Yapon Balinasi - Wikipedia
Yapon balinası (lat. Eubalaena japonica) — Balinakimilər dəstəsinə Əsl balinalar fəsiləsinə(Balaenidae) aid olan növ. Bu növ əvvəllər Şimal hamar balinanın (Eubalaena glacialis) yarımnövü hesab edilirdi. Yeni texnologiyaların köməyi ilə iki fərqli növ olmaları təstiqlənir.
Yapon balinası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yapon balinası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Görünüşü
redaktəYapon balinası Şimaliatlantika hamar balinasından xariçi görünüş baxımından fərqlənmirlər. Ən iri fərdin uzunluğu 18,5 metr təşkil edir. Dişilər erkəklərdən iri olurlar. Bu növün nümayəndələri 80 ton çəkiyə malik olur. Tünd rəng çalarlarında olurlar. Bel üzgəcləri qısa olur. Üzərində ağ ləkələr müşahidə edilir. Başı böyükdür və xüsusi örtüyə malikdir.
Həyat tərzi
redaktəYapon balinası əsasən xərçəngkimilərlə qidalanır. Astagəldirlər. Bununla belə çox kubar üzürlər. Bəzən hətta su üzərindən atıla bilirlər. Artımları olduqca azdır. Dişilər 6–12 yaşlarında doğmağa başlayırlar. 3–4 ildən bir yalnız bir bala verirlər.
Yayılması
redaktəYapon balinasının əsas arealı Sakit okeanın şimal hissəsini əhatə edir. Onlara Oxot dənizi, Berinq dənizi və Alyaska körfəzi sularında rast gəlmək olur. Nadir hallarda Meksika sahillərində müşahidə etmək olur. Dişilər Yaponiya sahillərində doğurlar.
Təhlükə
redaktəYapon balinasına qarşı intensiz ov həyata keçirlirdi. Belə məlumat vardır ki, 1839–1909-cu illərdə 26 500–37 000 baş bu növ balina ovlanmışdır. 1960-cı illərdə isə Sovet balina ovçuları trəfindən 500 Yapon balinası ovlanmışdır. Hazırda bu calılar üçün əsas təhlükə iri gəmilərdir. Papulyasiyanın sayı 400 baş Oxot dənizi, 100 baş isə digər ərazilərdə olması hesab edilir. Xüsusi ilə şərq papulyasiyası təhlükə qarşısındadır.
Ədəbiyyat
redaktə- Mark Carwardine: Wale und Delfine. Delius Klasing, Bielefeld 2008, ISBN 978-3-7688-2473-6, S. 47–48.
- Hadoram Shirihai, Brett Jarrett: Meeressäuger. Franckh-Kosmos, Stuttgart 2008, ISBN 978-3-440-11277-9, S. 36–37.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2002.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0