Yardimli Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Yardımlı Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Açılış tarixi | 29 noyabr 1981 |
Ünvan | Vüqar Nəciyev, 3, Yardımlı, AZ6500 |
Kolleksiyası | 6000 |
Telefon | (+994 2520) 6-20-06 |
Muzeyin tarixi
redaktə29 noyabr 1981-ci ildən fəaliyyət göstərən Yardımlı Tarix-Diyarşünaslıq Muzeyi 2008-ci ildən uyğunlaşdırılmış yeni binada fəaliyyət göstərir. Muzeyin ekspozisiyasının ümumi sahəsi 350 kv.m-dir. Ekspozisiya sərgi sahəsi 300 kv.m, fond otağı isə 15 kv.m-dir.Muzeyin ümumi fondunda 6000-ə yaxın muzey əhəmiyyətli materiallar olmaqla bu diyarın tarixini, habelə Vətən tarixinin bir hissəsini özündə ehtiva edir. Muzeyin ekspozisiyası 8 otaqdan ibarətdir. Burada "Yardımlının təbiəti", "Yardımlı antik və orta əsrlərdə", "Yardımlı etnoqrafiyası", "Yardımlı rayonun yaranması", "Sovetlərin rayonda sosial-mədəni sahədə fəaliyyəti", "Yardımlı 40/80-ci illərdə", "Müstəqilliyimiz uğrunda mübarizədə şəhidlərimiz" və "Yardımlı rayonu müstəqillik illərində" adlı bölmə və guşələri ekspozisyada gələn tamaşaçılara dolğun məlumat verir.[1]
İstinadlar
redaktə- ↑ "Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyi". http://kataloq.gomap.az/. İstifadə tarixi: 4 noyabr.
Xarici keçidlər
redaktə- "Azərbaycan muzeyləri". https://museum.az. İstifadə tarixi: 27.11.2020.
- "Yaşayan tariximizin təkrarsız ünvanı". http://www.anl.az. İstifadə tarixi: 27.11.2020.