Yason - Wikipedia
Yason (Yazo`n, İaso`n yun. Ἰάσων) — yunan mifologiyasında əfsanəvi qəhrəmandır. İliada və Odissey dastan poemasına görə Yason İolk çarı Eson və Polimedin oğlu, Kolidon ovunun iştirakçısı və "Arqo" gəmisində Kolxidə "qızıl qoyun dərisi" dalınca yola düşən arqonavtların başçısı olmuşdur. Bu tapşırığı ona atasının ögəy qardaşı Peliy onu məhv etmək üçün vermişdir.
Yason | |
---|---|
q.yun. Ἰάσων | |
| |
Mifologiya | Yunan |
Yunanca adı | Ἰάσων |
Cinsi | kişi[d] |
Fəaliyyəti | Qəhrəmanlıq |
Atası | Eson |
Anası | Polimed |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Doğulması
redaktəSalmoneya çarının qızı Tiro atasının ölümündən sonra əmisə çar Krefeyin İolkdakı sarayına köçür. Qızcığaz böyüdükdən sonra cay tanrısı Enipeyaə vurulmuş olur. Bu məhəbbətinin qrşılığını görməyən Tiro hər gün çay sahilinə gələrək göz yaşları tökərmiş. Bir dəfə bu baş verərkən tanrı Poseydon qıza vurularaq, Enipeya cildinə girərək onun könlünü almış olur. Sonra Poseydon öz cildinə qayıdaraq qıza bu əlaqəni sirr olaraq saxlamağı tapşırır. Poseydondan ekiz uşağa qalan Tiro sarayı tərk edərək çay qırağında ekizləri dünyaya gətirərək, onları bir zənbilə qoyub çayla axıdır. Bir mehtər ekizləri tapır, onlara Peliy və Neliy adları verərək böyüdür. Sonralar təsadüfən mehtərdən xəbər tutan Tiro uşaqları qəbul edir. Bu zaman Trio artıq çar Krefeyə ərə getmiş və ondan üç oğlu: Eson, Amifaon və Feret dünyaya gəlmişdir. Krefey öldükdən sonra onun yerinə keçən Eson sonralar Peliy tərəfindən hakimiyyətdən zor gücünə devirmiş olur. Bunu gürən Eson oğlu Yasona görə narahat olaraq, uşağın guya ölmüş olduğunu bildirərək, onu gecə ilə Peliona, kentavr Xironun mağarasına yola salır. Burada Xironun təsiri ilə bədənini və ruhunu möhkəmləndirən Yason iyirmi yaşına çatdıqdan sonra İolka ata mülkünə sahib olmaq üçün yola düşür.
Yason və Peliy
redaktəYolda gənc Yason qoca qarı cildində Hera ilə rastlaşır. Qarını belinə alaraq Anavr çayını keçməkdə ona yardım edir. Bu zaman o, ayaqqabısının bir tayını çayda itirmiş olur. İloka bir ayaqqabı ilə gəlib çatır. Poseydona qurban verməyə hazırlaşan İlok əhalisi Apollona bənzəyən sarışın burma saçlı yaraşıqlı gənci görcək valeh olurlar. Öz arabasında hadisə yerinə gələn Peliy bundan bərk narahat olur. Yason ondan hakimiyyəti təhvil verməyi tələb edir. Peliy guya buna etiraz etmədiyini bildirir. Lakin bunun müqabilində uzaq Kolxidadan "qızıl qoyun dərisini " ona gətirməsini tapşırır. Peliyin Yasonu bu qorxulu səyahətə yola salmaqda ondan azad olmaq məqsədi güdür. Peliyin təklifini qəbul edən Yason səyahətə hazırlaşır.
Arqonavtlar
redaktəİlk növbədə əlli avarlı gəminin düzəldilməsi üçün Yason usta Arqa müraciət edir. İlahə Afinanın yardımı ilə gəmi möhkəmlik və eyni zamanda ekipajın daşıya biləcəyi qədər yüngülüyə malik olmuş olur. Gəmi yüksək sürətə malik olduğundan "Arqo" (argos - sürətli) adını almış olur. Gəmi hazır olduqdan sonra Yason Yunanıstanın hər yerindən cəsur qəhrəmanları bu səyahətdə ona yoldaşlıq etməyə dəvət edir. beləliklə dənizçi Arqonavtlar yaranmış olur.
Kolxidaya çatan Yason Eetin yanına gələrək gəlişinin məqsədini ona açıqlayır. Eetə məlum idi ki nə qədər ki, "qızıl qoyun dərisi" palıd ağacında asıldıqca onun çarlığı da bir oqədər ömürlü olacaqdır. Buna görə də Yasona mane olmaq üçün onunla şərt kəsir ki, mis ayaqlı xam öküzü ram edərək kotana qoşub yeri şumlayarsa və əjdaha dişlərini toxum yerinə səpərsə onda dəri ona çatar. Bu işdə Yasona Heranın təsiri altında ona vurulmuş Eetin qızı Medey köməklik göstərərək, öküzün burnundan püskürən alovdan qorunmaq üçün Yasona sehrli məlhəm verir. Məlhəmin köməyilə Yason öküzü asandlıqla ram edib, qoşquya qoşaraq yeri şumlayıb, əjdaha dişlərini toxum yerinə səpir. Toxumlardan peyda olan nəhənglər onu əhatə edərkən , əvvəlcədən ona deyildiyi kimi onların arasına daş ataraq nifaq salır və nəhənglər bir birini məhv etməyə başlayırlar. Beləliklə şərti uduzduğuna baxmayaraq Eet dərini verməkdən imtina edir. Bu zaman Medey Yasonun köməyinə gələrək "qızıl qoyun dərisini" qoruyan əjdahanı yuxuya verərək, dərini əldə etməkdə onlara yardım etmiş olur və arqonavtlarla birlikdə Kolxidanı tərk edir. Alkinoy çarlığına - Feaklar adasına yetişən Yason və Medey Alkinoyun arvadı Aretin məsləhətilə evlənirlər.
Yasonun İolka dönüşü
redaktəGeri döndükdə Yason Peliyin onun atasını və qohumlarını öldüyünü görür və Medeyin köməyilə qisas almaq qərarına gəlir. Medey Peliyin qızlarını inandırır ki atalarının cavanlaşmasını istəyirlərsə gərək onu gecə yatarkən doğrasınlar. Medeyin bu hiyləsinə aldanan qızlar ataları Peleyi öz əllərilə öldürmüş olur və Yason qisasını almış olur.
Mənbə
redaktə- Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
- Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
- Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8