Yelena Blavatskaya - Wikipedia
Yelena Petrovna Blavatskaya (31 iyul (12 avqust) 1831, Dnepr, Yekaterinoslav quberniyası, Rusiya imperiyası[2] – 26 aprel (8 may) 1891[1], London[3]) — rus okkultist, publisist, spiritualist, Teosofiya Cəmiyyətinin banisi.
Yelena Blavatskaya | |
---|---|
Doğum adı | Елена Петровна Ган |
Doğum tarixi | 31 iyul (12 avqust) 1831 |
Doğum yeri | |
Vəfat tarixi | 26 aprel (8 may) 1891[1] (59 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qrip |
Fəaliyyəti | filosof, yazıçı, jurnalist, occultist, redaktor[d], theosophist |
Əsərlərinin dili | ingilis dili |
Tanınmış əsəri | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBlavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra onu tərk etmişdir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək, Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət etmişdir. Səyahətlər zamanı ezoterik (gizli) dini məktəblərin təlimlərinə yiyələnmiş və onlar haqqında əsaslı məlumat əldə etmişdir. Çətin xasiyyətli olmasına baxmayaraq, o, nəzərə çarpan bacarığı ilə 1875-ci ilin 13 sentyabrında özünün iki pərəstişkarı – polkovnik Henri Olkottun və Uilyam Cacın köməkliyilə "Həqiqətdən üstün din yoxdur" şüarı altında Teosof cəmiyyətini yaratmışdır.
Onun təqdim etdiyi teosof təliminin əsasında Brahmanizm, hinduizm və Buddizmin dini-fəlsəfi konsepsiyalarının, həmçinin okkultik və mqnostik elementlərin təsiri müşahidə edilmişdir. Təşkilat rəhbərləri dinlərin tarixi formalarını nəzərə almayaraq, bütün dini rəmzlərdəki gizli mənalarında oxşarlıq axtarmaq mövqeyindən çıxış edərək, müxtəlif inancları birləşdirib ehkamlarla bağlı olmayan universal din yaratmağa çalışmışdılar.
İlk vaxtlar cəmiyyətin fəaliyyəti Avropa və Amerikanın bir çox ölkələrində sürətlə yayılmışdı. Onun ətrafında astrologiya və okkultizimlə maraqlanan çoxlu sayda insan toplaşmışdı
Blavatskaya və Olkott 1879-cu ildə Hindistana gedərək Adyar şəhərində cəmiyyətin mərkəzi qərargahını açmışdılar. Bu köçü Nyu-Yorkda üzləşilən maliyyə çətinlikləri və Olkottun kolonial iqtisadi sərmayəyə can atması ilə də izah edənlər var.
Seylon adasına gələn Blavatskaya burada üsyan qaldıran buddistləri müdafiə etməklə müstəmləkəçi dairələrlə əlaqələrini çətinləşdirsə də, Teosof cəmiyyətinin fəaliyyəti Seylondakı yerli buddist icmaları tərəfindən dəstəklənmişdir.
Tənqidi
redaktəBir müddət sonra təşkilat ətrafında müxtəlif qalmaqallar baş vermiş və Blavatskaya casusluq, saxtakarlıq və şarlatanlıqda ittiham olunmuşdur. 1884-cü ildə növbəti qalmaqal zamanı Teosof cəmiyyətinin mənzil qərargahında çalışan təşkilatın hindistanlı mənsubları Emma və Aleksis Kulomb cütlüyü Blavatskayanın fırıldaqlarını – hərəkət edən divar, tavan və müqəvva "fokuslarının" mexanizmini üzə çıxarmışlar.
Vəfatı
redaktə1891-ci ildə Londonda vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Record #11892330s // BnF catalogue général (fr.). Paris: BnF.
- ↑ 1 2 https://en.wikisource.org/wiki/?axtar=Woman_of_the_Century/Helene_Petrovna_Blavatsky.