Yeni Bolqaristan Universiteti - Wikipedia
Yeni Bolqarıstan Universiteti — Bolqarıstanın paytaxtı Sofiyada özəl universitet. Universitetin kampusu Vitoşa təbiət parkının yaxınlığında, şəhərin qərb bölgəsində yerləşir. Həmçinin ölkə daxilində bir neçə başqa binası, həmçinin öz nəşriyyatı və kitabxanası var.
Yeni Bolqarıstan Universiteti | |
---|---|
Нов български университет | |
42°40′39″ şm. e. 23°15′11″ ş. u.HGYO | |
Əsası qoyulub | 18 sentyabr 1991 |
Ölkə | |
Sayt | nbu.bg |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin missiyası:[1]
- Tələbələrin sahibkarlıq və şəxsi inkişaflarında dəstək verən muxtar akademik qurum olmaq.
- Təhsil, tədqiqat və sahibkarlıq arasında əlaqəyə əsaslanan liberal akademik qurum olmaq.
- Nəzəri tədqiqatlara və praktiki biliklərə əsaslanan fənlərarası ümumi və xüsusi təhsili təmin etmək.
2004-cü ildə universitet Böyük Britaniya Açıq Universitet Biznes Məktəbinin akkreditə olunmuş tərəfdaşı oldu.[2]
Tarixi
redaktəUniversitet 18 sentyabr 1991-ci ildə Bolqarıstan Parlamentinin qərarı ilə Boqdan Boqdanov və bir qrup bolqar ziyalısı tərəfindən yaradılmışdır. N Əsas məqsədi Bolqarıstan ali təhsilini modernləşdirməkdir.
Universitetin Təhsil muzeyi 23 aprel 2010-cu ildə yaradılıb. İlk sərgi “Muzey şəbəkəsi resursları” adlanırdı. Bu, “Yeni Bolqarıstan Universitetində Təhsil Muzeyi” layihəsinin yekun mərhələsi idi. Layihə Təhsil, Gənclər və Elm Nazirliyinin “Mədəni İrs” Milli Tədqiqat Fondu (Avropa mədəni irsinin tərkib hissəsi kimi milli tarixi-mədəni irsin tədqiqi və onun mühafizəsi üzrə qabaqcıl təcrübələr) tərəfindən maliyyələşdirilib.[3]
Kampusları
redaktəKampusu kitabxana, universitet teatrı, muzeyi, UniArt qalereyası, tibb mərkəzi və idman mərkəzinin yerləşdiyi iki binadan (bina 1 və 2) ibarətdir və açıq yaşıl sahələrlə əhatə olunub.
Universitetdə 100-dən çox zal, kompüter laboratoriyaları, lingafon və sinxron tərcümə laboratoriyaları, sınaq meydançası, təcrübə üçün sinif otaqları olan incəsənət mərkəzi və musiqi, təsviri incəsənət, dizayn və memarlıq fakültələrinin tələbələri üçün ümumi tutumu 2500 yerlik studiyalar var.
Kitabxanası
redaktəUniversitetin akademik kitabxanasında illik 150.000 ziyarətçinin istifadə etdiyi 128.000-dən çox kitab və elektron resurs var.[4]
Reytinqləri
redaktəUniversitetin İT və idarəetmə departamentləri ölkədə yüksək yer tutur.[5] 2014-cü ildə Dünya Universitetlərinin Webometrics Ranking of World Universities reytinqinə Bolqarıstanda ikinci yeri tutmuşdur.[6]
Mərkəzləri
redaktəMərkəzi və Şərqi Avropa Koqnitiv Elmlər mərkəzi
redaktəMərkəz fundamental və tətbiqi koqnitiv elmdə tədqiqat aparır.[7] Tədqiqat mövzularına daxildir: yaddaş, təfəkkür, dil, öyrənmə, qavrayış, kontekst, robototexnika, süni intellekt və idrak sistemlərinə tətbiqlər, idrak iqtisadiyyatı, insan amilləri və istifadəyə yararlılıq, təhsil və öyrənmə metodları. Mərkəz Boicho Kokinov və Jeff Elman tərəfindən birgə idarə olunur.
Mərkəz Koqnitivistika üzrə magistr və Fəlsəfə doktoru dərəcələri verir, həmçinin illik yay məktəbi təşkil edir.
Digər mərkəzləri
redaktə- Bolqarıstan İnsan əlaqələri mərkəzi
- Sosial təcrübələr mərkəzi
- Dövlət İdarəetmə mərkəzi
- Qiymətləndirmə mərkəzi
- Cənub-Şərqi Avropa Semiotik Araşdırmalar mərkəzi
Departamentləri
redaktə
|
|
Universitetin şüarı "Ne varietatem timeamus" – "Müxtəliflikdən qorxma"dır.
İstinadlar
redaktə- ↑ "New Bulgarian University - Sofia - Bulgaria - BachelorsPortal.com". www.bachelorsportal.com. 2019-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.
- ↑ "International and UK partners - Open University Business School". Open.ac.uk. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
- ↑ "Arxivlənmiş surət". 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-01.
- ↑ Library Statistics, NBU http://www.nbu.bg/index.php?l=981 Arxiv surəti 5 may 2015 tarixindən Wayback Machine saytında
- ↑ Economix. "Изненади в класацията на университетите". Economix.bg. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
- ↑ "Arxivlənmiş surət". 2024-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-01.
- ↑ For example: Evgenia Hristova, Maurice Grinberg, Investigation of Context Effect in Iterated prisoner' Dilemma Game, CEEC of Cognitive Science, in Pierre Deransart, Bernard Lorho, Jan Maluszyński, Programming Languages Implementation and Logic Programming: International Workshop Plilp '88, Orleans, France, May 16–18, 1988. Proceedings, Springer, 1989