pravoslav Kilsəsi qəbiristanlığında dəfn edilib.[15]
İrsi
redaktəXorvatiyada Runyanin adına bir neçə məktəb var, xüsusilə Vinkovçidə Yosip Runyaninin adına Musiqi məktəbi (Osnovna glazbena škola Josipa Runjanina) fəaliyyət göstərir.[16]
Qeydlər
redaktə- ↑ Onun vəftiz adı Yosif olaraq qeyd edilib, Yosip onun adının serb variantıdır. Onun adının hər yerdə xorvat variantı Yosip olanı yazılır.[3] Soyadı isə Serbiyanın qərbində, əcdadlarının ailəsinin gəldiyi Runyani kəndinin adından gəlir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Brozović D., Ladan T. Josip Runjanin // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ "Государственная символика Хорватии — Хорватия.РФ". croatia.ru. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.
- ↑ Pavkovic, Aleksandar; Kelen, Christopher. Anthems and the Making of Nation States: Identity and Nationalism in the Balkans. London, England: Bloomsbury. 2016. səh. 223, note 6. ISBN 978-0-85772-642-1.
- ↑ Mitrić, Vladimir. "Runjani - za ponos Srbije: Poreklom iz ovog sela srpski kompozitor Josif Runjanin, a ovde rođena i majka Tomanije Obrenović". novosti.rs. 16 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2020.
- ↑ Kuzmanovic, Jasminka. "After Centuries of Coexistence, End of Serb Community in Croatia". Associated Press. 15 August 1995. 24 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2018.
A Serb, Josip Runjanin, composed Croatia’s national anthem.
- ↑ Rihtman-Auguštin, Dunja. "A Croatian Controversy: Mediterranean–Danube–Balkans". Narodna Umjetnost. 36 (2). 1999: 116. ISSN 0547-2504. 2018-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
- ↑ Mark Biondich. Croatia // Richard C. Frucht (redaktor). Eastern Europe: An Introduction to the People, Lands, and Culture. 1. Santa Barbara, California: ABC-CLIO. 2005. səh. 419. ISBN 978-1-57607-800-6. 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
- ↑ 1 2 Runjanin, Josip (Croatian). Miroslav Krleža Lexicographical Institute. 2 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2014.
- ↑ 1 2 Šarčević, Josip. "Josip Runjanin (Josif)". Hrvatski povijesni portal. Prelog: Inter nos. 7 April 2008. ISSN 1846-4432. 19 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2015.
- ↑ Tomasović, Mirko. "Vrsni katalog emocija i epiteta (Runjanin i Donizetti)" [An excellent catalog of emotions and epithets (Runjanin and Donizetti)]. Vijenac. Matica hrvatska (236). 20 March 2003. 9 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2023.
- ↑ "ZAMP Baza autora: Ljubimo te naša diko (Hrvati svome banu)". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
- ↑ "Republika. Page 41, note 2" (PDF). 2012-03-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-09.
- ↑ "Josip Runjanin". Na današnji dan - 12. prosinca (Croatian). Croatian Radiotelevision. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 biografije.org. "Josip Runjanin". Biografije. 2008-05-26 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Kovačević, Snežana. "Kompozitor "Lijepe naše" počiva na novosadskom pravoslavnom groblju". Politika Online. 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.
- ↑ "Josip Runjanin" (Croatian). Vinkovci: Josip Runjanin Music School. 13 May 2014. 7 September 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 May 2016.