Yeni Sibir Adalari - Wikipedia
Yeni Sibir adaları (saxa Саҥа Сибиир арыылара) — Rusiyaya məxsus arxipelaq, Şimal Buzlu okeanınında, Laptevlər dənizi ilə Şərqi Sibir dənizi arasında yerləşən arxipelaq. Arxipelaq Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Arxipelaqın sahəsi 38,4 min. km²təşkil edir[1]. Yeni Sibir adaları Ust-Lena Dövlət təbiət qoruğunun ərazisinə daxil edilmişdir.
Yeni Sibir adaları | |
---|---|
saxa Саҥа Сибиир арыылара | |
Ümumi məlumatlar | |
Ən böyük adası | Kotelnı (ada) |
Ümumi sahəsi | 38400 km² |
Hündür nöqtəsi | 426 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
75°16′00″ şm. e. 145°15′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaq üç adalar qrupundan ibarətdir: Lyaxovski adaları, Anju adaları və De-Lonq adaları.
Tarixi
redaktəAdalar haqqında ilk məlumat XVIII əsrin əvvələrində Yakov Permyakov məlumat vermişdir. Lena çayı ilə hərəkət edərək Kolıma çayına getmək istərkən adaları aşkarlayır. 1712-ci ildə Vaqin Merkuriy ilk dəfə Böyül Lyaxovsi adasında olmuşdur.
Geologiya, coğrafiya, iqlim
redaktəAdaların səthinə fikir verdikdə onun əsasən qranit təbəqəsindən və qayalıqlardan ibarət olduğunu görmək olar. Arxipelaqın üzəri qalın buzlarla örtülüdür. Yay aylarında buz qatının bir hissəsi əriyərək çılpaq səthi açıq aydın göstərir. Bu zaman buradan Mamont, Tüklü kərgədan, Vəhşi at və digər canlıların qalıqları aşkarlanmışdır. Arxipelaqın ən hündür nöqtəsi 426 metr təşkil edir (Bannetta adası). Adalarda arktik iqlim hakimdir. Qış noyabrdan aprelə qədər davam edir. Qış 9 ay davam edir. Yanvar ayında temperatur −28°, −31 °S təşkil edir. Orta illik yağıntının miqdarl 77 mm-dir. Avqust ayında yağıntının miqdarı 18 mm olur. Arxipelaqın ən iri çayı Balıtaxdır. Adaları səthi göllər və bataqlıqlarla zəngindir.
Flora və fauna
redaktəArxipelaqa daxil adaların üzəri əsasən tundra arktik bitkiləri ilə örtülü olur. Burada çiçəkləyən bitkilərdən Qütb laləsi, Qaymaqçiçəyi, Daşdələn, Yastıqotu kimi bitkilər yayılmışdır. Məməlilərdən: Şimal maralı, Qütb tülküsü, Lemminq, Ağ ayı. Quşlardan isə arxipelaqda Qütb bayquşu, Ağ kәklik kimilərini göstərmək olar. Yay dönəmində adalarda qazlar, ördəklər və digər köçəri quşlara rast gəlmək olar. Adalara yaxın ərazilərdə Qağayılar, Qaqar, Təmizçilər kimi quşlar yaşayır. Arxipelaqın ərazisində vaxtı ilə Qütb tülküsü ovu həyata keçirilirdi.
Kotelnı adasında 1933-ci ildə Qütb stansiyası fəaliyyət göstərirdi.
Daimi fəaliyyət göstərən hərbi baza
redaktə2012-ci ildə Yeni Sibir adalarında (Kotelnı) Rusiya hərbi qüvvələrinin təlimləri baş vermişdir. 2013-ci ildən hərbiçilər adaya texnika yerləşdirdilər. 2014-ci ilin Rusiya hökuməti tərəfindən Artikada hərbi bazanın yaradılması haqqında sənədi təsdiqləmişdir[2]
Qışlama
redaktəSovet dönəmindən əvvəl və sovet dönəmində arxipelaqın adalarında müvəqqəti yerləşim yerləri mövcud olmuşdur:
- Kotelnı — Аmbardax, Bхаk Karqa, "Bunqe" qütb stansiyası, "Anqu (Anji)" dayanacağı; (hazırda isə "Sannikov" stansiyası fəaliyyət göstərir)
- Yeni Sibir — Biruli, Böyük qışlama yeri;
- Böyük Lyaxovski — Kiçik qışlama yeri;
- Kiçik Lyaxovski — Federovski (Mixaylova).
Arxipelaqa daxil adalar
redaktəİstinadlar
redaktə- ↑ Rusiya Coğrafiya xəritəsi. PKО"Kartoqrafiya".-М.1998
- ↑ "Lenta.ru: Rusiya: Siyasət: Rusiya Arktikada daimi hərbi baza yaradır". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
- ↑ к юго-западу от о. Столбовой (Xəritə S-53_54 Arxivləşdirilib 2013-05-04 at the Wayback Machine)
Ədəbiyyat
redaktə- Новосибирские острова. Сб. ст., Л., 1963; Советская Арктика, М., 1970.