Yelena Yankovic - Wikipedia
Yelena Yankoviç (28 fevral 1985[1], Belqrad[1] – Serbiya tennisçisi.
Yelena Yankoviç | |
---|---|
serb. Јелена Јанковић | |
Vətəndaşlığı | Serb |
Yaşadığı yer | Bradenton, Florida, ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Belqrad, Serbiya |
Boyu | 1.77 m |
Çəkisi | 59 kq |
Karyeranın başlanğıcı | 6 fevral, 2000 |
İşlək əli | sağ |
Sağdan zərbə | tək əl ilə |
Soldan zərbə | iki əl ilə |
Mükafat pulları | 11,569,440 $ |
Fərdi nəticələri | |
Fərdi titulları | 12 WTA, 1 ITF |
Ən yüksək fərdi mövqeyi | 1 ( 11 avqust, 2008) |
Hal-hazırkı mövqeyi | 22 (11 iyun 2012) |
Avstraliya üzrə nəticə | 1/2 (2008) |
Fransa üzrə nəticə | 1/2 (2007, 2008, 2010) |
Uimbldon üzrə nəticə | 4-cü dövrə (2006, 2007, 2008, 2010) |
ABŞ üzrə nəticə | Final (2008) |
Cütlərdə nəticələri | 41-60 |
Cütlərdə titulları | 1 WTA |
Cütlərdə ən yüksək mövqeyi | 43 (6 noyabr, 2006) |
Avstraliya üzrə nəticə | 3T (2008) |
Fransa üzrə nəticə | 2T (2007) |
Uimbldon üzrə nəticə | 3T (2010) |
ABŞ üzrə nəticə | 3T (2006) |
Sonuncu dəfə yenilənib | 13 yanvar, 2011 |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəKaryerasının əvvəlləri
redaktəYankoviç doqquz yaşı olarkən Red Star Tennis Klubunda böyük qardaşı və məşqçisi Marko ilə tennis məşqləri keçməyə başladı. Sonra Nik Bollettieri adına Tennis Akademiyasında təhsilə başladı. 2001-ci ildə Avstraliya Açığı qazandı. 2001-ci ildə WTA-də oynamağa başladı. İlk turniri olan Indian Vells Mastersdə ikinci dövrədə məğlub oldu.
2003-cü ilin oktyabr ayında, Yankoviç Dubayda ITF-dəki ilk müvəffəqiyyətindən sonra reytinqdə ilk 100-lüyə daxil oldu. Üç ay sonra, Yankoviç 2004 Avstraliya Açıq ilk dövrədə dünya reytinqində ilk 10-luqda olan Yelena Dementiyevanı 6–1, 6–4-lük setlərlə məğlub etməyi bacardı. İkinci dövrdə Cill Kraybasla qarşılaşdı və üç setdə məğlub oldu. May ayında, Yankoviç ilk WTA çempionluğunu qazandı, Budapeşt Grand Priksi, finalda Martına Suçanı 7–6, 6–3-lük setlərlə məğlub edərək çempion oldu. Budapeştdəki bu çempionluğundan sonra dünya reytinqində 51-ci sıraya yüksəldi. 2004-cü ildəki digər turnirlərdə, ilk 20-də iştirak edən Nadia Petrovanı , Vera Zvonarevanı, Patti Şneideri və Paola Suarezi məğlub etməyi bacardı. Yankoviç 2004-cü ili dünya reytinqində 28-ci sırada tamamladı.
2005
redaktə2005-ci il Yankoviç üçün uğurlu keçdi. Mart ayındakı Dubay Tennis Çempionatının yarı finalında Serena Uiliamsı məğlub edərək finala yüksəldi. Finalda Lindsey Devenport ilə qarşılaşan Yankoviç 6–4, 3–6 və 6–4-lük setlərlə məğlub oldu. Berlində Almaniya Açıqda yarım finalında Nadia Petrovaya 6–4, 6–7 və 6–3-lük setlərlə məğlub oldu. İlk ot kort təcrübəsini, Birminhemdə təşkil edilən DFS Klassikdə finala çıxdı, lakin Mariya Şarapovaya 6–2, 4–6, 6–1-lik setlərlə məğlub oldu. Oktyabr ayında Yankoviç Seulda təşkil edilən Hansol Koreya Açıq Tennis Çempionatında 2005-ci ildəki üçüncü finalını oynayaraq dünya reytinqində 17-ci sıraya yüksəldi. Yankoviç 16 yaşındakı Nikol Vaidisovaya 7–5 və 6–3-lük setlərlə məğlub oldu. Mövsümü 22-ci sırada bitirdi.
2006
redaktə2006-cı ildə Yankoviç 10 matçını uduzdu. Yanvar ayının axırından May ayının əvvəlinə qədər heç matç qazana bilmədi. Roma Masters çempionatının 1/4 finalında Venus Uiliamsa üç setdə də məğlub oldu. Strazburqda təşkil edilən Internationauks da Strasburq turnirinin yarım finalında Nikol Vaidisovaya iki setdə məğlub oldu.
Uimbldondan sonra karyerasının beşinci finalını Morgan Çase Opendə oynadı, Sania Mirza, Ana İvanoviç və sonra da yarım finalda Serena Uiliamsı məğlub etdi. 2006-cı ildə Uiliams bacılarının ikisini də məğlub edən tək oyunçudur. Ən sonunda finalda Yelena Dementiyeva ilə oynadığı matçı uduzdu.
2006 Amerika Açığın üçüncü dövrəsində Vaidisovanı, dördüncü dövrədə 2004 Amerika Açıq çempionu Svetlana Kuznetsovanı və 1/4 finalda 2004 Amerika Açıq və Fransa Açıq finalçısı Yelena Dementiyevanı 6–2, 6–1-lik setlərlə məğlub etdi. Yarım finalda Enenə 4–6, 6–4, 6–0-lıq nəticələrlə məğlub oldu.
Amerika Açıqdan sonra ilk turniri olan Çin Açıq yarım finalında Ameli Morezmoya 6–1, 3–6, 7–6-lıq setlərlə məğlub oldu. Pekindəki turnirin ardından Quanco Open yarım finalında Anna Çakvetadze ilə qarşılaşdı və ikinci dəfə məğlub oldu. İlin son dörd çempionatında üç dəfə 1/4 finala yüksəldi.
İlin ikinci yarısındakı müvəffəqiyyətli nəticələrdən sonra Yankoviç ili 12-ci yerdə bitirdi.
2007
redaktəİlin ilk WTA turniri olan Tokiodakı Toray Pan Pasifik Open 1/4 finalında həmyerlisi Ana İvanoviçə 3–6, 6–4, 6–2-lik setlərlə məğlub oldu. Dubay Tennis Çempionatının yarım finalında Morezmo ilə edəcəyi matç əvvəlində ayaq biləyində zədəsi olduğu üçün turnirdən ayrılmaq məcburiyyətində qaldı. İrəliləyən həftələrdə Dohadakı Qatar Total Open yarım finalında Enenə üç setdə də məğlub oldu. Bahar sərt kort mövsümü tamamlanarkən, Yankoviç Floridadakı Mayami Masters turnirində üçüncü dövrədə İtalyan Mara Santanqeloya 2–6, 7–6, 6–4-lük setlərlə məğlub oldu.
Yankoviç mövsümün ilk torpaq kort turniri olan Ameli İsland çempionatının 1/4 finalında İvanoviçə 7–5, 6–3-lük setlərlə məğlub oldu. Daha sonra Famili Sirkl kubokunda yarım finalda Venus Uiliamsı 3–6, 6–3, 7–6-lıq və finalda Dinara Safinanı məğlub edərək çempionluğu əldə etdi. Yankoviç Avropadakı torpaq kort müsabiqələrində Enenə üç dəfə məğlub oldu və bir turnirdə məğlub etməyi bacardı. Varşavadakı J&S Cup yarım finalında Enenə 7–5, 2–6, 6–4-lük nəticələrlə məğlub oldu. Almaniya Açıq 1/4 finalında yenə Enenə 3–6, 6–4, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç Roma Masters finalında iki nömrəli tennisçi Svetlana Kuznetsovanı məğlub edərək çempionluğu əldə etdi. Yankoviç 2007 Fransa Açığın yarım finalında Enenə 6–2, 6–2-lik setlərlə məğlub olmadan əvvəl Venus Uiliamsı və Nikol Vaidisovanı məğlub etməyi bacardı. Bu altı torpaq kort müvəffəqiyyətindən sonra Dünya reytinqində 3 nömrəyə yüksəldi. Yankoviç Birminqemdə təşkil edilən çəmən kortda Mariya Şarapovanı məğlub edərək çempionluğu əldə etdi. Bu karyerasında Şarapovaya qarşı əldə etdiyi ilk qalibiyyət kimi yadda qaldı. Yankoviç bir sonrakı həftə Hollandiyada təşkil edilən Ordina Open turnirində finala yüksəldi və 1974-də Kris Evertinin ilin ilk yarısında əldə etdiyi üst üstə 50 matçlıq qalibiyyət rekorduna çatan ilk oyunçu oldu. Yankoviç zədəsinin verdiyi ağrıya görə finalda Anna Çakvetadzeyə qarşı məğlub oldu. Uimbldonda dördüncü dövrədə Fransalı Marion Bartoliyə 3–6, 7–5, 6–3-lük setlərlə məğlub oldu. Uimbldon qarışıq cütlərdə Yankoviç və Cemi Merri ikilisi Conas Bjorkman və Alisiya Moliki finalda 6–4, 3–6, 6–1-lik setlərlə məğlub edərək çempionluğu əldə etdilər.
Yankoviç il sonunda Madriddəki WTA Dövr Çempionatına qatılmaq üçün üç həftəni boş keçirdi, lakin üç matçında da Enen, Çakvetadze və Bartoliyə məğlub oldu. Yankoviç Madriddən sonra daha rahat nəfəs ala bilmək üçün burun əməliyyatı keçirdi. Əməliyyat üç həftə məşq etməsini maneə törətdi.
2008
redaktəAvstraliya Açıqdakı ilk matçında Tamira Paszek ilə qarşılaşdı. Matç üç saat on beş dəqiqə davam etdi və Yankoviç matçı 2–6, 6–2, 12–10-luq setlərlə qazandı. Hər iki oyunçu da final setində tibbi dəstəyə ehtiyac duydu. Yankoviç ikinci dövrədə dünya 76 nömrəsi Edina Qallovitsini 6–2, 7–5-lik setlərlə məğlub etdi. Üçüncü dövrdə dünya 29 nömrəsi Virginie Razzanonu 6–2, 4–6, 6–1-lik setlərlə məğlub etdi. Dördüncü dövrədə Avstraliyalı Kesi Dellakuanı 7–6, 6–1-lik setlərlə məğlub edərək 1/4 finala çıxdı. Yankoviç 1/4 finalda turnirin son çempionu Serena Uiliamsı 6–3, 6–4-lük setlərlə məğlub edərək yarım finala çıxdı. Təklərdə karyerasında üçüncü dəfə bir Böyük Dəbilqə serialı tennis turnirində yarım final oynayan Yankoviç dünya 5 nömrəsi Mariya Şarapovaya 6–3, 6–1-lik setlərlə məğlub oldu. Martda Yankoviç Pacific Life Open Indian Vells, Kaliforniya turnirində yarım finalda vətəndaşı Ana İvanoviçə 7–6, 6–3-lük setlərlə məğlub oldu. Bir həftə sonra təşkil edilən Mayami Masters turnirində bu ilki ilk finalına çataraq, finalda Serena Uiliamsa 6–1, 5–7, 6–3-lük setlərlə məğlub olaraq turnirdə ikinci oldu.
Yankoviç torpaq kort mövsümünə Çarlzton və Berlin Açıqda 1/4 finallarda məğlub olaraq başladı. Sonra çempionluğunu qorumaq üçün Roma Açıq turnirinə qatıldı. 1/4 finalda dünya 9 nömrəsi Venus Uiliamsı 5–7, 6–2, 6–3-lük setlərlə məğlub etdi. Yarım finalda Mariya Şarapova zədəli olduğu üçün matça çıxa bilmədi və beləcə Yankoviç finala çıxdı. Finalda gənc fransız tennisçi Alize Korneti 6–2, 6–2-lik setlərlə məğlub edərək bu ilki ilk çempionluğunu qazandı.
İlin ikinci böyük turniri Roland Garrosda Yankoviç karyerasının dördüncü yarım finalına çıxaraq vətəndaşı Ana İvanoviçə 6–4, 3–6, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç matçı qazansaydı dünya 1 nömrəli tennisçisi olacaqdı. Ancaq məğlub olaraq dünya 2 nömrəsi oldu.
Yankoviç Uimbldonda üçüncü dövrdə Karolina Voznyatski matçında zədəli olmağına baxmayaraq matçı 2–6, 6–4, 6–2-lik setlərlə qazandı. Dördüncü dövrədə Tamarin Tanasuqarna 6–3, 6–2-lik setlərlə zədəsi olduğu üçün məğlub oldu.
Yankoviç dünya 1 nömrəsi olmaq üçün Los Anceles və Rocers Kubokunda əlinə fürsətlər keçdi. Ancaq, Yankoviç iki turnirdə də matçlarını uduzaraq 1 nömrəyə çıxmağı bacara bilmədi. Yankoviç 11 avqust 2008 tarixində Ana İvanoviçi 1 nömrədən endirərək onun yerinə keçdi. O, dünya 1 nömrəliyinə yerləşən 18-ci tennisçi oldu. 1 nömrə olduqdan sonra Pekin Olimpiadasında 1/4 finalda Dünya 6 nömrəsi Dinara Safinaya 6–2, 5–7, 6–3-lük setlərlə məğlub oldu. Beləcə Yankoviç dünya 1 nömrəliyində yalnız 1 həftə qaldı və Ana İvanoviç 1 nömrə mövqeyini geri qazandı.
Nyu Yorkda reallaşan Amerika Açıqda Yankoviç Karyerasının ilk Böyük Dəbilqə serialı tennis turnirində finala çıxdı. Finalda dünya 3 nömrəsi Serena Uilliamsa 6–4 və 7–5-lik setlərlə məğlub olaraq ikinci oldu. Matçı qazanan Serena Uiliams isə dünya 1 nömrəsi oldu.
Yankoviç daha sonra arxa-arxaya 3 turnir qazanaraq dünya 1 nömrəsi oldu və Serena Uiliamsi 1-cilikdən etdi. Yankoviç ilk olaraq Çin Açıqda dünya 7 nömrəsi Svetlana Kuznetsovanı 6–3, 6–2-lik setlərlə məğlub etdi. Sonrakı həftə Yankoviç Porşe Tennis Grand Pri Ştuttqartda yarım finalda dünya 8 nömrəsi Venus Uiliamsı 6–7, 7–5, 6–2-lik setlərlə məğlub etdi. Finalda Nadiya Petrovanı 6–4, 6–3-lük setlərlə məğlub edərək çempion oldu. Sonra Kremlin Kubokunda yarım finalda turnirin son çempionu və dünya 4 nömrəsi Yelena Dementiyevanı 0–6, 6–1, 6–0-lıq setlərlə məğlub edərək finala çıxdı. Finalda dünya 9 nömrəsi Vera Zvonarevanı 6–2, 6–4-lük setlərlə məğlub edərək turniri qazandı. Beləcə 2005-dən bu yana ilk dəfə bir oyunçu arxa arxaya 3 turniri qazanmağı bacardı.
Yankoviç ilin son turniri olan il Sonu Çempionatına dünya 1 nömrəsi olaraq qatıldı. İlk matçında dünya 4 nömrəsi Ana İvanoviçi 6–3, 6–4-lük setlərlə, ikinci matçında isə dünya 7 nömrəsi Svetlana Kuznetsovanı 7–6, 6–4-lük setlərlə məğlub etməyi bacardı və yarım finala çıxdı. Yankoviç yarım finalda Venus Uiliamsa 6–2, 2–6, 6–3-lük setlərlə məğlub olaraq yarışmanı tərk etdi. Yankoviç ili 1 nömrədə bitirdi və ITF dünya çempionu seçildi. Əldə etdiyi 4 çempionluqla ilin ən çox turnir qazanan üç qadın tennisçisindən biri oldu.
2009
redaktəYankoviç 2009-cu ilə dünyanın 1 nömrəsi olaraq Qrup Klassik turnirində başladı. Yankoviç turnirdə Avropa adından çıxış etdi. İlk matçını cütlərdə portuqaliyalı Mişel Larçer da Brito ilə Amerika komandasına qarşı oynadı. Amerika komandasında Venus Uiliams və Koko Vandeveqeye 6–4, 7–5-lik setlərlə məğlub oldular. İkinci matçında dünya 6 nömrəsi Venus Uiliamsa 6–2, 6–2-lik setlərlə matçı uduzdu. Daha sonra xəstəliyi səbəbiylə turnirdən çəkildi.
Yankoviç ilin ilk Böyük Dəbilqə serialı tennis turniri Avstraliya Açığa 1 nömrəli tennisçi olaraq başladı. Yankoviç ilk dövrədə Yvonne Meusburqeri 6–1, 6–3-lük setlərlə məğlub etdi. İkinci dövrədə Kirsten Flipkensi 6–4, 7–5-lik setlərlə məğlub etdi. Üçüncü dövrədə dünya 26 nömrəsi Ai Suqiyamanı 6–4, 6–4-lük setlərlə məğlub etdi. Dördüncü dövrədə dünya 17 nömrəsi Marion Bartoliyə 6–1, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç beləcə dünya 1 nömrəliyini Serena Uiliamsa təhvil verdi.
Yankoviç bir sonrakı turnir olan Paris Açıq turnirinə 2 nömrəli tennisçi olaraq qatıldı. İlk dövrədə dünya 37 nömrəsi Franseska Skiavoneni 7–5, 7–6-lıq setlərlə keçdi. İkinci dövrədə dünya 28 nömrəsi Li Nanı 6–0, 3–6, 6–2-lik setlərlə məğlub etdi. 1/4 finalda dünya 13 nömrəsi Alize Kornetini 5–7, 6–4, 6–4-lük setlərlə məğlub edərək yarım finala çıxdı. Yarım finalda dünya köhnə 1 nömrəsi Ameli Morezmoya 6–2, 0–6, 6–1-lik setlərlə məğlub oldu.
Yankoviç Dubay Tennis Turnirinə 3 nömrəli tennisçi olaraq qatıldı. Yankoviç ikinci dövrədə dünya 48 nömrəsi Monika Nikuleskunu 6–3, 6–2-lik setlərlə məğlub etdi. Üçüncü dövrdə dünya 24 nömrəsi Kaia Kanepiyə 6–2, 7–5-lik setlərlə məğlub oldu. Yankoviç matçdan sonra "karyeramın ən pis matçı idi" dedi. Yankoviç İndian Vells turnirində ikinci dövrədə dünya 42 nömrəsi Anastasia Pavlyuçenkovaya 6–4, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç sonrakı həftə Mayami Açıqda ikinci dövrədə dünya 35 nömrəsi Gisela Dulkoya 6–4, 7–6-lıq setlərlə məğlub olaraq turnirlə ikinci dövrədə vidalaşdı.
Yankoviç torpaq kort mövsümünə Marbella turnirində başladı. Turnirə 2 nömrəli tennisçi olaraq qatıldı. Yankoviç ilk dövrədə dünya 47 nömrəsi Franseska Skiavoneni 6–2, 6–1-lik setlərlə keçdi. İkinci dövrədə tunisli Selima Sfarini 6–3, 6–0-lıq setlərlə keçdi. 1/4 finalda italyan Roberto Vinçini 3–6, 6–3, 7–6-lıq setlərlə keçdi. Yarım finalda dünya 20 nömrəsi Anabel Medina Qarriquesi 7–5, 6–2-lik setlərlə keçərək finala çıxdı. Finalda dünya 34 nömrəsi Karla Suarez Navarronu 6–3, 3–6, 6–3-lük setlərlə keçərək turniri qazandı. Bu çempionluq Yankoviçin 2009-cu ildə qazandığı ilk turnirdir.
Yankoviç Porşe Tennis Grand Pri Ştuttqarta son çempion olaraq qatıldı. Yankoviç 1/4 finalda dünya 14 nömrəsi Flavia Pennettaya 2–6, 6–4, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç Roma Açığa da son çempion olaraq qatıldı və 1/4 finalda dünya 8 nömrəsi Svetlana Kuznetsovaya 6–1, 7–6-lıq setlərlə məğlub oldu. Sonrakı turnir olan Madrid Açığa 4 nömrəli tennisçi olaraq qatıldı. 1/4 finalda dünya 20 nömrəsi Petti Şneyderə 7–6, 6–3-lük setlərlə məğlub oldu.
Yankoviç Roland Garrosa 5 nömrəli tennisçi olaraq qatıldı. İlk üç dövrədə Petra Çetkovska, Maqdalena Ribarikova və Karmila Qrotunu keçdi. Dördüncü dövrədə dünya 41 nömrəsi Sorana Kirsteaya 3–6, 6–0, 9–7-lik setlərlə məğlub oldu.
Yankoviç Uimbldona 6 nömrəli tennisçi olaraq qatıldı. İlk iki dövrədə Culia Qeorqes və İveta Benesovanı məğlub etdi. Üçüncü dövrədə Melanie Oudinə 6–7, 7–5, 6–2-lik setlərlə məğlub oldu.
Yankoviç Stanford turnirində 1/4 finalda dünya 14 nömrəsi Marion Bartoliyə 3–6, 7–6, 6–3-lük setlərlə məğlub oldu. Bir sonrakı turnirdə Sinsinnatidə ikinci dövrədə dünya 52 nömrəsi Maria Kirilenkonu 7–6, 6–3-lük setlərlə məğlub etdi. Üçüncü dövrədə dünya 9 nömrəsi Viktoria Azarenkanı 7–5, 7–6-lıq setlərlə məğlub etdi. 1/4 finalda dünya 29 nömrəsi Sibille Bammeri 6–0, 6–3-lük setlərlə məğlub etdi. Yarım finalda dünya 4 nömrəsi Yelena Dementiyevanı 7–6, 0–6, 7–6-lıq setlərlə məğlub edərək finala çıxdı. Finalda Dünya 1 nömrəsi Dinara Safinanı 6–4, 6–2-lik setlərlə məğlub edərək turniri qazandı və bu il qazandığı ikinci turnir oldu. Yankoviç bu çempionluqla dünya 4 nömrəliyinə yüksəldi.
Yankoviç Amerika Açıqda ilk dövrədə dünya 45 nömrəsi Roberto Vinçini 6–2, 6–3-lük setlərlə məğlub etdi. İkinci dövrədə dünya 55 nömrəsi Yaroslava Şvedovaya 6–3, 6–7, 7–6-lıq setlərlə məğlub oldu. Yankoviç bu məğlubiyyətlə dünya 8 nömrəliyinə düşdü.
Yankoviç Tokioda finala çıxdı və finalda Mariya Şarapova ilə oynadı. İlk setdə 5–2 geriykən qolundakı zədə ucbatından matçdan çəkildi. Yankoviç sonra Çin Açığa qatıldı və yenə zədəsinə görə ikinci dövrədə matçdan çəkilməli oldu. Bir sonrakı həftə Moskvaya İl Sonu Çempionatına qatıla bilmək üçün getdi. Turnirdə Zvonareva və Aqnyeşka Radvanska ilk dövrələdə məğlub olduğuna görə Yankoviç İl Sonu Çempionatına qatılmağa haqq qazandı. İl Sonu Çempionatının ilk matçında dünya 6 nömrəsi Viktoria Azarenkaya 6–2, 6–3-lük setlərlə məğlub oldu. İkinci matçında dünya 1 nömrəsi Dinara Safina ilə qarşılaşdı. İlk setdə vəziyyət 1–1-kən Safinanın matçdan çəkilməsiylə turnirdəki ilk qalibiyyətini aldı. Üçüncü matçda Dünya 4 nömrəsi Karolina Voznyatski 6–2, 6–2-lik setlərlə məğlub edərək yarım finala çıxdı. Yarım finalda keçən il olduğu kimi Venus Uiliamsla qarşılaşdı. Yankoviç matçdan 5–7, 6–3, 6–4-lük setlərlə məğlub ayrıldı. Yankoviç ili 8-ci sırada bitirdi.
2010
redaktəYankoviç 2010 mövsümünün ilk turniri olaraq Sidneyə qatıldı. İlk dövrədə dünya 40 nömrəsi Aqnes Szavaya 7–5, 1–6, 5–7-lik setlərlə məğlub oldu. Avstraliya Açıqda ilk iki dövrədə Monika Nikulesku və Katie O'Brieni məğlub etdi. Üçüncü dövrədə o günə qədər heç məğlub olmadığı Alyona Bondarenkoya 6–2, 6–3-lük setlərlə məğlub oldu.
Yankoviç sonra Serbiyanı təmsil etmək üçün Ana İvanoviçlə birlikdə Fed Cupa qatıldı. Rəqibləri Rusiyadan Svetlana Kuznetsova və Alisa Kleybanova idi. İlk matçında dünya 31 nömrəsi Alisa Kleybanovanı 4–6, 6–4, 6–0-lıq setlərlə məğlub etdi. İkinci matçında dünya 4 nömrəsi Svetlana Kuznetsovanı 6–3, 4–6, 6–3-lük setlərlə məğlub etdi. Ana İvanoviçin iki matçını da məğlub olması və cütlər matçında da Serbiya Rusiyaya məğlub olduğu üçün bir üst dövrə çıxan Rusiya oldu. Daha sonra Dubay Open çempionatına qatıldı . İkinci dövrədə dünya 21 nömrəsi Aravan Rezaini 4–6, 6–4, 7–5-lik setlərlə məğlub etdi. Üçüncü dövrədə dünya 14 nömrəsi Vera Zvonarevaya 6–3, 6–2-lik setlərlə məğlub olaraq turnirdən kanarlaşdı. Yankoviç sonra Monterrey Açıq turnirinə qatıldı. İlk dövrdə latviyalı Anastasiya Sevastovaya 5–7, 6–4, 6–4-lük setlərlə məğlub oldu.
Yankoviç İndian Vellsdə ikinci dövrədə dünya 75 nömrəsi Petra Martıçı 6–3, 7–6-lıq setlərlə məğlub etdi. Üçüncü dövrədə dünya 49 nömrəsi Sara Erranini 2–6, 7–6, 6–4-lük setlərlə məğlub etdi. Dördüncü dövrədə dünya 20 nömrəsi Şahar Peeri 6–2, 6–2-lik setlərlə məğlub etdi. 1/4 finalda dünya 27 nömrəsi Alisa Kleybanovanı 6–4, 6–4-lük setlərlə məğlub etdi. Yarım finalda dünya 11 nömrəsi Samanta Stosuru 6–2, 6–4-lük setlərlə məğlub edib finala çıxdı. Finalda dünya 4 nömrəsi Karolina Voznyatskini 6–2, 6–4-lük setlərlə məğlub edərək turniri qazandı. Yankoviçin 2010-cu ildə qazandığı ilk turnirdir.
İstinadlar
redaktə- ↑ 1 2 Collins B. The Bud Collins History of Tennis (ing.): An Authoritative Encyclopedia and Record Book. 2 NYC: New Chapter Press, 2010. P. 678. ISBN 978-0-942257-70-0