Yeni Zuvand - Wikipedia
Yeni_Zuvand - Haqqında Məlumat
Yeni Zuvand (əvvəlki adı: Zuvandlı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Zuvandlı kəndi Yeni Zuvand kəndi adlandırılmışdır.[1]
Yeni Zuvand | |
---|---|
39°00′17″ şm. e. 48°28′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi Lerik rayonunun indi mövcud olmayan Zuvand kəndindən (keçmişdə Masallı rayonunun adı da Zuvand olmuşdur) çıxmış ailələrin bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Zuvanddan gələnlər, zuvandlılar" mənasındadır. 2001-ci ildən kəndin adı Yeni Zuvand kimi rəsmiləşdrilmişdir.[2]
Əhalisi
redaktəƏhalisi 888 nəfərdir.[3]
Təhsil
redaktəKənddə 1 tam orta məktəb fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
- ↑ Yeni Zuvand // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |