Yevgeniya Startseva - Wikipedia
Yevgeniya Starseva (rus. Евгения Александровна Старцева) — Rusiyalı qadın voleybolçu. Dinamo Kazanın sözləşməli voleybolçusudur.
Yevgeniya Starseva | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Yevgeniya Aleksandrovna Starseva |
Doğum tarixi | |
Doğum yeri | Çelyabinsk Rusiya |
Vətəndaşlığı | Rus |
Voleybolçu məlumatları | |
Boyu | 1.85 m |
Çəkisi | 68 kq |
Zərbəsi | 329 sm |
Bloku | 312.5 sm |
Mövqeyi | Toppaylayıcı |
Karyerası | |
Komandası | Dinamo Kazan |
Nömrəsi | 11 |
Klub karyerası | |
2004–2010 2010–2012 2012– |
Avtodor-Metar Dinamo Krasnodar Dinamo Kazan |
Milli komanda karyerası | |
2007– | Rusiya |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəYevgeniya karyerasına 2004-cü ildə Avtodor Metarda başlamışdır. Bu komanda da elə böyük uğurlara sahib olmasa da, göstərdiyi əla oyunla ara-sıra Rusiya milli komandasına da çağrılırdı. Nəhayət, 2010-cu ildə doğma komandasını tərk edir və Dinamo Krasnodara imza atır.
Yevgeniyanın karyerasının ən böyük uğuru heç şüphəsiz 2010-cu il Dünya Çempionatında milli komanda ilə qazandığı qızıl medaldır. Əlbəttə ki, bu titul bir voleybolçunun qazana biləcəyi ən böyük medal olduğundan voleybolçu dünyanın ən xoşbəxt oyunçularından sayılır. O, həmçinin Rusiyanın 2012 London Yay Olimpiya Oyunları heyətində də yer alaraq bu mənada ilk təcrübəsini qazanır.
Voleybolçu 2012-ci ildə Dinamo Kazanla müqavilə imzalayır. Kazan təmsilçisi ilə Rusiya Superliqasında çempionluq yaşayır. 2013-14 mövsümündə isə tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazanır.
Uğurları
redaktəŞəxsi mükafatları
redaktə- 2010 Dünya Qranpirisi - "Ən Yaxşı Toppaylayıcı"
- 2010-2011 Rusiya Kuboku - "Ən Yaxşı Toppaylayıcı"
- 2011-2012 Rusiya Kuboku - "Ən Yaxşı Toppaylayıcı"
- 2012 Yay Olimpiya Oyunları - "Ən Yaxşı Toppaylayıcı"
Klublar ilə
redaktə- 2011-12 Rusiya Kuboku - Dinamo Kazan ilə
- 2012-13 Rusiya Superliqası - Dinamo Kazan ilə
- 2013-14 CEV Çempionlar Liqası - Dinamo Kazan ilə
Milli komanda ilə
redaktə- 2010 Dünya çempionluğu
Xarici keçidlər
redaktə- Dinamo Kazan Profili (rus.)