Yeruselimin Muhasiresi 1099 - Wikipedia
Qüds mühasirəsi — 7 – 15 iyul 1099-cu ildə Fatimilər xilafətinin torpağı olan Qüdsün IV.Raymondun başçılığı altında səlibçilər tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. Savaşın nəticəsində burada Qüds krallığı yaradıldı.
Qüdsün mühasirəsi | |||
---|---|---|---|
Birinci səlib yürüşü | |||
Tarix | 7 iyul – 15 iyul 1099 | ||
Yeri | Qüds | ||
Səbəbi | Xristianlar üçün Qüdsün önəmli olması | ||
Nəticəsi | Səlibçilərin qalib gəlməsi və Qüds krallığının qurulması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Mühasirədən əvvəl
redaktə1096-cı ildə ilk səlib yürüşü zamanı Qərbi Avropa ölkələrinin kəndliləri səlcuqlar tərəfindən məğlubiyyətə uğradılar, amma onlardan fərqli olaraq həmin ilin payızında cəngavər dəstələri iri feodalların başçılığı ilə Fransa,Almaniya,İtaliyadan Şərqə doğru hərəkət etdilər. Daha sonra isə onlar Antakyanı ələ keçirirlər. Bu zamandan etibarən onlar Qüdsə doğru yollandılar. Bu səfər zamanı Hisn-el-Akrad, Tartus və Arsufu ələ keçirdilər, amma sırf olaraq isə Ramallah və Qüdsə yönəlmələri 1 iyun tarixinə təsadüf edir. Bu zaman səlibçilərin Qüdsü ələ keçirməməsi üçün buraya liman olan Yafa şəhərinin qala divarlarını Fatimilər yıxdılar.1 gün sonrasəlibçilər Ramallaha gəlib buranı ələ keçirdilər və Qüds mühasirəsi üçün hazırlandılar.7 iyulda səlibçilər Qüdsə gəldilər və buranı mühasirəyə aldılar.
Mühasirə
redaktə7 iyul 1099-cu ildə IV. Raymondun başçısı olduğu səlibçi ordusu Qüdsə gəldi. Mühasirənin ilk əvvəllərində səlibçi ordusu keşişlərlə birlikdə özlərini yerlərə atıb ilahilər oxumağa başladılar. Və bundan sonra onların mühasirəsi tamamilə başlanmış oldu. İlk öncə onlar müsəlmanlar tərəfindən məğlubiyyətə uğradıldı.
Daha sonra isə şəhərin ətrafında qüllələr tikməyin alınmayacağını başa düşdülər, amma buraya gələn Cenevizler Yafa yaxınlarında quruya oturtdurduqları gəmilərini parçalayaraq taxtalarını Qüds yaxınlığına gətirdilər və iki dənə mühasirə qülləsi hazırladılar. Daha sonra bunlar 14 iyulda şəhərin divarlarının önünə gətirildi
Bəzi mənbələrə əsasən, 15 iyulda bu qüllərə şəhərin şimali şərq qapısında duran Qodefroi komandanlıq edirdi. Əsgərlərindən iki Flandriya cəngavər ilk dəfə qüllədən şəhərə daxil oldu. Bundan sonra Qodefro, qardaşı Buleqnelu Esteys, Tanserd və əsgərlər şəhərə girdilər, amma Raymondun başçılıq etdiyi qüllə xəndək qazıldığına görə şəhərə girə bilmədi,
amma şəhərə Xaçların girdiyi xəbərini öyrənən qapı müdafiə komandiri İftixar əl-Devlə müqavimət göstərməyin mənasız olduğunu anlamışdı. Raymond bir insan xəbər göndərərək İftixar əl-Devləyə təklif etdi ki, ona təslim olsun, təslim olacağı halda ona və ordusuna heç bir şey edilməyəcək, istərsə də Qüdsdən ayrıla biləcək. İftixar əl-Devlə bu təklifi qəbul etdi və səlibçilər üçün şəhər qapılarını açdı. Raymond sözünə əməl edərək onların buradan ayrılıb Eskalon qalasına getməklərinə izin verdi. Və bununla da Qüds səlibçilərin əlinə keçdi.
Qətliamlar
redaktə15 iyul 1099-cu ildə səlibçilər Qüdsə daxil olduqdan sonra burada öz pis əməllərini görməyə başladılar. Bütün gün ərzində şəhərdə olan bütün müsəlman və yəhudiləri öldürdülər.70 minə yaxın insan öldürən səlibçilər bununla da böyük soyqırım etmiş oldu.
Burada olan müsəlmanlar Məscidül-Əqsa məscidinə, Hərəmi Şərifə, Süleyman Məbədinə, yəhudilər isə Ağlama divarının yaxınlığında olan sinaqoqlarına gedib gizlənmişdilər, amma səlibçilər onları burada taparaq öldürmüşdülər.