Yonca Taxtabitisi - Wikipedia
Yonca taxtabitisi (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.
Yonca taxtabitisi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Biologiyası
redaktəYonca taxtabitisi Miridae fəsiləsinə mənsubdur. Bu zərərvericinin rəngi açıq yaşıl və ya bozumtul – yaşıldır. Erkək fərdlərdə bu rəng bir qədər tutqun olur. Belin qabaq hissəsi üzərində iki dənə qara nöqtə vardır. Qalxancığın üzərində bir – birinə paralel iki tutqun xətt gedir. Başı üçbucaq şəklində olub parlaqdır. Bığcıqları 4 buğumludur. Uzuluğu 7,5 – 9 mm – dir. Sürfələri I və II yaşda göyümtül boz olur. III yaş sürfələrin rəngi açıq göy olub, bədənin üzərində çoxlu kiçik tutqun nöqtələr olur. IV yaşda bədənin yan tərəfində ağımtıl haşiyə şəklində qanadlar əmələ gəlməyə başlayır. V yaş sürfələrdə qanad böyüyür, bığcıqlar tündləşir. Yonca taxtabitisi başlıca olaraq, yumurta mərhələsində qışlayır. Yazda hava istiləşdikdə qışlayan yumurtalar inkişaf etməyə başlayır. Yumurtadan çıxmış sürfənin yetkin mərhələyə qədər inkişaf dövrü 25 – 30 ün çəkir. May ayında yetkin hala keçmiş birinci nəsil taxtabitilər yumurta qoymağa başlayır. Bu yumurtaların inkişafı daha isti dövrə düşdüyü üçün (iyun və iyul ayları) 8 – 12 gün ərzində inkişaf edir və çıxan sürfələr qidalanaraq yetkin formaya keçir. Payızda qoyulan yumurtalar isə qışı keçirib yaza qədər qalır. Azərbaycan şəraitində yonca taxtabitisinin aprel ayından başlayaraq oktyabr ayına qədər 5 – dən az olmayaraq nəsil verməsi ehtimal olunur[1]. Dişi yonca taxtabitisi öz yumurtalarını cavan bitki toxumalarına, hələ bərkiməmiş gövdəyə qoyur, qışlayan yumurtalar isə bitki gövdəsinin aşağı hissələrinə qoyulur. Hər bir gövdə üzərinə 10 – dan 20 – yə qədər yumurta qoyulur. Yumurta qoyulmuş cavan gövdələr bəzən təmamilə tələf olur və ya dəyişilərək eybəcər şəkil alır. Digər bitkilər – qara yonca, xaşa, gülül, pambıq yonca taxtabitisi tərəfindən zədələnir.
Yayılması
redaktəAzərbaycanın düzən, dağətəyi və dağlıq rayonlarının hər yerində müşahidə olunaraq geniş yayılmışdır.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42
İstinadlar
redaktə- ↑ Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42